For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ernest Renan.

Ernest Renan

Vikipediya, azad ensiklopediya

Ernest Renan
fr. Ernest Renan[1]
Doğum adı Joseph Ernest Renan[1]
Doğum tarixi 28 fevral 1823(1823-02-28)[2][3][…]
Vəfat tarixi 2 oktyabr 1892(1892-10-02)[4][2][…] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti filosof, tarixçi, yazıçı, professor, arxeoloq, şərqşünas, ədəbiyyat tənqidçisi, filoloq, ilahiyyatçı
Fəaliyyət illəri 1848-ci ildən
Əsərlərinin dili fransız dili[1]
Üzvlüyü
Mükafatları Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Roza" imperator ordeni
İmza
Vikimənbənin loqosu Ernest Renan Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yozef Ernest Renan (fr. Joseph Ernest Renan; 28 fevral 1823[2][3][…]2 oktyabr 1892[4][2][…], V arondisman (Paris)[5]) — fransız yazıçısı, tarixçi və filoloqu.[7]

Jozef Ernest Renan 1823-cü il fevral ayının 28-də Fransada Bretani şəhərciyində anadan olmuşdur. Atası dənizçi idi və Ernest Renanın 5 yaşı olanda dünyasını dəyişib. Renana böyük bacısı Genrietta daha çox təsir göstərmişdir. O, ölümünə qədər bacısı ilə həm də dost olmuşdur. Onun həyatını kilsəyə həsr etməsini istəyən anası 1838-ci ildə Ernesti ruhani seminariyaya qoymuşdur. O, yerli ruhani seminariyadan daha sonra təhsilini Müqəddəs Nikolay adına Paris Seminarında davam etdirir. Məhz həmin seminariyada dünyəvi ədəbiyyatla tanış olmuşdur. Mişle, Viktor Hüqo, Lamartinin əsərləri onda dərin iz qoymuşdur. 1842-ci ildə o, Müqəddəs Sulpitsiya adına Seminariyanın hazırlıq bölməsinə daxil olmuşdur. Alman fəlsəfəsi ilə tanışlığına baxmayaraq, o əvvəlcə katolik olmuşdur. 1843-cü ildə Müqəddəs Sulpitsiya Seminariyasına qəbul olaraq ilahiyyat üzrə təhsil almağa başlamışdır. Bu seminariyada yəhudi dilini də öyrənmişdir. Təhsil aldığı müddətdə o katoliklikdən protestanlığa yönəldi. 1845-ci ildə din adamı olmaqdan imtina etdi. 1846-cı ildə təhsilini başa vurdu. 1847-ci ildə sami dillərinin tarixi və müqayisəli təhlili ilə bağlı apardığı tədqiqatlara görə Volney mükafatına layiq görülmüşdür. 1848-ci ildə dinin elm olması və insanların problemlərini elmin həll edəcəyi istiqamətindəki düşüncələrini ictimaiyyətə şərh etdiyi "Elmin gələcəyi: 1848-ci ilin düşüncələri" adlı əsərini qələmə alır, lakin bu əsərin onun gələcək taleyi üçün problemlər yaradacağını düşündüyünə görə əsəri 1890-cı ildə, yəni ömrünün sonlarına doğru çap etdirir. Bu əsərlə o, yalnız elmə və ağıla inandığı fikrini ortaya qoyur. O, III Napoleonun Livana göndərdiyi arxeoloji ekspedisiyada iştirak etmişdir. Həmin qazıntılar vaxtı əldə etdiyi materialları Fransaya göndərmişdir. Həyatının şah əsəri "Xristianlığın yaranma tarixi" əsəridir. 1864–1865-ci illərdə Misir, Livan, Suriya, Yunanıstan və Anadoluda xristianlığın əsl təbliğatçısı Saint Pavlusun izlərini araşdırmaq üçün səyahətə çıxır.

Tanınmış fransız tarixçisi, filosofu, yazıçı və şərqşünası Jozef Ernest Renan "İsa peyğəmbər və həvariləri haqqında", "İsanın həyatı", "Müqəddəs Pavel", "Antixrist", "Yəhudi xalqının tarixi" (5 cilddə) və s. kitablarının da müəllifidir. O, 1878-ci ildən Fransız Akademiyasının üzvü olub. 29 mart 1883-cü ildə Sorbon Universitetində "İslam və Elm" adlı məşhur konfransını keçirir. 1884–1892-ci illərdə "Journal Asiatique"nin rəhbəri olub. Həyatının sonlarına doğru "İsrail xalqının tarixi" əsərini yazıb. XX əsrin əvvəllərində Fransa donanmasının hərbi gəmilərindən biri onun şərəfinə adlandırılıb.

Jozef Ernest Renan 1892-ci il oktyabr ayının 2-də Parisdə vəfat etmişdir.[8]

  • "Elmin gələcəyi: 1848-ci ilin düşüncələri"
  • "İsanın həyatı"
  • "Müqəddəs Pavel"
  • "Antixrist"
  • "Yəhudi xalqının tarixi"
  • "Xristianlığın yaranma tarixi"[8]
  1. 1 2 3 4 5 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ernest Renan // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 Ernest Renan // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  4. 1 2 Wardman H. W. Ernest Renan // Encyclopædia Britannica (ing.).
  5. 1 2 ölüm haqqında şəhadətnamə. S. 26.
  6. Find a Grave (ing.). 1996.
  7. Ernest Renan (tərc. Nəriman Seyidov). "Millət nədir" (az.). Milliyyət Araşdırmala Mərkəzi. 2019-08-21 tarixində arxivləşdirilib.
  8. 1 2 "RENAN, Ernest (1823-1892) Fransız şarkiyatçısı, dil âlimi, tarihçi ve edip". 2019-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ernest Renan
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?