For faster navigation, this Iframe is preloading the Wikiwand page for Əşrəf Mehdiyev.

Əşrəf Mehdiyev

Vikipediya, azad ensiklopediya

Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Əşrəf Mehdiyev
Əşrəf Fərzəlı oğlu Mehdiyev
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan Cəbrayıl rayonu
Vəfat tarixi
Fəaliyyəti siyasətçi

Əşrəf Mehdiyev — Azərbaycanlı alim və siyasətçi; fəlsəfə elmləri doktoru -professor[1]; Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının və Qeyrət Partiyasının sədri[2], Azərbaycan Prezident seçkilərində prezidentliyə namizəd (1998).

Əşrəf Fərzəli oğlu Mehdiyev 1934-cü ildə Cəbrayıl rayonunda anadan olub.

Babası Mehdi kişi Qarabağın adlı-sanlı bəylərindən biri olduğu üçün Mehdiyevlər ötən əsrin 30-cu illərində ailəlikcə repressiyaya məruz qalıblar. 1937-ci ildə Mehdi bəyi və oğlu Fərzəlini "xalq düşməni" adı ilə həbs ediblər. Aradan bir neçə gün keçəndən sonra Mehdi bəyin azadlıqda qalan digər 3 oğlunu da qandallayıblar. Cəmi bir neçə gün sonra Sibirə sürgün edilən Mehdi bəy və oğlanlarını məhkəmənin hökmü ilə elə oradaca güllələyiblər.

Əşrəf Mehdiyev orta məktəbi əla qiymətlərlə bitirərək, 1952-ci ildə indiki BDU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Hələ birinci kursda oxuyanda onu Cəbrayılda işıq üzü görən "Kolxozçu" qəzetinə redaktor müavini göndəriblər. İkinci kursda oxuyanda "Kolxozçu"nun redaktoru təyin olunan Mehdiyev 9 il bu vəzifədə çalışıb.

Atasının və Sibirə sürgün olunmuş digər qohumlarının bəraət alması Əşrəf Mehdiyevin karyerasında yeni səhifə açıb. 1962-ci ildə onu Cəbrayıl rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin ediblər. 1967-ci ildə doğma rayonunu tərk edərək, Bakıya köçüb. İndiki Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyətə başlayan Əşrəf Mehdiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi olub. 1988-ci ildə Daşkənd Dövlət Universitetində doktorluq işini müdafiə edən keçmiş "ispalkom" 25 il indiki Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində müəllim işləyib.

Qeyrət Partiyasının və Azərbaycan Repressiya Qurbanları Assosiasiyasının sədri kimi 1998-ci ildə prezidentliyə namizəd oldu. Seçki kampaniyası zamanı Prezident Heydər Əliyev barəsində çox sərt ifadələr işlətdi.[3]

2005-ci ildə isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd olub.

2009-cu ildə aprelin 24-də vəfat edib.[4]

  1. "Əşrəf Mehdiyev vəfat edib". Azadlıq Radiosu (az.). 2009-04-24. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
  2. "Əşrəf Mehdiyevin partiyası bərpa olunur". Azadlıq qəzeti (az.). 2014-06-24. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
  3. "Müsavatın demokratiyadan danışmağa haqqı yoxdur". Teleqraf.com (az.). 2015-02-07. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
  4. "Əşrəf Mehdiyev dünyasını dəyişdi". musavat.com. 2023-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-31.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Əşrəf Mehdiyev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?