For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ali Sovet (Azərbaycan).

Ali Sovet (Azərbaycan)

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Azərbaycan SSR Ali Soveti
Ümumi məlumatlar
Təsis tarixi 24 iyun 1938
Ləğv olunma tarixi 1995
Əvvəlki orqan Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi
Sonrakı orqan Azərbaycan Respublikasının Milli Məclisi

Azərbaycan Ali Soveti — 1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı. 1991-ci ilədək Azərbaycan SSR Ali Soveti, 1991-ci ildən isə Azərbaycan Respublikasının Ali Soveti adlandırılmışdır. 1995-ci ildə ləğv edilərək səlahiyyətləri Azərbaycan Respublikası Prezidenti və yeni yaradılmış Azərbaycan Respublikasının Milli Məclisi təsisatları arasında bölüşdürülmüşdür.

Azərbaycan SSR Ali Soveti 24 iyun 1938-ci ildə təsis edilmişdir.

Azərbaycan SSR Ali Soveti birpalatalı olub Azərbaycan SSR Konstitusiyasına əsasən Azərbaycan SSR-ə verilmiş bütün hüquqları həyata keçirirdi. Bu hüquqlar Azərbaycan SSR Konstitusiyasına görə Azərbaycan SSR Ali Sovetinə hesabat verən dövlət orqanlarının — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Azərbaycan SSR Nazirlər Sovetinin və respublika nazirliklərinin səlahiyyətinə daxil olmamışdır.

Azərbaycan SSR Ali Sovetinə deputatlar gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, ortalama hər 12.500 əhalidən 1 nəfər hesabı ilə seçilirdi. Mandat müddəti, I və XI çağırışlar istisna olmaqla, 4 il təyin olunmuşdu. 21 yaşına çatmış seçki hüququ olan istənilən şəxs — fəhlələr, kolxozçular, mədəniyyət xadimləri, dövlət partiya xadimləri Azərbaycan SSR Ali Sovetinə deputat seçilə bilərdilər.

Çağırışlar

[redaktə | mənbəni redaktə et]
Azərbaycan SSR Ali Sovetinin iclası (1964)

1920–1938-ci illərdə dəfələrlə idarəetmə sistemi dəyişsə də, 1938-ci ildə Azərbaycan SSR Ali Soveti təsis olundu. Təkpartiyalı rejim olduğu üçün bütün rəhbərlər Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvü olublar.

Çağırış Vəzifə adı Adı və Soyadı Səlahiyyət Müddəti
I çağırış (1937–1947) Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov 1937–1947
Ali Sovetin sədri Mir Teymur Yaqubov 18 iyul 1938 – 7 aprel 1941
Əziz Əliyev 7 aprel 1941 – 6 mart 1944
Sultan Qafarzadə 6 mart 1944 – 22 mart 1947
II çağırış (1947–1951) Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov 1947–1949
Nəzər Heydərov 1949–1951
Ali Sovetin sədri Yusif Yusifov 22 mart 1947 – 26 mart 1951
III çağırış (1951–1955) Rəyasət Heyətinin sədri Nəzər Heydərov 1951–1954
Mirzə İbrahimov 1954–1955
Ali Sovetin sədri Ağamirzə Əhmədov 26 mart 1951 – 18 aprel 1953
Mustafa Topçubaşov 18 aprel 1953 – 25 mart 1955
IV çağırış (1955–1959) Rəyasət Heyətinin sədri Mirzə İbrahimov 1955–1958
İlyas Abdullayev 1958–1959
Ali Sovetin sədri Abdulla Bayramov 25 mart 1955 – 23 yanvar 1958
Mirzə İbrahimov 23 yanvar 1958 – 25 mart 1959
Qəzənfər Cəfərli 25 mart 1959 – 26 noyabr 1959
V çağırış (1959–1963) Rəyasət Heyətinin sədri Səftər Cəfərov 1959–1961
Məmməd İsgəndərov 1961–1963
Ali Sovetin sədri Əli Tağızadə 26 noyabr 1959 – 29 mart 1963
VI çağırış (1963–1967) Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov 1963–1967
Ali Sovetin sədri Məmməd Dadaşzadə 29 mart 1963 – 5 aprel 1967
VII çağırış (1967–1971) Rəyasət Heyətinin sədri Məmməd İsgəndərov 1967–1969
Qurban Xəlilov 1969–1971
Ali Sovetin sədri Mustafa Topçubaşov 5 aprel 1967 – 1 iyul 1971
VIII çağırış
(1971–1975),
IX çağırış
(1975–1980),
X çağırış
(1980–1985)

XI çağırış
(1985–1991)
Rəyasət Heyətinin sədri Qurban Xəlilov 1971–1985
Süleyman Tatlıyev 1985–1989
Elmira Qafarova 1989–1990
Ali Sovetin sədri Süleyman Rüstəm 1 iyul 1971 – 10 iyun 1989

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ali Sovet (Azərbaycan)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?