For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2015.

Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2015

Vikipediya, azad ensiklopediya

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabr – Noyabr – Dekabr


Bu gün 22 iyul 2024, Bazar ertəsi (İlin 30-cu həftəsi); saat 06:40 (UTC)


Keşi təmizlə

10. Həftə
Göytürk xaqanlığı552744-cü illərdə fasilələrlə Mərkəzi AsiyaÇinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tūjué (çin. 突厥) şəklində bəhs olunur.

Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir. Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, SasaniBizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu.

Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki ÖkÜk Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Misir inqilabı — ərəb ölkələrindəki ümumi antihökumət nümayişlərinin mühüm tərkib hissəsidir. Nümayişlər və aksiyalar Qahirə, İsgəndəriyyə və bir sıra digər mühüm şəhərlərdə keçirilmişdir. Nümayişçilərin ən fəal olduğu yer Qahirənin mərkəzindəki Təhrir meydanı olmuşdur. Onlar Misiri 30 ildən artıq bir müddətdə idarə edən Məhəmməd Hüsnü Mübarəkin hakimiyyətdən getməsini və ciddi konstitusiya islahatlarının keçirilməsini tələb etmişlər. 17 günlük etiraz nümayişlərindən və qarşıdurmalardan sonra Hüsnü Mübarək istefa verdi, konstitutsiyanın fəaliyyəti dayandırıldı, parlament buraxıldı. Hakimiyyət Ali Hərbi Şuraya keçdi.

Ölkədə siyasi hüquqların olmaması, insan haqqlarının tapdalanması və fərqli düşüncənin qəbul edilməməsi əhalinin hakim rejimə qarşı nifrətini artırırdı. Misirdə başlamış iğtişaşaların əsas səbəbi həm də Mübarəkin 30 illik aramsız hakimiyyətə malik olması, işsizlik, əhalinin sosial haqqlarının qorunmamamsı kimi amillərin də böyük rol oynaması qeyd edilir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Azərbaycan Ərəb Xilafətinin tərkibindəVIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur.

637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
"Qu gölü"Pyotr Çaykovski tərəfindən 1875-1876-cı illərdə bəstələnmiş 20 opus nömrəli balet. Dörd pərdəli baletin ilk ssenarisi rus nağılı əsasında yazılmışdır. Sonda şahzadə Odetta şeytan tərəfindən qu quşuna çevrilir.

İlk səhnələşdirməsinin xoreoqrafı Culus Reisincerdir. Baletin premyerası 4 mart (köhnə təqvimlə 20 fevral) 1877–ci ildə Moskvanın Bolşoy Teatrında keçirilmişdir. Balet ilkin musiqi və xoreoqrafiya əsasında bir çox balet truppaları tərəfindən müxtəlif versiyalarda səhnələşdirilmişdir. İmperator Baleti tərəfindən ilk səhnələşdirmə isə 15 yanvar 1895–ci ildə Marius Petipa və Lev İvanovun təqdimatında Sankt-Peterburqun Mariinski teatrında baş tutmuşdur. Bu səhnələşdirmə üçün Çaykovskinin qoyuluşu və Sankt-Peterburq İmperator Teatrının rəhbəri Rikkardo Driqonun təkmilləşdirilməsi ilə mümkün olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2015
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?