For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sərdar Cəlaloğlu.

Sərdar Cəlaloğlu

Vikipediya, azad ensiklopediya

Sərdar Cəlaloğlu
Vəzifədədir
27 may 2007-ci ildən
ƏvvəlkiRəsul Quliyev
Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini
23 aprel 2005 – 27 yanvar 2007
SədrRəsul Quliyev
30 mart 1996 – 23 aprel 2005
5-8 may 1994 – 30 mart 1996
Əvvəlkivəzifə təsis edildi
Sonrakıİlyas İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1954(1954-06-03) (70 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd.

Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini OrdubadBakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir.

Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir.

Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır. O, Yurd İctimai Birliyinin üzvü olmuşdur.

Sərdar Cəlaloğlu 1991-ci ildə qeyri-qanuni jurnal olmuş "Oyanış" dərgisinin nəşrində iştirak etkişdir, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin orqanı olmuş "Hürriyyət" qəzetinin əvvəl Naxçıvanda, sonra isə Bakıda nəşr olunmasında rol oynamışdır.

Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət Şöbəsinin və ya bilinən adı ilə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri olmuşdur. O, 1989-cu ilədək Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olmuşdur. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi sıralarından ayrılmışdır.

Sərdar Cəlaloğlu 26 yanvar 1991-ci ildə Sülhəddin Əkbər ilə birgə Naxçıvanda Azərbaycan Demokrat Partiyasının Təşəbbüs Qrupunu yaratmış, rəhbəri seçilmiş və partiyanın təsisçilərindən biri olmuşdur.[1][2] O, 1991-ci ildən həmin partiyanın ideoloji-siyasi şöbəsinə başçılıq etmişdir. Sərdar Cəlaloğlu 1991–1994-cü illərdə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsinin sədri olmuşdur.

7–8 may 1994-cü ildə Azərbaycan Demokrat Partiyasının I Qurultayı keçirilmiş, qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçilmişdir.[3] 30 mart 1996-cı ildə sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası III Növbədənkənar (Birləşdirici) və IV (Birləşdirici) Qurultayda birləşmişdir.[4] Birləşmiş partiyanın sədri İlyas İsmayılov seçilmişdir.[4][5] Sərdar Cəlaloğlu isə partiyanın baş katibi seçilmişdir.

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[6] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[7][8] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[7] 5 noyabr 2000-ci il parlament seçkilərində həm majoritar, həm proporsional seçki sistemi üzrə seçkilərə qatılmış Azərbaycan Demokrat Partiyası uğur qazana bilmədi.[9] 1 gün sonra, yəni 6 noyabr 2000-ci ildə partiyanın həmsədri İlyas İsmayılov və tərəfdarları Azərbaycan Demokrat Partiyasından istefa verdi.[10] Onlar Ədalət Partiyasının bərpası üçün çalışmış və 2 iyul 2001-ci ildə bərpa qurultayı ilə partiyanı yenidən təsis etmişdirlər.[10]

23 aprel 2005-ci ildə Azərbaycan Demokrat Partiyasının V Qurultayı keçirilmişdir. Qurultayda həmsədrlik və katiblik postları ləğv olunaraq sədrlik və sədr müavinləri postları yaradılmışdır.[11] Qurultayda Rəsul Quliyev yenidən sədr seçilmişdir.[11] Cəlaloğlu isə sədrinin birinci müavini seçilmişdir.

2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (islahatçılar), Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyası seçkilərə vahid siyahı ilə getmək barəsində razılaşdılar.[12][13] 10 iyun 2005-ci ildə bu 3 partiya Azadlıq Blokunu təsis etmiş, blokun rəngini narıncı inqilab səbəbi ilə narıncı, simvolunu isə narıncı qızılgül seçmişdir.[14] 7 iyul 2005-ci ildə blokun rəsmi təsisi ilə bağlı saziş imzalandı.[15] 21 iyulda blok qeydiyyatdan keçdi.[16] Azadlıq Bloku vahid namizədlər siyahısı təşkil etdi.[17]mSərdar Cəlaloğlu 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[17]

Seçkilərdə ABŞ-də yaşayan partiya sədri Rəsul Quliyev 36 saylı Xətai 4-cü seçki dairəsindən deputatlığa namizəd olsa da, Azərbaycan Respublikasının Baş Prokurorluğu Rəsul Quliyevin namizədlərə şamil olunan toxunulmazlığının qaldırılması ilə bağlı qərar çıxarmışdır. Azərbaycana qayıtdığı təqdirdə o, həbs ediləcəkdi və onun barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Daxili İşlər Nazirliyinə tapşırıq verilmişdi. Baş Prokurorluğun yaydığı məlumatda Rəsul Quliyevin 1990–1995-ci illərdə "Azərneftyağ" zavodunun direktoru işlədiyi dövrdə 107 milyon ABŞ dolları məbləğində dövlət əmlakını mənimsədiyi və bu səbəbdən 10 oktyabr 2000-ci ildə Rəsul Quliyev haqqında axtarış elan edildiyi açıqlanmışdır.[18][19] Sentyabrda Rəsul Quliyev oktyabrın 15-dək Azərbaycana dönəcəyini açıqladı.[20][21] Rəsul Quliyev daha sonra oktyabrın 17-i yerli vaxtla saat 16:00-da xüsusi reyslə Londondan Bakıya gələcəyini açıqlamışdır.[22] 17 oktyabrda Rəsul Quliyevin təyyarəsi Binə Hava Limanının ərazisinə daxil oldmuş, ancaq onun yerə enməsinə icazə verilməmişdir.[23] "AZAL" Dövlət Konserninin prezidenti Cahangir Əsgərov Simferopol aeroportundan Rəsul Quliyevi gətirən Böyük Britaniyanın çarter təyyarəsinin Bakıda enməsi üçün icazə istənildiyini, sorğuya müsbət cavab verildiyini, lakin bir qədər keçdikdən sonra Simferopoldan faks daxil olduqdan sonra ADP sədrinin Bakıya uçmaqdan imtina etdiyini açıqlamışdır.[24] Simferopol Nəqliyyat Polisinin hava limanı bölməsinin rəisi Andrey İvantsov isə Rəsul Quliyevə Ukrayna ərazisində bir qədər məhdudiyyət qoyulmasının səbəbini Azərbaycanın təklifi ilə onun İnterpolun axtarışında olması ilə əlaqələndirmişdir.[24] Ardınca partiya üzvləri bununla bağlı aksiya keçirmiş və bu səbəbdən saxlanılmışdır.[25] Onlardan 40-ı deputatlığa namizəd olmuşdur.[24] 18 oktyabrda Rəsul Quliyev Ukraynada saxlanılmışdı.[26] 19 oktyabrda Azərbaycan iqtidarı bu hadisələri dövlət çevrilişinə cəhd olaraq qiymətləndirdi və bu hadisələrlə əlaqəli olan iqtisadi inkişaf naziri Fərhad Əliyev,[27] səhiyyə naziri Əli İnsanov[28] və Prezidentin İşlər İdarəsinin rəhbəri Akif Muradverdiyev və deputat Fikrət Sadıqov da həbs edildi.[29][30] Hadisələrlə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da saxlanıldı.[31] Rəsul Quliyev çevriliş iddialarını qəbul etməmişdir.[32] 20 oktyabrda Jeleznedorojnı Rayon Məhkəməsinin qərarı ilə Rəsul Quliyev sərbəst buraxıldı.[33] Bundan sonra Quliyev ölkəyə qayıtmaq istəsə də, qayıda bilmədi.

Parlament seçkilərinin nəticəsində Azadlıq Bloku 5 mandat qazansa da Azərbaycan Demokrat Partiyası mandat qazana bilmədi.[34] Azadlıq Bloku seçki nəticələrini tanımadı.[35] 9 noyabrda YeS Bloku və Milli Birlik Hərəkatının üzvlərinin iştirakı ilə Azadlıq Bloku etiraz mitinqi keçirdi.[36] Daha sonra arıdıcıl bir neçə mitinq keçirən Azadlıq Blokuna üzv partiyaların rəhbərləri şikayətlərini və etirazlarını ABŞ və Avropa Birliyinə üzv digər dövlətlərinin nümayəndələrinə də çatdırdılar.[37] Seçkilərin ardınca Azərbaycan Demokrat Partiyasında istefalar başladı.[38] Daha sonralar Zəminə Dünyamalıyeva Rəsul Quliyevin gəlişindəki uğursuzluğu Sərdar Cəlaloğlu ilə əlaqələndirmişdir. O, Cəlaloğlunun hakimiyyətlə oyuna gedərək planı hakimiyyətə satmaqla günahlanmışdır. Dünyamalıyeva Quliyevin Cəlaloğlununa əvvəlcə inandığını, daha sonra Cəlaloğlunun planı satdığına inandığı üçün partiyadan ayrılmışdır.[39] Cəlaloğlu isə belə açıqlama vermişdir:[39]

" Mən Rəsul Quliyevə demişdim ki, Ukraynaya get? Özü uçdu ora, sonra da qayıdıb getdi Amerikaya. Hamı yaxşı bilir ki, onun qayıtması üçün burada hansı hazırlıq işləri görülmüşdü. Sərdar Cəlaloğlu satmışdısa, Zəminə Dünyamalıyeva qabağa düşüb onu gətirəydi. Boş və mənasız sözlər danışırlar. Bunların məqsədi Rəsul Quliyevin qorxaqlığını pərdələmək, günahı başqalarının üzərinə atmaqdır. Bu adam ADP-dən ayrılandan sonra öz bacısı uşaqlarını belə tutdurdu. "

27 yanvar 2007-ci ildə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsi partiyanın Ali Məclisinin iclasını keçirərək radikal müxalifət partiyası kimi yox, konstruktiv və siyasi dialoq yönümlü siyasi partiya kimi çıxış etməyə başlayacaqlarını aşıqlamışdır. 2007-ci ilin əvvəlində Rəsul Quliyev Ali Məclisin iclasını çağırdı. Bu səbəbdən qərara etiraz olaraq ADP Ali Məclisinin 59 üzvü bəyanatla çıxış etdi.[40] Sədr müavini Sərdar Cəlaloğlu Rəsul Quliyevin bu qərardan xəbərdar olduğunu, bu qərarla razılaşmayacağı təqdirdə Rəsul Quliyevin partiya sədrliyindən istefa verəcəyini açıqlamışdır.[41] 10 fevral 2007-ci ildə Rəsul Quliyev Sərdar Cəlaloğlunu sədr müavinliyindən azad etdi və Təşkilat Komitəsinin fəaliyyətini dayandırdı,[42] lakin Cəlaloğlu 27 yanvarda partiyanın bütün strukturlarını buraxdığını açıqladı.[43] Quliyev Akif Şahbazovu Azadlıq Blokunda patiyanı təmsil etməklə bağlı vəzifələndirsə də, blok partiya təmsilçi olaraq Cəlaloğlunu tanımışdır.[44] 19 fevral 2007-ci ildə isə Rəsul Quliyev partiya sıralarından xaric edildi.[45] Bu hadisələrdən sonra Azadlıq Bloku Azərbaycan Demokrat Partiyasını blokdan çıxarmışdır.[46]

14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Zəminə Dünyamalıyeva, Akif ŞahbazovMahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[40][47] 27 may 2007-ci ildə Sərdar Cəlaloğlunun rəhbrəliyində partiyanın 9-cu qurultayı keçirildi. Qurultayda Sərdar Cəlaloğlu partiyanın sədri seçildi. Qurultayda partiya siyasi dialoq tərəfdarı olduğunu öz nizamnaməsinə əlavə etdi.[48]

Azərbaycan Demokrat Partiyası 2013-cü il prezident seçkilərində partiya sədri Sərdar Cəlaloğlunun namizədliyini irəli sürmüşdür.[49] Cəlaloğlu, dövlət tərəfindən maliyyələşmədiklərini və seçkilərə 3 000 manat xərclədiklərini açıqlamışdır.[50][51] Sərdar Cəlaloğlu seçkiləri 22773 səs (0.62%) toplayaraq sonuncu, yəni 10-cu sırada başa vurmuşdur.[52] Seçkilərin ardınca Sərdar Cəlaloğlu namizədlik üçün lazım olan 45 min imzadan da az səs topladığı üçün partiya sədrliyindən istefa vermişdir.[53][54] Partiya İdarə Heyəti istefa tələbini qəbul etməmişdir.[55]

2018-ci il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülmüşdür. Onun namizədliyi 17 mart 2018-ci ildə qeydiyyata alınmışdır.[56][57] Seçki bulletenində adı 6-cı sırada qərarlaşmışdır. O, seçkiləri 119621 səs (3.03%) toplayaraq Yeni Azərbaycan Partiyası sədr İlham Əliyevin və bitərəf namizəd Zahid Orucun ardından 3-cü sırada başa vurmuşdur.[58]

1 sentyabr 2020-ci ildə Azərbaycan Demokrat Partiyasının X Qurultayı onlayn şəraitdə keçirilmiş və Sərdar Cəlaloğlu yenidən sədr seçilmişdir.[59]

2024-cü il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası sədri Sərdar Cəlaloğlu partiyasının seçkilərdə iştirak etməyəcəyini, üzvlərə isə səsvermədə sərbəstlik tanındığını açıqlamışdır.[60] 2024-cü il parlament seçkilərində isə partiya iştirak qərarı almış, sədr Sərdar Cəlaloğlu isə əvvəlcə deputatlığa namizədliyini irəli sürsə də, daha sonra namizədliyini geri çəkmişdir.[61] Ümumilikdə partiya seçkilərə 4 namizədlə qatılmışdır.[62]

Sərdar Cəlaloğlu indiyədək siyasi fəaliyyəti səbəbi ilə 3 dəfə qısa müddətli həbs olunub.

Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilmişdir. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası almışdır, lakin 2005-ci ildə əfv olunmuşdur. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qalması iddiası ilə Avropa Məhkəməsinə müraciət etmiş, məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar vermişdir.[63] Həbsdə olduğu müddətdə o, Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb.

Siyasi düşüncələri

[redaktə | mənbəni redaktə et]

Sərdar Cəlaloğlu konservativ ideologiyaya sahibdir. O kişi-qadın bərabərliyinin mümkünsüz olduğunu, yaradılışdan belə kişi və qadının fərqli, kişinin güclü, qadının isə fiziki olaraq daha zəif yaradıldığını bu tip biolojik səbəblər də nəzərə alındığı şəraitdə qadın-kişi bərabərliyinin mümkünsüz olduğunu iddia edir. O iddialarını cəmiyyətdə kişilərin daha sərt işlərdə çalışması, hərbi xidmət çəkməsinə baxmayaraq Azərbaycan cəmiyyətində və qanunvericiliyində qadınların belə öhdəliklərinin olmaması ilə əsaslandırır.

  • Mahiyyət (fəlsəfi traktat)
  • Azadliğa məhkumuq (siyasi-publistik məqalələr toplusu)
  • İnsanlar və adamlar (fəlsəfi kəlamlar)
  • Türkəçarə (tibbi-etnoqrafik əsər)
  • İlahi siyasət-Tərəqqinin fəlsəfəsi (elmi-fəlsəfi triologiya)
  • Totalitarizmin metamarfozası (elmi-siyasi əsər)
  • Kondisialogiya – Universal və enisklopedik elm (elmi əsər)
  1. modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  2. modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  3. modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  7. 1 2 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  8. modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  9. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.
  10. 1 2 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  11. 1 2 AzadlıqRadiosu. "ADP-də struktur dəyişikliyi edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  12. AzadlıqRadiosu. "Müxalifət seçkiyə vahid siyahıyla gedə biləcəkmi?". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  13. Məmmədov, İlkin. "Üç müxalifət partiyası seçkiyə birgə gatılmaq üçün danışıqlar aparır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  14. AzadlıqRadiosu. "«Üçlər» blokun adını, rəngini və rəmzini müəyyənləşdirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  15. AzadlıqRadiosu. "«Azadlıq» seçki bloku rəsmən təsis olundu". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  16. AzadlıqRadiosu. "Üç seçki bloku qeydiyyatdan keçdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  17. 1 2 "Isa Qemberin sehifesi". web.archive.org. 2014-02-25. 2014-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  18. AzadlıqRadiosu. "Rəsul Quliyev haqqında həbs qərarı qüvvədə qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  19. AzadlıqRadiosu. "Baş Prokurorluq Rəsul Quliyevin toxunulmazlığını ləğv edib". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  20. AzadlıqRadiosu. "Rəsul Quliyevin dönüş günü müəyyənləşdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  21. "ADP sədri Rəsul Quliyev Azərbaycana qayıdır". Voice of America (az.). 2005-09-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  22. AzadlıqRadiosu. "Rəsul Quliyev oktyabrın 17-də Bakıya gəlməyi planlaşdırır". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  23. Kazımoğlu, Kənan. "Rəsul Quliyevi gətirən aviaşirkət Bakıdan eniş izni ala bilmədiyini deyir". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  24. 1 2 3 AzadlıqRadiosu. "Rəsul Quliyevi «İnterpol» Ukraynada saxladı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  25. "ADP-nin tərəfdarları həbs edilib". Voice of America (az.). 2005-10-17. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  26. "Azərbaycan Demokrat partiyasının sədri Ukraynada saxlanıb". Voice of America (az.). 2005-10-18. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  27. AzadlıqRadiosu. "Fərhad Əliyev həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  28. AzadlıqRadiosu. "Keçmiş Səhiyyə nazirinin həbs xəbəri təsdiqləndi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  29. AzadlıqRadiosu. "Daha bir neçə məmur həbs edildi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  30. AzadlıqRadiosu. "Parlament Fikrət Sadıqovun həbsinə razılıq verdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2023-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  31. "Azərbaycanda müxalifəti maliyyələşdirdiyinə görə iki nazir həbs edilib". Voice of America (az.). 2005-10-21. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  32. "Azərbaycanın sabiq səhiyyə naziri müxalifət düşərgəsinə keçdiyini elan edib". Voice of America (az.). 2007-02-28. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  33. AzadlıqRadiosu. "Rəsul Quliyev sərbəst buraxıldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  34. AzadlıqRadiosu. "Müxalifət «Qələbə»siz qaldı". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  35. AzadlıqRadiosu. "Qalib kim olacaq?". Azadlıq Radiosu (az.). 2006-04-24. İstifadə tarixi: 2024-08-12.
  36. AzadlıqRadiosu. "«Azadlıq» bloku yürüş-mitinq keçirdi". Azadlıq Radiosu (az.). 2006-04-24. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  37. AzadlıqRadiosu. "Müxalifət rəhbərləri Bakıdakı səfirlərlə görüşdülər". Azadlıq Radiosu (az.). 2006-04-24. 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  38. AzadlıqRadiosu. "Müsavat və ADP-dəki istefalar…". Azadlıq Radiosu (az.). 2006-08-09. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  39. 1 2 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  40. 1 2 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  41. AzadlıqRadiosu. "ADP siyasi yönümünü dəyişdi". Azadlıq Radiosu (az.). 2007-01-27. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  42. "Azərbaycan Demokrat partiyasında qarşıdurma". Voice of America (az.). 2007-02-19. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  43. AzadlıqRadiosu. "Rəsul Quliyev Sərdar Cəlaloğlunu özünün müavini vəzifəsindən azad etdi". Azadlıq Radiosu (az.). 2007-02-11. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  44. AzadlıqRadiosu. "«Azadlıq» bloku ADP-nin təmsilçisi kimi Sərdar Cəlaloğlunu tanıdı". Azadlıq Radiosu (az.). 2007-02-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  45. "Rəsul Quliyev ADP sıralarından xaric olunub". Trend.Az (az.). 2007-02-19. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  46. AzadlıqRadiosu. "ADP-nin hər iki qanadı «Azadlıq» blokunun qərarını pisləyir". Azadlıq Radiosu (az.). 2007-03-06. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  47. AzadlıqRadiosu. "Rəsul Quliyev «Açıq Cəmiyyət» Partiyasının lideri seçilib". Azadlıq Radiosu (az.). 2007-04-14. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  48. AzadlıqRadiosu. "ADP siyasi kursunu rəsmiləşdirdi". Azadlıq Radiosu (az.). 2007-05-27. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
  49. "Daha üç nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib". Voice of America (az.). 2013-08-31. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  50. "Sərdar Cəlaloğlu: Bir qüvvənin uzun müddət hakimiyyətdə saxlanması həm də beynəlxalq güclərin işidir [Video-müsahibə]". Voice of America (az.). 2013-09-24. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  51. AzadlıqRadiosu. "Son seçkilərin cib xərcliyi". Azadlıq Radiosu (az.). 2014-09-22. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  52. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ 9 oktyabr 2013-cü il SƏSVERMƏNİN NƏTİCƏLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ YEKUN PROTOKOLU" (PDF). 2018-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
  53. "Demokrat Partiyasının sədri istefa verib". Voice of America (az.). 2013-10-11. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  54. "Prezident seçkisində uduzan ADP sədri Sərdar Cəlaloğlu istefa verib". Trend.Az (az.). 2013-10-11. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  55. "Sərdar Cəlaloğlu ADP-nin sədrliyində qaldı". Azadliq (az.). 2013-10-14. 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  56. "Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu". Azadlıq Radiosu (az.). 2023-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  57. "MSK Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb". Voice of America (az.). 2018-03-17. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  58. "Seçki nəticələri". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
  59. modern.az. "ADP qurultay keçirdi - Sərdar Cəlaloğlu yenidən sədr oldu". modern.az (az.). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  60. modern.az. "Azərbaycan Demokrat Partiyası seçkilərdə namizəd irəli sürəcək?". modern.az (az.). 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
  61. "Sərdar Cəlaloğlu namizədliyini geri götürdü". Pravda.az. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-26.
  62. "Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI | Qaynarinfo.az". qaynarinfo.az (ingilis). 2024-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-14.
  63. "Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarına uyğun olaraq Sərdar Cəlaloğluna 10 min avro kompensasiya ödəyib". Apa.az (az.). 2024-08-14. İstifadə tarixi: 2024-08-14.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sərdar Cəlaloğlu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?