For faster navigation, this Iframe is preloading the Wikiwand page for Süleyman Tatlıyev.

Süleyman Tatlıyev

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin.
Süleyman Tatlıyev
bayraq
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti
bayraq2
1994 – 9 mart 2014
ƏvvəlkiKamran Hüseynov
SonrakıNiyaz Əli-zadə
30 dekabr 1985 – 22 iyun 1989
ƏvvəlkiQurban Xəlilov
SonrakıElmira Qafarova
bayraq
Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini
bayraq2
30 iyul 1978 – 30 dekabr 1985
Əvvəlkiİsmayıl İbrahimov
SonrakıArtur Rasizadə
1970 – 1978
SonrakıArif Axundov
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Kimya Sənayesi İdarəsinin rəisi
bayraq2
13 yanvar 1966 – 1970
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1925(1925-02-27)
Doğum yeri
Vəfat tarixi 9 mart 2014(2014-03-09) (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2005 "Dostluq" ordeni (Rusiya) — 2004
"Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 1985 "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Süleyman Bayram oğlu Tatlıyev (27 fevral 1925, Dağ Kəsəmən, Qazax qəzası9 mart 2014, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1985–1989), Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti (1994–2014).

Süleyman Bayram oğlu Tatlıyev 27 fevral 1925-ci ildə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. Orta məktəbin yuxarı sinfində oxuyarkən 1943-cü ildə hərbi xidmətə çağırılıb. Cəbhədə ağır yaralandıqdan sonra vətənə qayıdaraq, Qazax şəhər orta məktəbini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1951-ci ildə Qroznı Yeni Neftayırma Zavodunda mühəndis kimi başlamış və 1956-cı ilədək həmin vəzifədə işləmişdir.

1956–1961-ci illərdə Sumqayıt Sintetik Kauçuk Zavodunda sex rəisi, baş mühəndisin müavini, 1961–1963-cü illərdə Xalq Təsərrüfatı Şurası kimya idarəsinin şöbə müdiri, 1963-cü ildən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1963–1964-cü illərdə Sov. İKP Zaqafqaziya Bürosu üzrə inspektor, 1964–1965-ci illərdə yenidən Azərbaycan KP MK-nın Kimya və neft sənayesi şöbəsi müdirinin müavini, 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Kimya sənayesi idarəsinin rəisi, 1970–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İşlər idarəsinin müdiri, 1978–1985-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, 1985–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, 1991-ci ildən "Nur" Xarici İqtisadi Assosiasiyasının prezidenti, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti vəzifələrində çalışmışdır.

Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. Süleyman Tatlıyev bir sıra orden və medallarla təltif edilib, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülüb.

Azərbaycanın ictimai-siyasi və dövlət xadimi Süleyman Bayram oğlu Tatlıyev 9 mart 2014-cü ildə vəfat etmişdir.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Süleyman Tatlıyev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?