For faster navigation, this Iframe is preloading the Wikiwand page for Elman Nəsirov.

Elman Nəsirov

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Elman Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi 23 may 1968(1968-05-23) (56 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi beynəlxalq münasibətlər
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]
Elmi adı

Təltifləri "Tərəqqi" medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Elman Xudam oğlu Nəsirli (23 may 1968, Təzəkənd, Cəlilabad rayonu) — politoloq, siyasi şərhçi, Azərbaycan Milli Məclisinin V, VI çağırış deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor.[1]

Elman Nəsirov 23 may 1968-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1995–2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı olmuşdur.

1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində ikiillik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında çalışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.

1992–1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 1995–2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında calışmışdır. 2001-ci ildə "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-ci ildə "ABŞ və beynəlxalq terrorizm problemi" mövzusunda siyasi elmlər üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının professorudur. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir. 2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu "Geopolitika" elmi-analitik jurnalının Redaksiya heyətinin üzvüdür.

2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir. 2008–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin 18 sentyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru vəzifəsində çalışır.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2014-cü ildən Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissyasının katibi və eksperti olaraq fəaliyyət göstərir.

2015-ci ilin may-noyabr aylarında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Bizim Planet" proqramının aparıcısı olmuşdur.

  • "Azərbaycan-ABŞ münasibətləri. 1991–1997-ci illər" // Bakı, "Qanun" nəşriyyatı – 1998, 136 s.
  • "Azərbaycan nefti və beynəlxalq müqavilələr. 1991–1999-cu illər" // Bakı, "Qanun" nəşriyyatı –1999, 104 s.,
  • "ABŞ və dünya 11 sentyabrdan sonra" // Bakı, "Adiloğlu" nəşriyyat – 2003, 262 s.,
  • "Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri" // Bakı, "Elm və Təhsil" nəşriyyatı – 2010, 392 s.
  • "ABŞ və beynəlxalq terrorizm problemi. 2001–2010-cu illər" // Bakı, "TEAS Press" nəşriyyat evi, 2018, 344 s.
  • "Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2003–2006)",(həmmüəllif) // Bakı, "Azərbaycan" nəşriyyatı – 2007, 944 s.
  • "Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2007–2008)", (II kitab, həmmüəllif) // Bakı, "Azərbaycan" nəşriyyatı – 2008, 754 s.
  • "Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008, oktyabr-2010)", (III kitab, həmmüəllif) // Bakı, "Azərbaycan" nəşriyyatı – 2013, 752 s.
  • "Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2011–2013, mart)", (IV kitab, həmmüəllif) // Bakı, "Azərbaycan" nəşriyyatı – 2013, 976 s.

1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri "Azərbaycan neftinin dünəni, bu günü və sabahı" mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalib olmuş, I dərəcəli diplom və mükafatla təltif edilmişdir. 2000-ci ildə eyni tipli müsabiqənin qaliblərindən biri olaraq III dərəcəli diplom və mükafatla təltif edilmişdir.

2006-cı ildə BMT nəzdində Universal Sülh Federasiyası və Dünyada Sülh Uğrunda Dinlərarası və Beynəlxalq Federasiya tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülmüşdür. 2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl qələm" media mükafatı laureati diplomu ilə təltif olunmuşdur. 2009-cu ilin 30 dekabr tarixində Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi-vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların Komandanı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2022-ci il ki Sərəncamı ilə "Tərəqqi"[2] medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.

  1. "NƏSİROV Elman Xudam oğlu". Milli Majlis of Azerbaijan Republic. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-11.
  2. "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-02.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Elman Nəsirov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?