Məzahir Abasov
Vikipediya, azad ensiklopediya
Məzahir Abasov | |
---|---|
Şəhər Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
19?? – 19?? | |
Keşlə Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1948 – 1950 | |
Caparidze Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1946 – 1948 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1918 |
Doğum yeri | |
Vəfat tarixi | 3 fevral 2002 (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tarixçi |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | Leytenant |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | |
Elmi adı |
|
|
|
Təltifləri |
Məzahir Həmid oğlu Abasov (15 dekabr 1918, Maştağa, Bakı qəzası – 3 fevral 2002, Bakı) — təyyarəçi, tarix elmləri doktoru, professor, "Şöhrət" ordeni laureatı (1998).
Həyatı
[redaktə | mənbəni redaktə et]Məzahir Abasov 15 dekabr 1918-ci ildə Bakının Maştağa kəndində anadan olmuşdur.[1] 1937-ci ilin oktyabrından orduda xidmətə başlamışdır.
1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1963-cü ildən AMEA Tarix İnstitutunda işləməyə başlamışdır. Tarix elmləri doktoru, professor olmuşdur.[1]
Məzahir Abasov tarixçi alim kimi fəaliyyəti zamanı Azərbaycanın müharibə tarixınə işıq saçan qiymətli əsərlər yaratmışdır. Onlardan biri də bilavasitə cəsur təyyarəçilərimizə həsr etdiyi rus dilində nəşr olunmuş "На крылях мужества" kitabıdır.[2]
Məzahir Abasov 2002-ci ildə vəfat etmişdir.[3]
İkinci Dünya müharibəsində iştirakı
[redaktə | mənbəni redaktə et]Məzahir Abasov Qara dəniz üzərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdır.[4]
Məzahir Abasov qeyri-bərabər hava döyüşündə düşmənin bir təyyarəsini vurmuş, digərini zədələyərək, qaçmağa məcbur etmişdir. Həmin döyüşdə ciddi zədə almış təyyarəsini böyük ustalıqla suya endirmişdir. Bununla da Məzahir uçuş heyətini faşistlərin caynağından xilas etməklə yanaşı, başqa bir fədakarlıq göstərmişdir. O, yoldaşları ilə birlikdə 6 gün soyuq dənizdə ac-susuz qalmalı olmuşdur. Digər döyüşlərin birində Məzahirin idarə etdiyi təyyarə vurularaq alovlanmışdır. Özünün də alova büründüyü şəraitdə yanan təyyarəni yerə endirə bilmişdir.[2]
Haqqında yazılanlar
[redaktə | mənbəni redaktə et]Ə.Abasov təyyarəçi Məzahir Abasovun anadan olmasının 85 illik yubileyi münasibətilə 2004-cü ildə "Əfsanəvi təyyarəçi, müdrik insan", 90 illik yubileyi münasibətilə isə 2008-ci ildə "Əfsanəvi təyyarəçi Məzahir Abasov" adlı kitabları yazmışdır.[4] Kitabda İkinci Dünya müharibəsi veteranı Məzahir Həmid oğlu Abbasov haqqında onun veteran dostları, həmkarları, tanınmış ziyalılar və qohumlarının xatirələri, dahi şairimiz Səməd Vurğunun ona həsr etdiyi şeir və onun barəsində yazılmış materiallar verilmişdir.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]İTV kanalı 2014-cü ildə təyyarəçi Məzahir Abasov haqqında bioqrafik film çəkmişdir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Şöhrət" ordeni — 15.12.1998[5]
- "Qırmızı Bayraq" ordeni — 14 avqust 1942
- "Qırmızı Ulduz" ordeni — 13 may 1942
- 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985
- "Odessanın müdafiəsinə görə" medalı — 1 mart 1945
- "Sevastopolun müdafiəsinə görə" medalı — 1 mart 1945
Ailəsi
[redaktə | mənbəni redaktə et]Məzahir Abasov Suqra xanımla ailə qurmuşdur. İki oğlu, bir qız övladları olmuşdur.
Məzahir Abasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsət Abasovun atasıdır.[6]
Kitabları
[redaktə | mənbəni redaktə et]- "На крылях мужества" (rus dilində)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Göylər sonsuz bir dənizdir (film, 1995)
- Qanadlara yiyələnərək... (film, 1974)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Səməd Vurğun, "İgid şahin" (Məzahir Abasova həsr olunmuş şeir), Bakı: 1941.
- Səməd Vurğun, "İgid şahin" (Vətən müharibəsi qəhrəmanı, igid pilot Məzahir Həmid oğlu Abasova ithaf olunur), "Kommunist", 1941. 20 iyul.
- A.Y. "İgid pilot Məzahir Həmid oğlu Abasov və onun ekipajı", "Kommunist", 1941. 20 iyul.
- Abasov M. "Vətən müharibəsi qəhrəmanları", "Kommunist aqitasiya vərəqəsi", 1941. № 10, 8 noyabr.
- "Pilot Məzahir Abasov", "Azərbaycanın şanlı oğulları", kitab I. Bakı: 1942. səh.7–10.
- Sadıqov F. "Azərbaycan balası" (Vətən müharibəsi qəhrəmanı, təyyarəçi Məzahir Abasov haqqında) "Kommunist", 1943. 11 may.
- Ə.Abasov, "Əfsanəvi təyyarəçi, müdrik insan", Bakı: "Cümə", 2004. 170 səh.
- Ə.Abasov, "Əfsanəvi təyyarəçi Məzahir Abasov", Bakı: "Cümə", 2008. 186 səh.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 АБАСОВ Мазаир Гамид оглы Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine — kuzminki.mos.ru saytı
- ↑ 1 2 Bu gün Hərbi Hava Qüvvələri günüdür Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine — senet.az saytı
- ↑ Абасов Мазаир Гамид оглы. Военный летчик, Ветеран ВОВ, Доктор исторических наук, Профессор[ölü keçid]
- ↑ 1 2 "Azərbaycan aviatorları Böyük Vətən Müharibəsində. Bakı: 2010" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-05-10.
- ↑ "M. H. Abasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-22.
- ↑ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Abasov Əliövsət Məzahir oğlu Arxivləşdirilib 2016-04-01 at the Wayback Machine — http://courts.gov.az saytı
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Зейтулла Джаббаров, "Знаменитому летчику и ученому-историку Мазаиру Аббасову исполнилось бы 90 лет" — "Известия Азербайджан", 19.12.2008[ölü keçid]
- АБАСОВ Мазаир Гамидоглы — biograph.ru saytı
Bakı şəhərinin ləğv olunmuş rayonlarının rəhbərləri | |||||
---|---|---|---|---|---|
Caparidze rayonu |
| ||||
Duvannı rayonu |
| ||||
Dzerjinski rayonu |
| ||||
Ələt rayonu |
| ||||
Kaqanoviç rayonu |
| ||||
Korgöz rayonu |
| ||||
Maştağa rayonu |
| ||||
Sumqayıt rayonu |
| ||||
Şəhər rayonu |
| ||||
Voroşilov rayonu |
| ||||
Qeyd 1: Dzerjinski, Ələt, Kaqanoviç, Qala-Maştağa, Şəhər və Voroşilov rayonları 24 noyabr 1931-ci il tarixində təşkil olunmuşdur. 10 dekabr 1932-ci il tarixində Qala-Maştağa rayonunun adı Maştağa rayonu olaraq dəyişdirilmişdir. Caparidze rayonu 24 yanvar 1939-cu il, Korgöz rayonu 11 fevral 1940-cı il, Duvannı rayonu isə 5 aprel 1951-ci il tarixində təşkil olunmuşdur. Qeyd 2: 11 fevral 1940-cı il tarixində Ələt rayonu, 26 aprel 1945-ci il tarixində Korgöz rayonu ləğv edilərək Mikoyan rayonuna birləşdirilmişdir. 26 sentyabr 1955-ci il tarixində Kaqanoviç rayonu ləğv edilərək Orconokidze rayonuna birləşdirilmişdir. 4 dekabr 1956-cı il tarixində Caparidze rayonu ləğv edilərək Oktyabr rayonuna, Duvannı rayonu ləğv edilərək Qaradağ rayonuna, Şəhər rayonu isə ləğv edilərək Nizami rayonuna birləşdirilmişdir. 3 dekabr 1959-cu il tarixində Dzerjinski rayonu ləğv edilərək Nərimanov rayonuna, Qala rayonu ləğv edilərək Əzizbəyov rayonuna, Voroşilov rayonu ləğv edilərək Stalin rayonuna birləşdirilmişdir. Qeyd 3: Sumqayıt təşkil edilərkən Bakı şəhərinin rayonu kimi təşkil edilmişdir. 22 noyabr 1949-cu il tarixində isə respublika tabeli şəhərə çevrilmişdir. |
Bakı şəhəri Nərimanov rayonunun rəhbərləri | |||||
---|---|---|---|---|---|
Azərbaycan SSR |
| ||||
Azərbaycan Respublikası |
| ||||
Qeyd 1: Nərimanov rayonu 1941-ci ildə Keşlə rayonu adı ilə təşkil olunmuşdur. 1959-cu ildə Keşlə rayonunun adı Nərimanov rayonu olaraq dəyişdirilmişdir. 3 dekabr 1959-cu ildə Dzerjinski rayonu ləğv edilərək Nərimanov rayonuna birləşdirilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.