For faster navigation, this Iframe is preloading the Wikiwand page for Fridrix Şiller.

Fridrix Şiller

Vikipediya saytından

Fridrix Şiller
alm. Johann Christoph Friedrich von Schiller
Doğum adı Johann Christoph Friedrich Schiller
Doğum tarixi 10 noyabr 1759(1759-11-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 may 1805(1805-05-09)[1][2][…] (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Veymar knyaz türbəsi[d]
Təhsili
Fəaliyyəti şair, filosof, tarixçi, kitabxanaçı, həkim-yazıçı[d], dramaturq, roman yazıçısı, universitet müəllimi[d], tərcüməçi, jurnalist, yazıçı, həkim, hərbi həkim[d]
Fəaliyyət illəri 1789–1805
Əsərlərinin dili alman dili
İstiqamət Fırtına və təzyiq[d], Veymar klassizmi
Janrlar ballada, teatr pyesi
Tanınmış əsərləri
  • Don Karlos[d],
  • Məkr və məhəbbət[d]
İmza
Vikimənbənin loqosu Fridrix Şiller Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[1][2][…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[2][4][…]9 may 1805[1][2][…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası[2][4]) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi.

Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Götenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Göte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir. Burada özünü ilk öncə hüquqşünaslıq, daha sonra isə tibb elminə həsr edir. Şiller hələ məktəbdə oxuduğu illərdə özünün "Oğrular" adlı, sadəlövh inqilabçılar və onların faciəvi sonluqlarından bəhs edən ilk pyesini qələmə alır.

1780-ci ildə Şiller Ştutqartda hərbi alay həkimi vəzifəsinə təyin edilir.

"Quldurlar" pyesinin 1781-ci ildə Manheymdə tamaşaya qoyulmasından sonra, Şiller hərbi tribunala verilir və ondan bir daha yazmamaq tələb olunur. Şiller 1873-cü ildə Ştutqartdan qaçır. Qaçışdan əvvəl qələmə aldığı iki pyesi — "Fiesko" və "Məkr və məhəbbət" də Manheym teatrında səhnəyə qoyulur.

1787-ci ildə oxucularından birinin dəvəti ilə qonaq qaldığı Drezden şəhərini tərk edir və 1789-cu ilə qədər Veymarda yaşayır. Həmin il Yena universitetində tarix və fəlsəfə fakültəsinə professor təyin edilir, 1790-cı ildə isə Şarlotta fon Lengefeld adlı qadınla evlənir. Bu nikahdan Şillerin iki oğlu və iki qızı dünyaya gəlir.

1799-cu ildə yenidən Veymara qayıdaraq yerli messenatların maliyyə dəstəyi ilə bir neçə ədəbi jurnalın nəşrinə başlayır. Məhz bu illərdə Şiller Höte ilə görüşür. Onlar tezliklə sonradan Almaniyanın ən aparıcı teatrlarından birinə çevriləcək Veymar teatrını yaradırlar. Şiller ömrünün sonuna qədər Veymarda qalır ömrünün son illərini ağır və üzücü xəstəliklərlə mübarizədə keçirir və 9 may 1805-ci ildə 45 yaşında vərəm xəstəliyindən vəfat edir.

Şairin 1785-ci ildə yazdığı "Şadlığa mədhiyyə" əsərinə sonralar dahi alman bəstəkarı Lüdviq van Bethoven musiqi bəstələyir. Bu musiqi əsəri hazırda Avropa İttifaqının rəsmi himnidir.

  • "Quldurlar" (1781) (Qaçaqlar)
  • "Fiesko" (1784)
  • "Məkr və məhəbbət" (1783)
  • "Don Karlos" faciəsi (1787)
  • "Vallenşteyn" (1800)
  • "Orleanlı qız" (1801)
  • "Mariya Stüart" (1800)
  • "Messinalı gəlin" (1803)
  • "Vilhelm Tell" xalq dramı (1804)
  • "Dimitriy" (ölümü səbəbindən yarımçıq qalmışdır)
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 5 6 7 8 Либинзон З. Е. Шиллер // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 8.
  3. RKDartists (nid.).
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Fridrix Şiller
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?