For faster navigation, this Iframe is preloading the Wikiwand page for Yəhya Məmmədov (dövlət xadimi).

Yəhya Məmmədov (dövlət xadimi)

Vikipediya, azad ensiklopediya

Yəhya Məmmədov
1944 – 1949
Əvvəlkivəzifə təsis edilib
SonrakıHacı Əliyev
1942 – 1944
Birinci katibMir Cəfər Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 16 mart 1903(1903-03-16)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1957(1957-12-21) (54 yaşında)
Partiya
Təhsili
  • Moskva Polad İnstitutu[d] (19271931)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
Xalq maarifi əlaçısı

Yəhya Mirzəməmməd oğlu Məmmədov (16 mart 1903, Əmircan, Bakı qəzası21 dekabr 1957) — Azərbaycan mühəndisi və partiya xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Rayon Komitəsinin ilk birinci katibi (1944–1949), Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı.

Yəhya Mirzəməmməd oğlu Məmmədov 1903-cü ildə Bakı qəzasının Əmircan kəndində anadan olmuşdur. 13 yaşında olarkən atası vəfat etmiş və o, təmir emalatxanasında tornaçı şagirdliyinə daxil olmuşdur. Sonrakı illərdə dəmiryol deposunda, Azərbaycan dəmiryollarının baş emalatxanalarında tornaçı və alətçi-çilingər vəzifələrində çalışmışdır.[1]

1920-ci ildə Yəhya Məmmədov komsomol sıralarına daxil olmuş, sonrakı üç il ərzində Bakıda və Azərbaycan rayonlarında komsomol işində çalışmışdır. 1923-cü ildə Moskvaya göndərilmiş, burada işçi fakültəsində[rus.] orta təhsil almışdır.[1] Ardınca, 1927-ci ildə Moskva Polad İnstitutuna daxil olmuş və buradan 1931-ci ildə məzun olmuşdur. Təhsilini başa vurduqdan sonra o, bir müddət Zaporojye şəhərində Ukraynanın ən böyük metallurgiya zavodlarından biri olmuş "Zaporojstal" kombinatında mühəndis-konstruktor vəzifəsində işləmişdir.[2]

1932-ci ildə Bakıya qayıdaraq Montin adına zavodda əvvəlcə mühəndis-metallurq, sonra isə tökmə sexinin rəisi vəzifələrində çalışmışdır. Sonrakı illərdə "Azneftmaş" trestində və Azərbaycan Neft Maşınqayırma İnstitutunda texnoloq işləmiş, 1939-cu ildə "Bakı fəhləsi" maşınqayırma zavodunun baş mühəndisi, sonra isə direktoru təyin edilmişdir. 1940-cı ildə Azərbaycan Neft Maşınqayırma İnstitutunun direktoru olmuş, 1941-ci ildən isə Kirov adına zavoda rəhbərlik etmişdir.[1]

1942-ci ildə Yəhya Məmmədov rəhbər partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin tikinti üzrə katibi vəzifəsinə seçilmişdir. 1944-cü ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt Rayon Komitəsinin birinci katibi olmuşdur. Yəhya Məmmədov 1949-cu ilin əvvəlində Azərbaycan qara metallurgiyasının ilk müəssisəsi olan Sumqayıt boru-prokat zavodunun tikilməsi və quraşdırılması işlərinin ən intensiv vaxtlarında bu zavodun direktoru təyin edilmiş və bir neçə il bu vəzifədə çalışmışdır.[2]

Yəhya Məmmədov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı seçilmişdir.[1] Dəfələrlə Bakı və Sumqayıt şəhər zəhmətkeş deputatları sovetlərinin deputatı, həmçinin Azərbaycan KP Sumqayıt Şəhər Komitəsi bürosunun üzvü olmuşdur.[2] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri, "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə", "Qafqazın müdafiəsinə görə" medalları, eləcə də "Xalq maarifi əlaçısı" döş nişanı və Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə təltif edilmişdir.[3]

Yəhya Məmmədov uzun sürən ağır xəstəlikdən sonra 21 dekabr 1957-ci ildə vəfat etmişdir.[2]

Sumqayıt şəhərinin mərkəzi küçələrdən biri Yəhya Məmmədovun adını daşıyır. Sumqayıt boru-prokat zavodunun qarşısında heykəli qoyulmuşdur.[3]

  1. 1 2 3 4 Йәһя Мәммәдович Мәммәдов // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 216.
  2. 1 2 3 4 Й. М. Мәммәдов // Коммунист. № 298 (10634). 22 декабр 1957-ҹи ил. С. 4.
  3. 1 2 Bünyatova, F. Əmircan (Xilə) şəcərələri. Bakı. 2012. səh. 323–324.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Yəhya Məmmədov (dövlət xadimi)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?