For faster navigation, this Iframe is preloading the Wikiwand page for Fuad Əliyev (siyasətçi).

Fuad Əliyev (siyasətçi)

Vikipediya, azad ensiklopediya

Fuad Əliyev
15 fevral 2001 – 1 aprel 2023
ƏvvəlkiZakir Məmmədov
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Liberal Demokrat Partiyası sədrinin birinci müavini
30 yanvar 1999 – 2000
SədrZakir Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1970(1970-04-04) (54 yaş)
Doğum yeri
Partiya

Fuad Ağası oğlu Əliyev (4 aprel 1970, Bakı) — siyasətçi, Azərbaycan Liberal Demokrat Partiyasının sabiq sədri.

Əliyev Fuad Ağası oğlu 4 aprel 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə 160 №-li orta məktəbi bitirib. Həmin ildə Azərbaycan Xarici Dillər İnstitutuna (AXDİ) qəbul olub. 1988–1989-cu illərdə MoskvaMıtişi şəhərlərində orduda xidmət edib. 1992-ci ildə AXDİ-ni bitirib.

Əmək fəaliyyətinə 1986-cı ildə BNZ-də fəhləlikdən başlayıb. 1989–1991-ci illərdə Səbail rayonun Komsomol təşkilatında (sərbəst katib) işləyib. 1992–1995-ci illərdə Moskva şəhərində firmanın təsisçi və prezidenti vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Kooperativ idarəsində işləyib.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. O, 2 ay müddətincə Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub.[1] 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 1999-cu il yanvarın 30-da ALDP təsis konfransında ALDP sədrinin I müavini seçilib.

ALDP sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbinin ALDP sədrinin qeyri-qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Sədr Zakir Məmmədov isə bunu siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirmişdir.[2]

2000-ci ildəki zəlzələdə ALDP-nin ofisinin olduğu binanın çökməsi nəticəsində Zakir Məmmədov ağır yaralandı və 15 dekabr 2000-ci ildə öldü. Zakir Məmmədovun ölümündən sonra ALDP-nin 15 fevral 2001-ci il tarixli növbədənkənar konfransında Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və Fuad Əliyev partiya sədri seçildi. Daha sonra 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.[2] O, 2017-ci il aprelin 12-i ALDP-nin V Qurultayında yenidən sədr seçilib.

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra, 1 aprel 2023-cü ildə ALDP fəaliyyətini dayandırdı.[3]

2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezident postuna namizədləyini irəli sürüb. Bu seçkilərdə 7 namizəd arasında Fuad Əliyev 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub. O, 2024-cü il növbədənkənar prezident seçkilərində də namizədliyini irəli sürmüş, 7 namizəd arasında 0,54% (26 517 səs) səs toplayaraq 7-ci sırada qərarlaşmışdır.[4]

  1. ""Qaynar Qazan"da Fuad Əliyev (I hissə): "Müxalifət üçün hər seçki, hər il ağır keçir"-VİDEO". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  2. 1 2 "ALDP tarixi". 2020-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-13.
  3. "Məşhur siyasi partiya fəaliyyətini DAYANDIRDI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  4. "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti Seçkiləri (7 fevral 2024-cü il) Səsvermənin Nəticələri Haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu" (PDF). 2024-02-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-12.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Fuad Əliyev (siyasətçi)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?