For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2024.

Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2024

Vikipediya, azad ensiklopediya

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabr – Noyabr – Dekabr


Bu gün 22 iyul 2024, Bazar ertəsi (İlin 30-cu həftəsi); saat 06:43 (UTC)


Keşi təmizlə
10. Həftə
Kindertransport əməliyyatıİkinci dünya müharibəsinin başlanmasından 9 ay əvvəl həyata keçirilən xilasetmə əməliyyatıdır. Əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Əməliyyatı "Kristal gecə" hadisəsindən dərhal sonra planlaşdırmağa başladılar və yalnız Almaniyanın Polşaya müdaxilə etdiyi gündə başa çatdırdılar. 200 uşaqdan ibarət ilk dəstə "Kristal gecə"dən üç həftə sonra artıq İngiltərənin Harviç limanına çatmışdı.

Ümumilikdə Böyük Britaniya təxminən 10.000 yəhudi qaçqın uşağı qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Həmin uşaqların böyük əksəriyyəti müharibənin şahidi olmuş, bir hissəsi isə Holokostda məhv edilmiş ailələrin həyatda qalan yeganə üzvləri idilər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


11. Həftə
Nizami Gəncəvinin divanıNizami Gəncəvinin lirik əsərlərinin toplandığı divan. Mənbələrdə Nizami divanının 20.000 beytə yaxın olduğu göstərilsə də, onun çox kiçik bir hissəsi dövrümüzə çatmışdır. Bütün yaradıcılığı boyunca Nizami epik əsərlərində Divanını xatırlatmış, lirik şeirləri və qəzəlləri ilə fəxr etmişdir. Şair qəzəllərindən birinin sonunda, Şirvanşah I Axsitanı öz divanının sahibi adlandırır.

Nizaminin lirik irsindən əldə olan nümunələr klassik şərq şeirinin ancaq üç şəklini – qəsidə, qəzəlrübai şəkillərini əhatə edir. Bu nümunələr şairin zəngin lirik irsinin çox az bir hissəsini təşkil etsə də, onlar sənətkarın lirik yaradıcılığının ümumi ideya istiqaməti, bədii xüsusiyyətləri haqqında danışmağa, müəyyən elmi nəticələrə gəlməyə imkan vermişdir. Bu əsərlər göstərir ki, insan, onun həyatı, taleyi, arzu və istəkləri Nizami lirikasının əsas mövzusu olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


12. Həftə
Krım tatarlarının deportasiyası — 18-20 may 1944-cü il tarixləri aralığında ən azı 191,044 nəfər, Krım Tatarları Milli Hərəkatının məlumatına görə isə 400,000-dən çox tatarın Krımdan sürgün edilməsinə verilən addır. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilmişdir.

Üç gün ərzində Beriyanın başçılıq etdiyi NKVD üzvləri kommunistlərQırmızı Ordu üzvləri də daxil olmaqla qadınları, uşaqları və yaşlıları mal-qara qatarlarından istifadə etməklə bir neçə min kilometr uzaqlıqda yerləşən Özbəkistan Sovet Sosialist Respublikasına sürgün etmişdir. Krım tatarları Stalinin əmrləri ilə Sovet İttifaqı ərazisində məcburi köçürülməyə məruz qalmış on etnik qrupdan biri idi.

Deportasiya guya müharibə ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə kollektiv cəza tədbiri kimi götürülmüşdü. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatar milliyətçiləri isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu bildirirdi. (Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


13. Həftə
Varşava üsyanı — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan.

Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:Həftənin seçilmiş məqaləsi/mart 2024
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?