For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ramil Qasımov (cüdoçu).

Ramil Qasımov (cüdoçu)

Vikipediya, azad ensiklopediya

Ramil Qasımov
Ramil Qasımov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Ramil Qasımov 2016-cı il Yay Paralimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Ramil Famil oğlu Qasımov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (43 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR
Boyu 170 sm. (5 ft 6 in)
İdman növü Cüdo
Məşqçisi Əli Hacıyev

Ramil Famil oğlu Qasımov (13 avqust 1981[1], Kirovabad) — Azərbaycanı təmsil edən cüdoçu, 2016-ci il XV Yay Paralimpiya Oyunlarının qalibi.[2]

Ramil Qasımov 1981-ci il avqustun 13-də Gəncə şəhərinin anadan olub. Şəxsi məşqçisi Əli Hacıyevdir.

Ramil Qasımov üç dəfə — 2003, 2010 və 2012-ci illərdə Azərbycan Çempionatının qalibi oldu. 2007-ci ildə Tailandda baş tutan Universiada Oyunlarının da qızıl medalına sahib olan Ramil Qasımov 2007 və 2008-ci illərdə Avropa Çempionatlarını yeddinci pillədə başa vurdu.

Ramil Qasımov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Ramil Qasımov birinci görüşdəcə Rusiya nümayəndəsi Alim Qadanova məğlub oldu və mübarizəsini dayandırdı.[3]

Növbəti illərdə Ramil Qasımovun görmə qabiliyyətində problemlər əmələ gəldi və o, 2013-cü ildən para-cüdo üzrə turnirlərdə mübarizə aparmağa başladı.

Ramil Qasımov 2015-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Avropa Çempionatının qızıl medalına sahib oldu.

Ramil Qasımov 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Kuba nümayəndəsi Xerardo Rodrigeza qalib gələn Ramil Qasımov, 1/2 final mərhələsində Almaniya nümayəndəsi Niholay Kornhassa ipponla qalib gəldi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Dmitri Solovey oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Ramil Qasımov, XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamına əsasən XV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Ramil Famil oğlu Qasımov "Şöhrət" ordeni ilə təltif edildi.[4]

Ramil Qasımov 2017-ci ilin mayında baş tutan IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.

Ramil Qasımov 2021-ci il ərzində beynəlxalq turnirlərdə topladığı reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.

2016-cı il Rio-de-Janeyro Paralimpiadasının qalibi olan amil Qasımov, Paralimpiadanın 1/8 final mərhələsində Qazaxıstan nümayəndəsi Temircan Daulet ilə üz-üzə gəlməli idi. Amma Ramil Qasımovdan COVID-19 (Koronavirus) üçün götürülən analiz nümunəsi müsbət çıxdığı üçün turnirdə mübarizə apara bilmədi.[5]

  1. https://www.judoinside.com/judoka/20283/Ramil_Gasimov/judo-career.
  2. Olympedia.org. "Ramil QASIMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. Olympedia.org. "2008 Summer Olympics / Judo / Half-Lightweight (66 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 21 sentyabr 2016-cı il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.08.2022. Archived from the original on 2016-10-28. İstifadə tarixi: 30.08.2022.
  5. Azerisport.com idman portalı. "Токио-2020: Азербайджанские паралимпийцы завоевали еще три золотые медали". www.azerisport.com (rus.)). 01.08.2022. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.08.2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ramil Qasımov (cüdoçu)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?