For faster navigation, this Iframe is preloading the Wikiwand page for Verilənlər bazası.

Verilənlər bazası

Vikipediya, azad ensiklopediya

SQL seçim ifadəsi və onun nəticəsi.

Verilənlər bazası (VB), həmçinin məlumat bazası (MB) və ya databaza (ing. database, DB) — verilənlər bazası idarəetmə sistemindən istifadə etməklə elektron şəkildə saxlanılan və əldə edilən verilənlərin mütəşəkkil toplanması. Kiçik verilənlər bazaları fayl sistemində saxlanılılır, lakin böyük verilənlər bazaları kompüter klasterlərində və ya bulud yaddaşında yerləşdirilir. Verilənlər bazalarının dizaynı formal texnikaları və praktiki mülahizələri əhatə edir. Bura verilənlərin modelləşdirilməsi, məlumatların səmərəli təqdim edilməsi və saxlanması, sorğu dilləri, həssas məlumatların təhlükəsizliyi və məxfiliyi, həmçinin paylanmış hesablama məsələləri daxildir.

Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatları özündə saxlamaq və təhlil etmək üçün son istifadəçilər, proqramlar və verilənlər bazası ilə qarşılıqlı əlaqədə olan proqramdır. DBMS proqramı əlavə olaraq verilənlər bazasını idarə etmək üçün nəzərdə tutulmuş əsas imkanları əhatə edir. Verilənlər bazası DBMS və əlaqəli proqramların hamısını ümumilikdə verilənlər bazası sistemi adlandırmaq olar. Çox vaxt "verilənlər bazası" termini hər hansı DBMS, verilənlər bazası sistemi və ya verilənlər bazası ilə əlaqəli proqrama aid edilir.

İnformatiklər verilənlər bazası idarəetmə sistemlərini dəstəklədikləri verilənlər bazası modellərinə görə təsnif edirlər. Relyasiyalı verilənlər bazaları 1980-ci illərdə üstünlük təşkil etmişdi. Bu model məlumatları bir sıra cədvəllərdə sətirlər və sütunlar kimi təqdim edir. Onların böyük əksəriyyəti məlumatların yazılması və sorğulanması məqsədilə SQL-dən istifadə edir. 2000-ci illərdə qeyri-relyasiyalı verilənlər bazaları populyarlaşmışdı və onlar müxtəlif sorğu dillərindən istifadə etdikləri üçün birlikdə NoSQL adlandırılmışdılar.

Verilənlər bazası informasiyanın saxlanmasını və həmçinin tez bir zamanda verilənlərə müraciəti təmin edir. Tətbiqi proqramlar və ya əlavələr verilənlər bazasına daxil olan dəyişənlərin işlənməsinə xidmət edir. Təşkilindən asılı olaraq bazada verilənlər təqdiminin aşağıdakı əsas modelləri vardır:

  1. İerarxik modeldə — verilənlər bazası ağacşəkilli (ierarxik) təşkil olunur
  2. Şəbəkə modelində — verilənlər bazası qraf şəklində təşkil olunur
  3. Relyasiya modelində — verilənlər cədvəllərdə yerləşdirilir və bu cədvəllər arasında əlaqə yaradılır.
  4. Obyektyönümlü modeldə — bazanın ayrı-ayrı yazıları obyekt şəklində təşkil olunur.

Hal-hazırda ən populyar model relyasiya VB-dır. Relyasiya VB cədvəllər, sorğular, formalar, hesabatlar, makroslar, web-səhifələr və modullardan ibarətdir. Verilənlər cədvəlinin strukturu cədvəlin sütunlarının adlarının siyahısı ilə təyin edilir. VB-dan verilənləri çıxarmaq, emal etmək, dəyişmək və silmək üçün xüsusi proqramlar tələb olunur. Bu proqramlar verilənlər bazalarının idarəetmə sistemləri (VBİS) adlanırlar.

Verilənlər bazasını yaratmaq üçün istifadə edilən proqramlar:

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • CITForum — материалы на сайте Центра информационных технологий
  • Very Large Data Base — Endowment Inc.
  • ACM SIGMOD — Association for Computing Machinery: Special Interest Group On Management of Data.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Verilənlər bazası
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?