For faster navigation, this Iframe is preloading the Wikiwand page for Tomas Müntser.

Tomas Müntser

Vikipediya, azad ensiklopediya

Tomas Müntser
alm. Thomas Müntzer
Doğum tarixi təq. 1489[1][2][…]
Vəfat tarixi 27 may 1525[3]
Vəfat səbəbi baş kəsmə[4]
Təhsili
Fəaliyyəti keşiş, inqilabçı, ilahiyyatçı, reformasiyaçı[d], söz yazıçısı[d]
thomas-muentzer.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Münser(alm. Thomas Müntzer‎, eləcə də Münzer; təq. 1489[1][2][…]27 may 1525[3]) — alman vaizi, Reformasiya dövründə alovlu çıxışları ilə yadda qalmışdı.

Tomas Münser təxminən 1490-cı il dolaylarında Almaniyada anadan olmuşdu. Əvvəlcə Leypsiq Universiteti, sonra Frankfurt Universiteti təhsil almışdı. Yunan, İbrani və Latın dilləri üzrə mütəxəssis oldu. 1516-cı ildən 1518-ci ilədək monastrda yaşadı. Martin Lüterin 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi yayıldıqdan sonra kilsədən ayrılıb, Vittenberqə getdi.

Mayın ortalarına üsyançılar ümumi proqramın və sonrakı hərəkət planını müzakirə etmək üçün kəndli nümayəndələrinin Geylbronn qurultayını çağırmaq niyyətində idilər. Onun layihəsi "Geylbronn proqramı" adı aldı. O knyazların hakimiyətinin məhdudlaşdırılmasını və ilk növbədə bürgerlərin, eləcə də kəndlilərin və qismən cəngavərlərin maraqlarına cavab verən ölkənin mərkəzləşdirilməsini nəzərdə tuturdu. Bütün hakimlər imperatora tabe olmalı, knyaz və cəngavərlər imperiyanın məmurlarına çevrilməliydi. Kilsə mülkiyətinin sekulyarizasiyası, monastırların bağlanması, ruhanilərin dünyəvi hakimiyətdən məhrum edilməsi, keşişlərin icmalar tərəfindən seçilməsi nəzərdə tutulurdu. Qanun qarşısında ümumi bərabərlik, ticarətin inkişafı üçün gömrüklərin ləğvi, ümumi çəki, pul və b. ölçülər, hakimlərin dağ-mədən sənayesindəki imtiyazlarının ləğvi və s. olmalıydı. Karlı kəndlilər maraqlarına uyğun proqram feodal mükələfiyətlərin onların illik -üsyanda iştirak etmiş əksər kəndlilər üçün əlçatmaz ölçü olan 20 qat dəyərində satın alınması təklif edirdi, lakin bütövlükdə layihənin gerçəkləşdirilməsi öz zamanı üçün tərəqqi yolunda irəli böyük addım ola bilərdi. Üsyançılar qurultay keçirə bilmədilər. Frankoniyaya gələn Truxzesin qoşunları, bir bir üsyançıların dəstələrini darmadağın etdilər. İyunun sonuna yaxın Frankoniyada üsyan yatırılmışdı, bir ay sonra Truxzes Şvabiyadakı üsyan ocaqlarını da söndürdü. Türinqiya və Saksoniyada üsyançılara qarşı, ortaalman knyazlarının qoşunlarına başçılıq edən landqraf Hessenli Filipp çıxış etdi. Türingiyada kəndli və şəhərin plebey əhalisinin üsyançı hərəkatının mərkəzi Mülhauzen şəhəri oldu, burada Reformasiyanın xalq qavrayışının ən böyük nümayəndəsi Tomas Münser öz moizələri ilə şıxış edirdi. Onun təlimində vacib yeri hamı üçün, hətta müqəddəs kəlamdan bir hərf belə oxuya bilməyən, yoxsulluq və əzab yükünü daşıyan sadə insan üçün də aydın olan "daxili tanrı kəlamı" haqda müddəa tuturdu. "Tanrı ədalətini" T. Münser "allahsız tiranlar" olan ağaların və hakimlərin tamamilə kənarlaşdırılmasında və "seçilmişlər ittifaqı" tərəfindən "qılınc" gücünə xalqın hakimiyətinin və yeni qaydaların qurulmasında görürdü. Öz tərəfdarlarına ünvanlanan alovlu moizələrində və məktublarında o, qələbə saatının yaxın olmasından əminlik ifadə edirdi, və buna ciddi şəkildə hazırlaşmağı tövsiyə edirdi. Üsyançıların Frankenhauzen şəhərindəki düşərgəsinə gələrək, Münser knyazlarla dərhal bütün danışıqları dayandırmağı və qəti mübarizə tələb etdi, lakin knyaz qoşunları sayca üstün idilər: düşərgəni toplardan atəşə tutaraq, onlar sonra düşərgəyə soxulub üsyançıların qanına qəltan etdilər, 5 min üsyançı öldürüldü. Münser tutuldu və şiddətli işkəncələrdən sonra edam edildi. Türinqiya və Saksoniyadakı üsyan yatırıldı. Almaniyanın o biri tərəfində Elzasda yerli hakimlərin yardımına gələn hersoq Lotarinqiyalı Anton üsyançılara qarşı bundan da qəddar davrandılar. Yaddelilər qoşunun başında o bir neçə kəndli dəstəsini məhv etdi, Zabern şəhərini alanda isə, ona təslim olmuş 18 min silahsız insanı qırdı. Kəndlilər ən uzun müqaviməti Habsburqların hakim olduqları Avstriyanın Alp rayonlarında göstərdilər. Burada üsyançılara Tirolda xalq cumhuriyətini qurmaq istəyən Mixail Qaysmayer başçılıq edirdi. Düşmənləri tərəfindən təqib edilərək o dəstələrinin bir hissəsini Alplardan keçərək Venesiya mülklərinə tərəf çıxara bildi, burada mübarizənin davamına hazırlaşmağa başladı, lakin Habsburqların göndərdiyi muzdlu qatil tərəfindən öldrüldü.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Thomas Müntzer // Early Modern Letters Online (ing.).
  3. 1 2 Bensing M. Thomas Müntzer // Encyclopædia Britannica (ing.).
  4. https://www.planet-franken-online.de/muentzer/muentzer.html.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Tomas Müntser
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?