For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ağaverdi Rəhimov.

Ağaverdi Rəhimov

Vikipediya, azad ensiklopediya

Ağaverdi Rəhimov
Şəxsi məlumatlar
Doğum tarixi 1895
Doğum yeri
Vəfat tarixi 29 avqust 1936(1936-08-29)
Vəfat yeri
Partiya
Təhsili

Ağaverdi Hacı Yarəli oğlu Rəhimov (1895, Balaxanı, Bakı qəzası29 avqust 1936, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin, Ağdaş Qəza Komitəsinin katibi.

Ağaverdi Yarəli oğlu Rəhimov 1895-ci ildə Bakı qəzasının Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd məktəbində almış, gimnaziyanı bitirərək Kiyev Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, burada qeyri-qanuni tələbə təşkilatlarının işində fəal iştirak etmiş, tələbə çıxışlarının təşkilatçılarından olmuşdur. Tələbə həyəcanları ilə əlaqədar olaraq 1918-ci ildə Kiyev Universitetində dərslər kəsildikdən sonra Ağaverdi Rəhimov da Bakıya qayıtmışdır.[1]

1918-ci ildə Ağaverdi Rəhimov bolşevik Hümmət Partiyasının Balaxanı şöbəsinin sədri, mart ayında Balaxanı Kənd Deputatlar Sovetinin üzvü, sanitariya komissiyasının sədri seçilmişdir. Həmin ilin yayında Bakı Kommunasının süqutundan sonra o, gizli şəraitdə işləməyə başlayaraq 1919-cu ilin dekabr ayında bolşeviklər partiyasına daxil olmuş, partiyanın Balaxanı bölməsinin sədri olmuşdur.[1]

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ağaverdi Rəhimov Balaxanıda partiya və həmkarlar ittifaqı işində çalışmış, Balaxanı-Sabunçu Rayon Sovetinin və Bakı Sovetinin üzvü, Azərbaycan K(b)P Balaxanı Yarımrayon Komitəsinin kətibi seçilmişdir. 1921–1922-ci illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin təşkilat şöbəsinin müdiri və katibin müavini vəzifələrində çalışmışdır. Sonra isə Balaxanı-Sabunçu Rayon İcraiyyə Komitəsinin sədri, Salyan Qəza İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Zavağzal Rayon Komitəsi və Şəhər Rayon Komitəsi təşkilat şöbəsinin müdiri olmuşdur.[1]

Ağaverdi Rəhimov sonrakı illərdə Zaqatala Qəza İcraiyyə İcraiyyə Komitəsinin sədri, Azərbaycan K(b)P Ağdaş Qəza Komitəsinin katibi və Naxçıvan Vilayət Komitəsinin katibi vəzifələrində işləmişdir. O, dəfələrlə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin[1], eləcə də 1923-cü ildən Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[2]

Ağaverdi Rəhimov ömrünün sonlarına yaxın L. Beriya adına Bakı ət kominatı zavodunda direktor müavini işləmişdir. O, 29 avqust 1936-cı ildə vəfat etmişdir.[2]

  1. 1 2 3 4 А. Я. Рәһимов // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 261–262.
  2. 1 2 Aƣaverdi Jarəli oƣlu Rəhimov // Qommunist. № 202. 1 sentyabr 1936. S. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ağaverdi Rəhimov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?