For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qobustan.

Qobustan

Vikipediya, azad ensiklopediya

Şəhər
Qobustan
40°32′ şm. e. 48°56′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 771 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 9.556 nəf. (2019)
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qobustan xəritədə
Qobustan
Qobustan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

"Mərəzə" adının mənşəyi haqqında

[redaktə | mənbəni redaktə et]

Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı:

"Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir. Həqiqətdə isə yüksək bir dağın ətəyində böyük, əzəmətli asitanə içrə bir guşədə səccadənişin olub şərəfli vücudları yun xirqələri ilə kəmər bağlayıb çöməlib oturur. Müqəddəs simaları qibləyə baxır. Mübarək başı sövmənin bir qayasına dayanıb durur. Hələ də vücudu bəyaz pambıqtək çürüməyib tər-təzə qalır...”

Məşhur Şıx düzü kurqanları, b.e.ə. 1-8-ci əsrlərə aid olan, indiki Dağ Kolanı kəndinin qədim ticarət yollarında yerləşmiş qədim insan məskənlərinin qalıqları, şəhərin ətrafındakı Diri Baba türbəsi (15-ci əsr); şəhərin lap mərkəzində yerləşən Şah Abbas Karvansarasının qalıqları göstərir ki, bu yerlərdə ən qədim dövrlərdə insan məskənləri olmuşdur.

Mərkəzi Dövlət Tarix Arxivindəki çar Rusiyasına dair sənədlərə görə, xanlıqlar dövründə və daha sonrakı tarixi mərhələlərdə Qəbiristan mahalına daxil olan Mərəzəli obasının əhalisi rəncbərlik və maldarlıqla məşğul olurdu. Şirvan xanlığının çar Rusiyasına ilhaq edilməsi ilə Mərəzə obasının ərazisinə molokanların köçürülməsi prosesi başlayır. Tarixi faktlara istinad edərək, molokanların və duxaborların provaslav dininin qayda və qanunlarına riayət etmədikləri üçün daim təqibə məruz qaldıqlarını söyləyə bilərik.

1904-cü ilə qədər Şamaxı qəzasının təxminən 10 kəndində molokanlar və subbotniklər yaşayırdılar. Şamaxıda və qəza kəndlərində 14 min xristian təriqətçisi (12600 nəfəri molokan olmaqla) vardı. Tarixi faktlara görə, 1918-ci ilin aprel və may aylarında ermənilərin Mərəzəyə iki hücumu 400 evin yandırılması, 300 nəfərin vəhşicəsinə qətlə yetirilməsi ilə nəticələnmişdir. O vaxtdan kəndin adı dəyişilmiş, “Nərimankənd”, daha sonra isə “Stalinkənd” adlandırılmışdır

Artıq “Rus Mərəzəsi” və “Tatar Mərəzəsi” adlanan Mərəzə kəndinin əhalisi haqqında Bakı quberniyasının Şamaxı qəzası Qəbiristan dairəsinin pristavı F.A.Deminski də öz kitabının “Rus Mərəzəsi” kəndi bölümündə bəzi açıqlamalar verir: "Təriqətçi molokanlardır. Kənd yerləşdiyi yerə görə adlanır. Küçələrdə köhnə qəbiristanlığın yerləri gözə çarpır. Buradan zamanında çoxlu işğalçı orduları, səfirlər, səyyahlar İrandan, Gürcüstandan və Şirvandan gəlib, şimala gedib, geri qayıdıblar. Arxeoloji cəhətdən çox maraqlı yerdir..”

1993-cü ildən sonra rus-molokan əsilli əhalinin böyük əksəriyyəti Rusiyaya köçmüşdür. Onların az bir hissəsi, əsasən də yaşlı nəslin nümayəndələri hələ də burada yaşayır və ənənəvi şəkildə təsərrüfatla, xüsusilə bostançılıqla məşğul olurlar. "Tatar Mərəzəsi"ndə yaşayan əhalinin bir hissəsi "Rus Mərəzəsi"nə köçmüş, maldarlıqla məşğul olan elat hissəsi isə Qobustan qəsəbəsinin Duvannı kəndində - ənənəvi qışlaq yerində yerləşmişdir.

Mərəzə qəsəbəsi 25 aprel 2008-ci ildən Qobustan şəhəri adlandırılır. Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarmişdır[3].[4]

Mərəzə xalçaları

[redaktə | mənbəni redaktə et]

Burada lap qədimdən xalça toxumaqla məşğul olurdular. Yerli "Mərəzə", "Çuxanlı", "Çemcemli" xalçalarının naxışları butun dünyada məşhurdur. "Nabur" xalçalarını isə eyni adlı kənddə hələ də əl ilə toxuyurlar.

border=none Əsas məqalə: Mərəzə xalçaları
Şirvan xalçaçılıq məktəbinə aid Mərəzə xalçaları

Mərəzə kiçik şəhərdir. Burada mehmanxana yoxdur. Ona görə də burada yaşamaq üçün otaq və ya xüsusi ev kirayələmək olar. Sizin arzunuzdan asılı olaraq ev sahibləri xörək bişirmək qayğılarını da öz üzərlərinə götürə bilərlər.

Qobustan şəhəri — Diribaba türbəsi
Diribaba türbəsinin sağdan görüntüsü. Diri Baba türbəsi yaxınlığındakı qədim mağaraların uzaqdan görüntüsü. Diri Baba türbəsi yaxınlığındakı qədim məzarlıqdan bir görüntü. Diri Baba türbəsi yaxınlığındakı qədim məzarlıqdan bir görüntü.

37.137 nəfər

Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb.
İl Sayı
2012 8.100
2019 9.556
  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 70" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  2. "Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  3. "Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunu. Bakı şəhəri, 25 aprel 2008-ci il. № 592-IIIQ". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  4. "Qobustan rayonunun Mərəzə bələdiyyəsinin Nizamnaməsinə dəyişikliklər". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qobustan
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?