For faster navigation, this Iframe is preloading the Wikiwand page for 2008 Yay Olimpiya Oyunları.

2008 Yay Olimpiya Oyunları

Vikipediya, azad ensiklopediya

XXIX Yay Olimpiya Oyunları
çin. 第二十九届夏季奥林匹克运动会
Loqonun şəkli
Şəhər Pekin,  ÇXR
Şüar Bir dünya, bir arzu
(同一个世界 同一个梦想)
İştirakçı dövlətlər 204
İdmançıların sayı 10,942
4,637 qadın, 6,305 kişi)[1]
Açılış mərasimi 8 avqust
Bağlanış mərasimi 24 avqust
Rəsmən açılışı edib 8 avqust
Olimpiya andı Çjan İnin
Andı söyləyən hakim Xuan Lipin
Olimpiya məşəli Li Nin
Stadion Pekin Milli Stadionu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing. 2008 Summer Olympics, fr. Jeux Olympiques d'été de 2008, çin. 2008年夏季奥林匹克运动会) — 8–24 avqust 2008-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilmişdir. Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbulOsakanı qabaqlamışdı.

Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir.

Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adalarıTuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.

Oyunların Təşkilat komitəsi 2003-cü ilin martında Çin Olimpiya Komitəsinə 1985-ci ildən bəri göndərilən eskizlər arasından 30 layihəni seçərək Beynəlxalq Olimpiya Komitəsinə göndərdi. Həmin layihələr arasından seçilən emblemin tanıtımı 3 avqust 2003-cü ildə Pekindəki Səma məbədində keçirildi. Bu emblem "Rəqs edən Pekin" adını almışdır. O, 3 hissədən ibarətdir: Olimpiya həlqələri, ingilis dilində "Beijing 2008" yazısı və idmançı fiquruna bənzəyən kalliqrafik üsulla yazılmış "çzin" (京, paytaxt) heroqlifi.

Oyunların tilsimləri Olimpiadanın başlamasına 1000 gün qalmış, 2005-ci il noyabrın 11-də elan edilmiş Uğur uşaqlarıdır (çin. 福娃 [fuva]). Çin fəlsəfəsinə görə onların sayı 5-ə bərabərdir: balıq, nəhəng panda, od, Tibet antilopu və qaranquş. Adları isə müvafiq olaraq Bey-bey, Çzin-çzin, Huan-huan, İn-in və Ni-nidir. Əgər bu adların birinci hissələrini ard-arda oxusaq onda "Bey-çzin huan-in ni" (北京欢迎你), yəni "Pekin sizi salamlayır" ifadəsi alınacaq.

26 iyun 2005-ci ildə Çin Olimpiya Komitəsi oyunların şüarının "Bir dünya, bir arzu" (ing. One World, One Dream; çin. 同一个世界同一个梦想) ifadəsi olacağını elan etdi. Bu şüar 210 000 variant arasından seçilmişdir.

Televiziya yayımı

[redaktə | mənbəni redaktə et]

XXIX Olimpiya Oyunları HD texnologiyası ilə yayımlanan ilk Olimpiada olmuşdur və ekran başında 4 milyard tamaşaçı topladığı hesab olunur.

Ölkələrin göstərdiyi nəticələrı

[redaktə | mənbəni redaktə et]
Medalların ümumi sayı
Ölkə Qızıl Gümüş Bürünc Ümumi
1 Çin ÇXR 51 21 28 100
2 ABŞ ABŞ 36 38 36 110
3 Rusiya Rusiya 23 21 28 71
4 Böyük Britaniya Birləşmiş Krallıq 19 13 15 47
5 Almaniya Almaniya 16 10 15 41
6 Avstraliya Avstraliya 14 15 17 46
7 Cənubi Koreya Cənubi Koreya 13 10 8 31
8 Yaponiya Yaponiya 9 6 10 25
9 İtaliya İtaliya 8 10 10 28
10 Fransa Fransa 7 16 17 40
  1. "Beijing 2008 Summer Olympics Games". Beynəlxalq Olimpiya Komitəsi. June 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
2008 Yay Olimpiya Oyunları
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?