For faster navigation, this Iframe is preloading the Wikiwand page for Yelena Komarova.

Yelena Komarova

Vikipediya, azad ensiklopediya

Yelena Komorova
Şəxsi məlumatlar
Tam adı Yelena Komorova
Vətəndaşlığı Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Doğum tarixi 13 iyul 1985(1985-07-13) (39 yaş)
Doğum yeri
Boyu 166 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1998—2009

Yelena Komorova (13 iyul 1985, Xerson) — 2003-2006-cı illərdə Ukraynanı, 2008–2009-cu illərdə isə Azərbaycanı təmsil edən qadın güləşçi.[1]

Yelena Komorova 2003-cü ildə İstanbulda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış elədi və turniri 14-cü pillədə başa vurdu.[2] Bir il sonra Yelena Komorova Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Həmin il İsveçdə Avropa Çempionatlarında debüt edən Yelena Komorova turniri 8-ci pillədə başa vurdu.[2]

2005-ci ildə Yelena Komorova Dünya və Avropa Çempionatlarında, həmçinin Universiada Oyunlarında çıxış eləsə də uğura imza ata bilmədi.[2] Bundan sonra Yelena Komorova uzun müddət Dünya və Avropa Çempionatlarında və nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmadı.[2]

2007-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Yelena Komorovanı Azərbaycan yığmasının heyətinə dəvət elədi.[2] Həmin illərdə Azərbaycanda qadın güləşçilərdən ibarət yığma yeni-yeni formalaşdırılırdı. Yelena Komorova həmin dəvəti qəbul elədi və 2007-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı.[2]

2008-ci ildə Yelena Komorova Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] Həmin ilin avqustunda isə Yelena Komorova olimpiada da debüt elədi.[2] Olimpiadanın 1/8 final mərhələsində Yelena Komorovanın rəqibi Rusiya nümayəndəsi Nataliya Qolts oldu.[3] Görüşün birinci hissəsində rəqibinə 0:4 hesabı ilə məğlub olan Yelena Komorova növbəti hissədə də rəqibinə məğlub oldu (0:1) Yelena Komorova və olimpiada da mübarizəsini dayandırdı.[3] Ümumi nəticədə isə Yelena Komorova olimpiadanı 15-ci pillədə başa vurdu.[3]

2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Yelena Komorova həmin il idmanla vidalaşdı.[2]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Ukrayna Ukrayna
1
2003
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
14.
2
2004
Avropa Çempionatı İsveç İsveç
8.
3
Gənclərin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
3.
4
2005
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
8.
5
Tələbərin Dünya Çempionatı Türkiyə Türkiyə
5.
6
Dünya Çempionatı Macarıstan Macarıstan
8.
Azərbaycan Azərbaycan
7
2008
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
8
Olimpiya Oyunları Çin Çin
15.
9
2009
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
  1. Olympedia.org. "Yelena KOMAROVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 International Wrestling Database. "ELENA KOMAROVA". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Lightweight / Freestyle (55 Kilograms) / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Yelena Komarova
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?