For faster navigation, this Iframe is preloading the Wikiwand page for Fazil Mustafa.

Fazil Mustafa

Vikipediya, azad ensiklopediya

Fazil Mustafa
Vəzifədədir
2005-ci ildən
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 26 saylı Sabunçu birinci
Əvvəlkivəzifə təsis edildi
Vəzifədədir
24 yanvar 2011-ci ildən
Vəzifədədir
2003-cü ildən
Əvvəlkivəzifə təsis edildi
bayraq
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) sədr müavini
bayraq2
2000 – 2001
SədrMirmahmud Mirəlioğlu
1998 – 2000
SədrƏbülfəz Elçibəy
bayraq
Azərbaycan Respublikası Prezident Aparatının Dövlət-Hüquq şöbəsinin müdiri
bayraq2
1992 – 1993
ƏvvəlkiSabir Hacıyev
SonrakıFuad Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 1965(1965-10-15) (58 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, VVI çağırış Azərbaycan Milli Məclisinin deputatı.

19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub.

1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başlayıb. 1998–2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub.

2001–2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.

2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012, 2016 və 2020-ci illərdə yenidən partiya başqanı seçilib.

2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.

2005, 2010, 20152020-ci illərdə IV, VVI çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.

2008-ci ilin prezident seçkilərində iştirak edib, 89985 seçicinin səsini alaraq 2,43 % səslə üçüncü olub.

2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.

2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.

Hazırda Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədr müavinidir. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.

Evlidir, iki övladı var.

Silahlı hücuma məruz qalması

[redaktə | mənbəni redaktə et]

28 mart 2023-cü ildə Sabunçu rayonu Zabrat qəsəbəsində yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.[1][2] Hadisə nəticəsində çiyin nayihəsindən və ayağından güllə yarası alıb.[1]

Millət vəkili silahlı hücumla bağlı açıqlamasında bildirmişdir:

" “Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım."[3] "

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld törədilən terror aktı ilə bağlı paylaşım etmişdir.

" “Bir neçə ay əvvəl Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram.”[4] "

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib:

" Bütün bunlara görə Fazil Mustafa ya qarşı atılmış güllə müstəqilliyimizin, Azərbaycanı təmsil etmək səviyyəsində yetişmiş tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin hədəfə alınması deməkdir. Bu, ölkəmizə, inkişafımıza arxadan vurulan zərbədir. Bu, insanlığa qarşı sui-qəsd hadisəsidir. Bütün xalqımız kimi, Azərbaycanın elmi ictimaiyyəti də bu terror hadisəsini qətiyyətlə qınayır.[5] "

Daxili İşlər NazirliyiDövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

2024-cü il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il azadlıqdan məhrum edilib.[2]

  • "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə". İstanbul, 1995.
  • "Azərbaycanda türk kimliyi və saxta tarix problemi. Bakı, 2014
  • "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları". Bakı, 2015
  • "Asiyadan sivilizasiyaya"
  • "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü- dini-fəlsəfi aspekt"
  • "Azərbaycan türkünün iman davası"
  • "Dirilən adamın düşüncələri". Bakı: Qanun, 2023[6]
  • Fazil Mustafa. "Nursuzluq təhlükəsi" (az.). vaxt.az. 2014-03-09. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-12.
  1. 1 2 "Fazil Mustafa güllələndi — Yenilənir". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.
  2. 1 2 "Fazil Mustafaya qarşı sui-qəsddə təqsirləndirilənlərə hökm oxunub, birinə ömürlük cəza verilib - VİDEO". Report İnformasiya Agentliyi (az.). 2024-08-13. İstifadə tarixi: 2024-08-13.
  3. "Fazil Mustafadan ilk - Açıqlama". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  4. "Britaniya səfiri Fazil Mustafaya qarşı törədilən terror aktından DANIŞDI". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  5. "Terror aktını şiddətlə qınayırıq". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  6. Real TV. "Fazil Mustafanın yeni kitabı təqdim olundu" (az.). Youtube.com. 29.05.2023. 2023-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-30.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Fazil Mustafa
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?