For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qobustan rayonu.

Qobustan rayonu

Vikipediya, azad ensiklopediya

Rayon
Qobustan rayonu

40°32′06″ şm. e. 48°55′16″ ş. u.


Ölkə
Daxildir Dağlıq Şirvan
İnzibati mərkəz Qobustan
İcra başçısı Adil Məmmədov
Tarixi və coğrafiyası
Yaradılıb 8 oktyabr 1943, 24 aprel 1990
Sahəsi
  • 1.369,4 km²
Hündürlük
595 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 46.871 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-QOB
Telefon kodu 150
Poçt indeksi 3700
Avtomobil nömrəsi 37
Rəsmi sayt
Qobustan rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qobustan rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. İnzibati mərkəzi Qobustan şəhəridir.

Qədim yaşayış mərkəzlərindən biri olan Qobustan qəsəbəsi Şirvan tarixi vilayətinin tərkibində olmuşdur. Qədim türk sözü olan "qobu" (qobi) — quru, susuz yer, ölkə, oba mənasnı daşıyır. Landşaftşünaslıqda "qobu", quru və ya müvəqqəti su axan dərə, yarğan landşaftlarına deyilir. Başqa mülahizələrə görə "qobu" sözünün bu məkana heç bir uyğunluğu yoxdur. O, ərəb dilində "qabustan" - müqqəddəs yer sözündən yaranmışdır. Bu söz iki hecadan ibarət olub "Qabu" — Allaha yaxın, "stan" isə məkan mənasını verir. "Qabus - can" və ya "Qabistan" Allaha yaxın məkan deməkdir. Beləliklə, "Qabistan" çox müqəddəs ad və məna kəsb edir. Yaşlı və dindar insanların sözlərinə görə, yay aylarında Qobustanın səmasında "ağ yol" uzanır. Bu "yol" Məkkəyə qədər "gedir". Keçmişdə Kəbəyə "Həcc Ziyarəti"nə gedənlər bundan kompas kimi istifadə edirmiş. Qobustan rayonunun mərkəzi olan Mərəzə qəsəbəsi Mərəz yaylasnın mərkəzində, magistral yolun kənarında yerləşir. Rəvayətlərə görə, dövrünün məşhur bir insanının ağır xəstə olan xanımının burada şəfa tapmasından sonra bu fikir yaranıb. Digər mülahizələrə görə isə "mərəzə" sözü "mərz" - sərhəd, hüdud, havaqovuşan, sərhəd çəkmək mənasını ifadə edir.

Qobustan rayonu Azərbaycanın Şirvan tarixi vilayətinin rayonlarından biridir. Qobustan diyarı Böyük Qafqaz dağlarının şərq və cənub-şərq ətəklərində, Azərbaycan Respublikasının şərq hissəsində yerləşir. Qobustan ərazisi tarixi-coğrafi məkan olmaqla, qədim Şirvanın tarixi ərazisi sayılan, Mingəçevirdən tutmuş Kür çayının böyük sol sahil torpaqları Dərbənd də daxil olmaqla, Dərbənd Səddinə (qədim Dağıstana) kimi uzanmışdır. Elə buna görə də, tarixi-coğrafi baxımdan Şirvan dedikdə, Qobustan Şirvan ərazisi hesab edilməlidir. Lakin keçən əsrin yazılı mənbələrindən, inzibati ərazi vahidi kimi Şamaxı qəzasının iki böyük nahiyəyə (sahəyə) ayrılması məlumdur. Bunlardan biri Qoşun sahəsi, digəri isə Qobustan sahəsi adlanmışdır.

Qobustan rayonu 1920–1930-cu illərdə Şamaxı qəzasının Mərəzə dairəsinin tərkibinə daxil edilmişdir. 1930-cu ildə Şamaxı rayonu təşkil edildikdə Mərəzə də onun tərkibində olmuşdur. Qobustan rayonu 8 oktyabr 1943-cü il tarixində Mərəzə rayonu adı ilə təşkil olunmuşdur. 4 dekabr 1956-cı il tarixində ərazisinin bir hissəsi hesabına Xızı rayonu da təşkil edilmişdir.[1] 4 dekabr 1959-cu ildə isə Mərəzə rayonu ləğv edilmiş, ərazisi də Şamaxı rayonuna birləşdirilmişdir.[2] 1990-cı ilin 24 aprel tarixindən müstəqil Qobustan rayonu yenidən təşkil edilmişdir.

1893-cü ildə neftin xaricə nəqli üçün yaradılmış Duvannı stansiyası asasında formalaşmışdır. Azərbaycan neftinin xaricə ilk ixracı 1901-ci ildə bu stansiyadan həyata keçirilmişdir. 1950–1954-cü illərdə Səngəçal, Çeyildağ, Ələt və Atbulaq qəsəbələri əsasında Duvannı rayonu yaradılmış, 1956-cı ildə yenidən Molotov (indiki Qaradağ) rayonuna birləşdirilmişdir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Rayonda külək turbinləri

Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Azərbaycanın müasir fiziki-coğrafi bölgəsi olan Qobustan özlüyündə ayrıca bir fiziki-coğrafi sahə (rayon) kimi qeyd edilir. Qobustanın fiziki-coğrafi ərazisi şimaldan Baş Qafqaz silsiləsinin suayırıcı hissəsinin cənub yamacı, Kürəkçi dağının (527 m) suayırıcısı ilə Altıağac kəndinin cənubundan keçir.

Qərbdə Baş Qafqaz suayırıcısı üzərindən, Altıağacdan başlayaraq Aladaş yaylası, Xilmilli (Xiləmilli) və Pirsaat çayının sol qolu olan Acıdərə çayl ilə uzanaraq, cənubunda Pirsaat çayının yatağı ilə davam edərək, Səba düzünə çıxdıqdan sonra Hərəmi sıra dağlarının suayırıcısı ilə Kiçik Hərəmi və Mişov dağı istiqamətində, Ələt burnundan baçlayıb Xəzər dənizi ilə qovuşur. Şərq sərhəddi Xəzər dənizi, Abşeron yarımadasında isə Yasamal dərəsindən Ceyrankeçməz çökəkliyi istiqamətində uzanır. Qobustan qərbdən şərqə 80 km, şimaldan cənuba isə 100 km məsafədə uzanır. Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı, onun əsas hissəsi (1369,4 km2 ) 1990-cı ilin 24 aprelində yaradılmış Qobustan inzibati rayonuna daxildir.

Qobustan inzibati rayonunun ərazisi az istisna olmaqla, keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Onun şimal sərhəddi Şamaxı rayonunun ərazisindən Taxtayaylaq sistemi, şimal-şərqdən Xızı inzibati rayonunun Çingil çayı boyunca uzanaraq, Cəngi kəndindən az şərqdə, şərqdə və cənub-şərqdən isə Abşeron inzibati rayonu, cənubdan kiçik bir məsafədə (6 km) Hacıqabul inzibati rayonu, cənub-qərbdən, qərbdən və şimal-qərbdən Şamaxı inzibati rayonları ilə sərhədlənir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır.

Qobustan rayonu Azərbaycanıı şərq hissəsinin alçaq dağlıq sahəsində, Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşir. Şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı və onun qolu Acıdərə çayı, Aladaş yaylası, cənubda Girdədağ (648 m), Hərəmi (300 m) və Mişov dağları (palçıq vulkanı), şərqdə Süngürdağ (676 m), Keçiqaya (641 m) və Böyük Siyaku (786 m) kimi alçaq dağlar ilə hüdudlanır. Ərazinin orta hündürlüyü 600–700 m, maksimal hündürlüyu isə 1500 m-dir. Şimalda Baş Qafqaz silsiləsinin qolları olan Aladaş, Kəmçi, Taxtayaylaq silsilələri (Gümbüdağ 1286 m, Kətandağ 980 m, Yurtandağ 898 m) yerləşir. Qərbdə - Sündü, Nabur, Mərəzə silsilələri ilə əhatə olunur, Mərkəzdə isə Ceyrankeçməz depressiyası (çökəkliyi), (çöl ərazilərdə 150 mm və daha azdır. Zirvələri şimal-şərqdə Quşludağ (1421 m), Quşudağ (1368 m), Arpabulaq (1356 m), şərqdə Şeşni-şeytan (1241 m), şimalda isə Gümbüdağ (1286 m) zirvələridir.

Qobustan ərazisinin relyefi – dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur. Lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır.[3]. Qobustanda relyef formalarının əmələ gəlməsində küləklərin, yağıntıların və palçıq vulkanlarının rolu böyükdür. Qobustan relyefinin öyrənilməsi, ümumi Qobustan ərazisi daxilində tədqiqatçıların diqqətindən kənarda qalmamış, onun tərkibi də araşdırılmışdır. Qobustan rayonunun ərazisi cənub-şərqə doğru meyillidir. Ərazi quruluşuna görə dağlıq, yayla tənəli öndağ və düzənliklər olmaqla, üç yerə bölünür. Dağlıq yayla Qobustanın şimal-qərb hissəsini əhatə edir. Bura dərin dərələrə parçalanmış düzən (penplen) səthli dağlıq sahələrdir. Ondan cənub-şərqə doğru alçalan yastı düzənliklər mövcuddur. Üçüncüsü, dördüncü dövrlərin yumşaq çöküntü süxurlarından ibarət olduqlarına erroziyaya daha çox məruz qalıb, yuyulub, aşınaraq yarğan və dərələrin inkişafına səbəb olmuşdur. Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də, burada tipik karst landşaftı yayılmışdır. Belə karstı sahələr Pirsaat çaylı göl qolları, Acıdərə çaylı, Zəngidərə (Qapçı) çay arasında bedlend (yararsız), psevda-karst (yalançı karst) inkişaf etmişdir.

Sumqayıt, Ceyrankeçməz çay dərələrində sürüşmə hadisələri yayılmışdır. Öndağ şərq, cənub-şərq hissələrini əhatə edir. Burada palçıq vulkanları geniş yayılmış və gil karst relyefi müşahidə edilir. Düzən Qobustan isə inzibati rayonunun ərazisindən kənarda-cənubda yerləşir. Qobustan relyef formalarının əmələ gəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Palçıq vulkanları relyefdə, xüsusi xarakterə malikdir. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və digər palçıq vulkanları da vardır.

Rayon ərazisinin yüksəklikləri - Sündü, Mərəzə, Pirdirəki, Qılıcan, Yacvanı, Gicəki, Qarpızlı yaylaları, Şaiblər, Qaiblər, Böyük Gicəki, Şəmşəddin, Sunqur, Bayanata, Girdə və başqalarını qeyd etmək olar. Geoloji baxımdan Qobustan neft və qazla zəngindir. Bunların təbii göstəriciləri palçıq vulkanlarıdır. Qobustanda təbii halda - Nabur, Hilmilli (Xilmilli), Cəyirli Şorsulu, Ərəbqədim, Şeyxzərli, Kolanı və digər palçıq vulkanları da təzahür edir.

Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hisssində boz və qonur şorakətli, şimal-qərbində şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə də zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 bitki növünə burada rast gəlmək olur. Əksəriyyəti çiçəkli bitkilər olmaqla, şoran tipli yovşan, qarağan, kəngiz, xoruzgülü, qanqal, ölgürgən qayıq çiçək, baldırğan, əngiran, gülxətmi, əsmə çiçək və başqa kserofit bitkilər yayılmışdır.

Quraqlığa davamlı kollardan - nar, murdarça, iydə, əncir, qaramıx, itburnu, quşüzümü və başqaları da vardır. Onu da qeyd edək ki, belə kolluqlar daşlı qayalarda bitməyə uyğunlaşmışlar. Çünki kiçik şehənəm yağıntılardan sonra daşlar üzərinə düşən su damcılarından asanlıqla qidalana bilirlər.

Heyvanlar aləmi yoxsuldur. Vaxtı ilə burda geniş yayılmış məməlilərdən Ceyranın yer adlarında izi qalmışdır (Ceyran bulağı, Ceyran nohuru, Ceyrankeçməz çayı və.s). Vaxtı ilə burda kaftar və başqa heyvanlar da yaşamışdır. Lakin onun nəsli kəsilmiş, hazırda canavar, çaqqal, tülkü, porsuq, dovşan, sürünənlərin isə müxtəlif zəhərli növləri (ilan, kərtənkələ)kirpi, bağa və müxtəlif növ quşlar da mövcuddur.

Ərazi Respublikanın ən seyrək çay şəbəkəsinə malikdir. Çaylarının mənbələri müxtəlif yüksəkliklərdən olan Pirsaat, Qozluçay, Ceyrankcçməz, Gilgil çay, Cəngiçay, Sumqayıt çaydır. Pirsaat başlanğıcını Böyük Qafqazın şərq kənarından (2400 m) götürür, Sumqayıt çay isə öz mənbəyini 2000 m yüksəklikdən (Gülümdostu dağı) alır. Ceyrankeçməz Ərəb-Şahverdi kəndi yaxınlığından (800 m) başlayaraq, Sanqaçal stansiyası yaxılığında Xəzərə tökülür. Gilgilçay Gülümdəstə dağının yamacından (1980 m) başlayır. Xilmilli, Nabur, Sündü, Cəyirili, Çalov, Təklə, Çuxah kəndləri mineral bulaqlarla zəngindir.

Ərazinin torpaqlarını, əsasən, şabalıdı və açıq-şabalıdı, boz-qonur, şorakətvari boz qonur torpaqları təşkil edir. Geniş otlaqlara malik Qobustan Azərbaycanın əsas qışlaqlarındandır. Burda mülayim, isti yarımsəhra və quru çöl iqlimi üslünlük təşkil edir. Şimalda iqlimi mülayim istidir. Yanvarda orda temperatur −1.5 °C-dən 3 °C-dək, iyulda 27 °C-dək yüksəlir. İllik yağıntı şimal-qərbdə 500 mm, cənub-şərqdə isə 150 mm və daha azdır. Dağ kserofitləri, yarımsəhra və quru-bozqır bitkiləri geniş yer tutur. Heyvanları - tülkü, canavar, boz dovşan, adi çölsiçanı, ilan, kərtənkələ və s. Quşları: kəklik, göyərçin və s.[4]

Rayonun iqlimi əsas etibarilə yarımsəhra çöl iqlimidir.

Qobustan rayonunun əhalisi 2014-cü ilin 1 yanvar tarixə kimi 43125 nəfər təşkil edib. Qobustan rayonu ərazisində 1 şəhər, 1 qəsəbə olmaqla, 31 kənd mövcuddur. Əhalisinin 21519 nəfərini kişilər, 21606 nəfərini isə qadınlar təşkil edir. Şəhər əhalisinin sayı 8329 nəfər, kəndlərdə yaşayanların sayı isə 34796 nəfərdir.

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Mərkəzi Qobustan şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 15 kənd ərazi dairəsi, 31 kənd yaşayış məntəqəsi vardır.

Əhalisinin sayı 2009-cu ilin 1 yanvar tarixinə olan məlumatları əsasında:

Ərazi Cəmi Kişi Qadın
nəfər faiz nəfər faiz nəfər faiz
Qobustan rayonu 40112 100,0 19879 100,0 20233 100,0
Şəhər əhalisi 8086 20,16 4064 20,44 4022 19,88
Kənd əhalisi 32026 79,84 15815 79,56 16211 80,12

Tanınmışları

[redaktə | mənbəni redaktə et]

Alim Qasımov-Azərbaycanlı xanəndə.

Mirabbas Qasımov-akademik.

İlqar Məmmədov-riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, laboratoriya rəhbəri.

İqtisadi xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.

Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduqqıran və digər palçıq vulkanları vardır. Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəng daşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır. Şimalda Meysəri (Haçaqaya, 1241 m) və Yurtandağ silsilələri (Yurtandağ, 898 m), mərkəzdə Mərəzə yaylası, Gicəki tirəsi (Gicəki, 1047 m) əsas oroqrafik vahidlərdir. Neft, təbii qaz, yanar şist yataqları, tikinti materialları, çoxlu bulaqları və palçıq vulkanları vardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

[redaktə | mənbəni redaktə et]

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Qobustanda ən maraqlı və turistlər üçün cəlbedici obyekt şəhərin yaxınlığındakı dərədə, Söyünlü kəndində yerləşən mağara labirintləridir. (kürələr). Burada xalq arasında "layan qaya" deyilən çox orijinal bir təbii hadisəni müşahidə etmək mümkündür. Rəvayətə görə Bu qayadan axan "gözyaşları" əsgər oğlanları həlak olmuş ananın gözyaşlarıdır. Mağaralar orta əsrlərdə Azərbaycanda tayfa müharibələri və yadelli işğalçıların basqınları baş verərkən süni yolla genişləndirilmiş və yaşayış üçün uyğunlaşdırılmış təbii qalereyalar sistemidir.

  1. Ведомости Верховного Совета СССР. № 1 (868), 1957 г.
  2. Ведомости Верховного Совета СССР. № 50 (982), 1959 г.
  3. "Arxivlənmiş surət". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-27.
  4. Məmmədov R. M. Azərbaycanda landşaft və planlaşdırması. Bakı:Elm 2009

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qobustan rayonu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?