Elvin Astanov
Vikipediya, azad ensiklopediya
Elvin Astanov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Tam adı | Elvin Əmrah oğlu Astanov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Qafan rayonu, Ermənistan SSR |
İdman növü | Yüngül atletika |
Karyera illəri | 2013–h. h. |
Məşqçisi | Vladimir Zayets |
Elvin Əmrah oğlu Astanov (5 iyul 1979; Qafan rayonu, Ermənistan SSR) — Azərbaycanı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Elvin Astanov 1979-cu il iyulun 5-də Qafan rayonunda anadan olub. 2007-ci ildə Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində onurğa sütunu sındı.
Karyerası
[redaktə | mənbəni redaktə et]2021-ci ilin iyun ayında Elvin Astanov Polşada baş tutan Dünya Çempionatında 8.22 metr nəticə ilə turnirin qalibi oldu.
2021-ci ilin avqust ayında isə Elvin Astanov Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nüvə itələmə turnirində Elvin Astanov 8.77 metr nəticə ilə qızıl medala sahib oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elvin Əmrah oğlu Astanov "Şöhrət" ordeni ilə təltif edildi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az ( (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
Azərbaycan Paralimpiya Oyunlarında | |||||||
---|---|---|---|---|---|---|---|
Yay Paralimpiya Oyunları | |||||||
Qış Paralimpiya Oyunları | |||||||
Paralimpiya Oyunlarının medalına sahib idmançıları | |||||||
Qızıl medal |
| ||||||
Gümüş medal | Yelena Taranova • Zeynəddin Bilalov (2) • Tofiq Məmmədov • Kərim Sərdarov • Natali Pronina (4) • Vladimir Zayets • Bayram Mustafayev • Yelena Çebanu (2) • Hakim İbrahimov (2) • Kamil Əliyev • Dmitri Saleh (2) • Roman Saleh • İradə Əliyeva • Lamiyə Vəliyeva | ||||||
Bürünc medal | Yelena Taranova • Ramin İbrahimov • Vladimir Zayets (2) • Oleq Panyutin (2) • Rza Osmanov (2) • Vüqar Mehdiyev • İlham Zəkiyev (2) • Hüseyn Həsənov • Elçin Muradov • Pavel Setin • Rövşən Səfərov • Yelena Çebanu • Hakim İbrahimov • Pərvin Məmmədov • Namiq Abaslı • Səid Nəcəfzadə |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.