Nadir Abbasov
Vikipediya, azad ensiklopediya
Nadir Abbasov | |
---|---|
1978 – ? | |
Əvvəlki | Vahid İsmayılov |
1970 – 1978 | |
Sonrakı | Aslan Hüseynov |
1965 – 1970 | |
Əvvəlki | Xosrov Ağayev |
Sonrakı | Həsən Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1925 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
|
Nadir Xuduş oğlu Abbasov — Azərbaycan Kommunist Partiyası Ağcabədi Rayon, Salyan Rayon və Ağdam Rayon Komitəsinin birinci katibi.
Həyatı
[redaktə | mənbəni redaktə et]1925-ci ildə Gəncə qəzasında qulluqçu ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1948-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnsititunu və Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini bitirmişdir. Sosialist Əməyi Qəhrəmanıdır (1976).
Əmək fəaliyyətinə 1942-ci ildə başlamışdır. 1944–1949-cu illərdə Sovet Ordusunda xidmət etmişdir. 1950-ci ildən rayon komsomol komitəsinin katibi, Kirovabad (indiki Gəncə) vilayət komsomol komitəsinin şöbə müdiri, şəhər komsomol komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1935–1955-ci illərdə partiya məktəbinin müdavimi, 1956-cı ildən Kirovabad toxulçuluq kombinatının, Nizami adına sovxozun partiya komitəsinin katibi, Kirovabad Şəhər Partiya Komitəsinin şöbə müdiri olmuşdur. 1962–1970-ci illərdə Gədəbəy, Qasım İsmayılov (indiki Goranboy)istehsalat idarələrinin partiya təşkilatçısı, Azərbaycan KP MK inspektoru, Azərbaycan KP Qasım İsmayılov RK-nın, Ağdam RK-nın birinci katibi vəzifələrində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Salyan RK-nın birinci katibi, 1978-ci ildən isə Azərbaycan KP Ağcabədi RK-nın birinci katibi olmuşdur.
Azərbaycan SSR Ali Soveti mandat komissiyasının və Azərbaycan KP MK üzvü olmuşdur.
Yeddinci, səkkizinci, doqquzuncu , onuncu və on birinci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Arbatan seçki dairəsi).
Hazırda Prezident təqaüdçüsüdür (2002).
Mənbə
[redaktə | mənbəni redaktə et]- Надир Худуш оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 10.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ağcabədi rayonunun rəhbərləri | |||||
---|---|---|---|---|---|
Azərbaycan SSR |
| ||||
Azərbaycan Respublikası |
| ||||
Qeyd 1: Ağcabədi rayonu 1930-cu ildə təşkil olunub. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
Salyan rayonunun rəhbərləri | |||||
---|---|---|---|---|---|
Azərbaycan SSR |
| ||||
Azərbaycan Respublikası |
| ||||
Qeyd 1: Salyan rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959-cu ildə Neftçala rayonu ləğv edilərək Salyan rayonuna birləşdirilmişdir. 4 yanvar 1963-cü ildə Neftçala sənaye rayonu yaradılmış, 6 yanvar 1965-ci ildə isə yenidən ləğv edilərək Salyan rayonuna birləşdirilmişdir. 27 aprel 1973-cü ildə Neftçala rayonu yenidən müstəqil rayon olaraq təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
Ağdam rayonunun rəhbərləri | |||||||
---|---|---|---|---|---|---|---|
Azərbaycan SSR |
| ||||||
Azərbaycan Respublikası |
| ||||||
Qeyd 1: Ağdam rayonu 1930-cu ildə təsis olunmuşdur. Ağcabədi rayonu 4 yanvar 1963-cü ildə Ağdam rayonuna birləşdirilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. Qeyd 3: Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsi 24 may 2021 tarixində təsis edilsə də, 1 dekabr 2021 tarixində ləğv edilmişdir. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.