For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2024.

Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2024

Vikipediya, azad ensiklopediya

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabr – Noyabr – Dekabr


Bu gün 22 iyul 2024, Bazar ertəsi (İlin 30-cu həftəsi); saat 08:03 (UTC)


Keşi təmizlə

27. Həftə
Yevgeniya Medvedeva — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. O, karyerası ərzində ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.

Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


28. Həftə
Zeynəb HümmətovaAzərbaycanı təmsil edən bədii gimnast, idman ustası. 2015-ci ildən Azərbaycan bədii gimnastika yığmasının üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa çempionatlarında təmsil edib və 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc, 2022-ci ildə 3 bürünc, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc medala sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya oyunlarında təmsil edib.

Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə dünya çempionatlarında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan 39-cu dünya çempionatında onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb: Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 topla turnirdə 30.750 balla turnirin bürünc medallarına sahib olub. Bu, Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində dünya çempionatında əldə olunan ilk və yeganə medaldır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


29. Həftə
AyYerin yeganə daimi təbii peyki. Ay insanların Yerdən kənarda ayaq basdığı yeganə kosmik cisimdir. Ay Günəş sistemində yerləşən peyklər arasında ölçüsünə görə beşinci, ətrafında döndüyü planetin ölçülərinə nəzərən isə birincidir. Ay sıxlığına görə Günəş sistemində sıxlığı məlum olan peyklər arasında İodan sonra ikincidir. Ayın təqribən 4,5 milyard il bundan əvvəl formalaşdığı ehtimal olunur. Ayın formalaşması ilə bağlı bir sıra fərziyyələr olsa da, ən geniş yayılmış fərziyyəyə görə Yer təqribən Mars böyüklüyündə olan Teya adlı planetlə toqquşmuş və toqquşma nəticəsində boşluğa saçılan maddələr Yerin cazibə qüvvəsi ətrafında hərəkət edərək tədricən Ayı formalaşdırmışdır. Ay Yerlə sinxronizə olunmuş şəkildə hərəkət edir. Bu səbəbdən də Yerdən baxan müşahidəçi Ayın həmişə eyni tərəfini görür. Ayın Yerdən görünən tərəfində maqma ilə örtülmüş tutqun Ay dənizləri, qədim parlaq kristal yaylaqları və zərbə kraterləri vardır. Ay Günəşdən sonra Yerdən görünən ən parlaq ikinci kosmik cismdir. Yerdən parlaq ağ rəngdə görünməsinə baxmayaraq Ayın səthi əslində tutqundur. Ayın Günəş işıqlarını əks etdirməsi sadəcə aşınmış asfaltın göstəricisindən bir az çoxdur. Göydə qabarıq şəkildə görünməsi və fazalarının nizamlı şəkildə təkrarlanması səbəbindən Ay qədim dövrlərdən bəri mədəniyyətlərə önəmli şəkildə təsir göstərmiş, müxtəlif xalqların təqvimində, incəsənətindəmifologiyasında mühüm yer tutmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


30. Həftə
Möminə Xatun türbəsiAzərbaycan Respublikası, NMR, Naxçıvan şəhərində yerləşən və həm də "Atabəy Günbədi" kimi tanınan tarix-memarlıq abidəsidir. Türbə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. 1998-ci ildə Möminə Xatun türbəsi digər Naxçıvan türbələri ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. 1186-cı ildə memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş türbənin ilkin hündürlüyü 34 metr olsa da, onun çadırvari günbəzi dövrümüzə tamamışdır; buna görə də dövrümüzdə türbə 25 metr hündürlüyə malikdir (dövrümüzə çatmamış çadırvari günbəzsiz). Mömünə Xatun türbəsi Atabəylər Memarlıq Kompleksindən dövrümüzə çatmış yeganə abidədir. Möminə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və onbucaqlı şəklində həll olunmuş qüllədən ibarətdir. Türbənin sərdabəsi də planda onbucaqlıdır. Sərdabə və bayır üzlərdən fərli olaraq, Əcəmi qüllənin interyerində mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. Türbənin hündür olmayan kürsülüyü onüzlü biçimdə olub, cilalanmış iri diorit lövhələri ilə üzlənmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


31. Həftə
Birləşmiş Millətlər Təşkilatının Baş QərargahıNyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi. Planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və Harrison & Abramovits memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib. Manhettenin Tertl Bey məhəlləsində, İst-River çayına baxan 17–18 akr (6.9–7.3 hektar) ərazidə yerləşir. Qərbində Birinci Xiyaban, cənubunda 42-ci küçə, şimalında 42-ci küçə, şimalında 42-ci küçə, şərqində isə İst-River çayı yerləşir. "Tertl Bey" ifadəsi bəzən BMT-nin Baş Qərargahı və ya bütövlükdə BMT-yə münasibətdə metonimiya kimi işlənir. Baş Qərargahda Baş MəclisTəhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılmışdır. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur. Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir. Bu sahələr ABŞ hökuməti ilə bağlanan müqaviləyə əsasən, texniki cəhətdən eksterritorialdırlar.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:Həftənin seçilmiş məqaləsi/iyul 2024
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?