For faster navigation, this Iframe is preloading the Wikiwand page for Elşad Musayev.

Elşad Musayev

Vikipediya, azad ensiklopediya

Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri
Vəzifədədir
11 may 2003-cü ildən
Əvvəlkivəzifə təsis edildi.
1996 – 1998
SədrEtibar Məmmədov
bayraq
Azərbaycan Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi
bayraq2
1994 – 1995
SədrEtibar Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 5 sentyabr 1963(1963-09-05) (60 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elşad Musayev (5 sentyabr 1963, Allahverdi rayonu) — Böyük Azərbaycan Partiyasının sədri, Azərbaycan Milli İstiqlal Partiyasının sabiq baş katibi və təşkilati məsələlər üzrə sabiq katibi.

Elşad Musayev 5 sentyabr 1963-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Allahverdi rayonunda doğulmuşdur.[1]

Elşad Musayev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]

Elşad Musayev evlidir, 4 övladı var.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müstəqilliyin bərpasından sonra Azərbaycan Xalq Cəbhəsi bazasında yeni yaranmış Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsi 3 iyul 1992-ci il tarixinə qurultay çağırmışdır. 3 iyul 1992-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında partiyanın Təsis Qurultayı keçirilmişdir.[2] Qurultayın ikinci günündə rəhbər orqanlar seçkilər keçirilmişdir. Qurultayda 1-i qadın, 14-ü kişi olmaqla 15 nəfər Mərkəzi Nəzarət-Təftiş Komissiyasına üzvü seçilmişdir. Onlardan biri də Elşad Musayev olmuşdur.[3]

Elşad Musayev 1994–1995-ci illərdə Azərbaycan Milli İstiqlal Partiyasının təşkilati məsələlər üzrə katibi, 1996–1998-ci illərdə isə baş katibi olmuşdur.[4] 2021-ci ilədək bu partiyada katiblik postu mövcud olmuş və sədr müavini vəzifəsinin ekvivalenti olmuşdur.[5]

Elşad Musayev 1995-ci il parlament seçkilərində AMİP-in namizədi olaraq 22 saylı Binəqədi-Nəsimi seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin o dairədən Akif Muradverdiyev deputat seçilmişdir. Elşad Musayev özündə olan seçki protokollarına görə özünün qalib olduğunu elan etsə də, şikayətləri təmin olunmamışdır. O, ardınca 4 fevral 1996-cı il tarixli təkrar parlament seçkilərində 21 saylı Binəqədi seçki dairəsi üzrə deputatlığa namizəd olmuş 49,3% səs toplamış, seçkilərin ikinci turuna, yəni 18 fevral 1996-cı il tarixli təkrar parlament seçkisində isə Toğrul İbrahimliyə məğlub olmuşdur.[6]

Elşad Musayev 2000-ci il parlament seçkilərində yenə 21 saylı Binəqədi seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O dairədə qalib namizəd Oqtay Əsədov olmuşdur.[6] 2000-ci il parlament seçkilərindən sonra, 2000-ci ildə Elşad Musayev Azərbaycan Milli İstiqlal Partiyasından istefa vermişdir.[4]

11 may 2003-cü ildə Böyük Azərbaycan Partiyasının təsis qurultayı keçirilmiş Elşad Musayev isə partiyanın sədri seçilmişdir.[1] Böyük Azərbaycan Partiyası 12 avqust 2005-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.[7]

Elşad Musayev Böyük Azərbaycan Partiyası üzvü və sədri olaraq ilk dəfə 2006-cı il təkrar parlament seçkilərində iştirak etmişdir. O, bu seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizəd olsa da deputat seçilə bilməmişdir.[8]

Elşad Musayev 2010-cu il parlament seçkilərində partiyasının yeganə namizədi olaraq 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[9] Onun namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən dəstəklənmişdir.[10] O, 750 səs (9.9%) toplayaraq seçkiləri Rafael Cəbrayılovun ardınca ikinci sırada tamamlamışdır.[11]

Elşad Musayev 2015-ci il parlament seçkilərində AZADLIQ-2015 Seçki Blokunun vahid namizədi olaraq 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[12] O, 2076 səs (10.83%) səs toplayaraq seçkiləri Kamaləddin Qafarovun ardınca ikinci sırada tamamlamışdır.[13]

Elşad Musayev 2020-ci il parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur. O, 666 səs səs toplayaraq deputat seçilə bilməmişdir.[14]

Elşad Musayev 2024-cü il parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd olmuşdur.[15]

Prezident seçkilərində

[redaktə | mənbəni redaktə et]

Yeni qurulmuş Böyük Azərbaycan Partiyası sədri olan Elşad Musayev 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olsa da, lazım olan 40 min imzanı toplaya bilmədiyi üçün namizədliyi rəsmi qeydiyyatdan keçməmişdir.[16]

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla 7 fevral 2024-cü il tarixinə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olunmuşdur.[17] 17 dekabr 2023-cü ildə Böyük Azərbaycan Partiyası Siyasi Şurasının seçkilərlə bağlı qərarı mətbuata açıqlanmışdır. Belə ki, partiya seçkilərdə sədr Elşad Musayevin namizədliyini irəli sürmüşdür.[18] Onun namizədliyi 21 dekabr 2023-cü ildə təsdiqlənmişdir.[19] Böyük Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri Vüqar Qasımov və Fikrət Cəfərov, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi isə Azad Məmmədov olmuşdur.[20] Elşad Musayev namizədliyi üçün lazım olan imza vərəqələrini və sənədləri Mərkəzi Seçki Komissiyasına 3 yanvar 2024-cü ildə təhvil vermişdir.[21] 9 yanvar 2024-cü ildə keçirilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası iclasında namizədliklərlə bağlı yekun qərar alınmışdır. Belə ki, lazımı sənədlərini və imzalarını komissiyaya təqdim etmiş Elşad Musayevin namizədliyi rəsmi olaraq qeydə alınmışdır.[22] Prezidentliyə namizəd Elşad Musayevin komissiyaya təqdim etdiyi hesabata görə onun ilkin seçki büdcəsi fiziki şəxslərin ianəsindən 1500 manat olmaqla gəlirlər başlığı altında 1500 manat, imzatoplama kompaniyası fəallarına xərclənən pullardan 1000 manat olmaqla xərclər başlığı altında 1000 manat, qalıqlar başlığı altında isə 500 manat təşkil etmişdir.[23] Təbliğat-təşviqat kompaniyasının başlaması ilə prezidentliyə namizəd Elşad Musayev "Hər şey qalib xalq üçün!" şüarından istifadə etməyə başlamışdır.[24] Musayev 17 yanvar 2024-cü ildə Qobustan rayonunda seçicilərlə görüş keçirmişdir.[25] Elşad Musayev Pirallahı rayonu, Suraxanı rayonuGoranboy rayonunda da seçicilərlə görüş keçirmişdir.[26] Elşad Musayevin seçki platformasında Ermənistanla sülh müqaviləsi imzalanması qeyd olunmuşdur.[27] Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 fevral 2024-cü ildə iclas keçirmiş, iclasda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edilmişdir. Nəticələrə əsasən Elşad Musayev 32 956 (0,66%) səs toplayaraq seçkiləri 6-cı sırada tamamlamışdır.[28]

  1. 1 2 3 4 "Böyük Azərbaycan Partiyasının sədrinin prezidentliyə namizədliyi irəli sürülüb". www.amerikaninsesi.org. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  2. Rəşad Bayramov. "AMİP-in Təsis Qurultayından 28 il keçir". Ovqat.com. 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-28.
  3. Əli Orucov. "Azərbaycan Milli İstiqlal Partiyasının Təsis Qurultayı 2.3". Əli Orucov (az.)). 28.11.2014. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2022.
  4. 1 2 "Elşad Musayev də prezident olmaq istəyir". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  5. "AMİP-ə yeni sədr seçildi". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  6. 1 2 moderator.az. ""Mənim bu əhaliyə bir vəfa borcum var"". moderator.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  7. "Dövlət qeydiyyatına alınmış siyasi partiyalar | Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  8. "Dörd namizəd təkrar seçkilərdə baş verəcək qanunsuzluğa qarşı birgə mübarizə aparacaqları ilə bağlı razılığa gəlib". Trend.Az (az.). 2006-05-10. 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  9. modern.az. "Bütün deputatlığa namizədlər barədə yeni məlumat". modern.az (az.). 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  10. modern.az. "Tanınmış namizədlərin seçki paradı..." modern.az (az.). 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  11. "9 BINƏQƏDI IKINCI SEÇKI DAIRƏSİ". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  12. "Namizədliyi qeydə alınanlar 2015 9 saylı Binəqədi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  13. "9 SAYLI BİNƏQƏDİ İKİNCİ SEÇKİ DAİRƏSİ". 2023-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  14. "Seçki protokolları 9 saylı Binəqədi II". 2023-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  15. "Mərkəzi Seçki Komissiyası". www.infocenter.gov.az. 2024-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
  16. "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidenti seçkilərində cənab Musayev Elşad Nəbi oğlunun prezidentliyə namizədliyinin qeydə alınması haqqında AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI". E-qanun.az. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  17. "Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək". Milli.az. 2023-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2023.
  18. "Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürüldü - BAP qərar verdi". musavat.com. 2023-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  19. "MSK daha 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2023-12-21. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-21.
  20. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-02.
  21. "İrəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən namizədlərin siyahısı - Azərbaycan Respublikası Mərkəzi Seçki Komsissiyası". www.msk.gov.az (English). 2024-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  22. "Azərbaycanda daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 2024-01-09. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-09.
  23. "Azərbaycan Respublikası Prezidentinin seçkikərində prezidentliyə namizədliyi qeydə alınmış Elşad Musayevin seçki fondunun gəlir və xərclərinin maliyyə hesabatı" (PDF). 2024-01-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-01-10.
  24. modern.az. "Namizədlərin seçki şüarları - SİYAHI". modern.az (az.). 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-15.
  25. "Prezidentliyə namizədlər bölgələrdə". musavat.com. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  26. "Seçkiyə 15 gün qaldı - namizədliyini geri çəkən olacaqmı..." musavat.com. 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-23.
  27. modern.az. "Namizədlər xarici siyasətlə bağlı nələr vəd edir? - Cənubi Azərbaycan, GUAM-dan çıxmaq..." modern.az (az.). 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  28. "Konstitusiya Məhkəməsi". constcourt.gov.az. 2024-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-13.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Elşad Musayev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?