For faster navigation, this Iframe is preloading the Wikiwand page for Məmməd Məmmədov (siyasətçi, 1904).

Məmməd Məmmədov (siyasətçi, 1904)

Vikipediya, azad ensiklopediya

Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Məmməd Məmmədov
? – ?
Ağdam Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
? – ?
Jdanov Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
? – ?
Mirbəşir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1946 – ?
Şəxsi məlumatlar
Doğum tarixi 25 iyun 1904(1904-06-25)
Doğum yeri
Vəfat tarixi 1981
Vəfat yeri
Partiya
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Döyüşlər
Rütbəsi mayor

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni “Əmək igidliyinə görə” medalı

Məmməd İsgəndər oğlu Məmmədov (25 iyun 1904, Qaradağlı, Şuşa qəzası1981, Ağdam) — Sosialist Əməyi Qəhrəmanı, "Qızıl ulduz" və Lenin ordeni, "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmişdir. Muxtar Məmmədovun qardaşıdır.

Məmməd İsgəndər oğlu Məmmədov 25 iyun 1904-cü ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından atası İsgəndər kişinin köməyinə çatmış ailənin dolanşaçağına yaxından köməklik göstərmişdir.

1926 ildə Gəncə şəhərindəki Azərbaycan diviziyasının ikinci polkunda xidmətə başlamış, nümunəvi xidmətinə görə hərbi məktəbə göndərilmiş və 1928 ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunmuşdur.

Əfətli Kənd Sovetinin sədri (1931), Üçoğlan Kənd Sovetinin sədri (1932) vəzifələrində işləmişdir. 1934–37 illərdə Ali Partiya Məktəbində oxumuşdur. O, 1937–42 illərdə Tərtər Rayon MTS-nin direktor müavini vəzifəsində çalışmışdır.

Böyük Vətən Müharibəsində kapitan rütbəsi ilə 223-cü diviziyasının tank əlehinə divizionunda xidmət etmiş, 1946-cı Avstriyanın Ştakart şəhərindən ordu sıralarından tərxis olunmuşdur.

1946–1972 illərdə Tərtər (Mirbəşir), Beyləqan (Jdanov), Ağdam rayonlarında İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyasının Jdanov (Beyləqan) Partiya Komitəsinin birinci katibi, Ağdam rayonunda Natəvan adına sovxozun direktoru, kolxoz sədri vəzifələrində işləmişdir. 1972 ildə Ağdam rayon Yeyinti Sənaye İşçiləri Həmkar İttifaqının sədri seçilmişdir.

Azərbaycan Kommunist Partiyasının XV, XXII və XXIV qurultaylarının nümayəndəsi olmuşdur. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək göstəricilər əldə etmişdir. 2 dəfə II dərəcəli Böyük Vətən müharibəsi ordeni ilə təltif olunmuşdur.

1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, "Qızıl ulduz" və Lenin ordeni, "Əməkdə igidliyə görə" medalı ilə təltif edilmişdir.[1]

1981-ci ildə vəfat etmişdir. Övladlarından yalnız Vaqif Məmmədov sağdır və hal-hazırda Ağdam rayon Quzanlı qəsəbəsində yaşayır.

  1. Azərbaycan Sovet Ensiklopediyası. VI cild. Bakı, 1982
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Məmməd Məmmədov (siyasətçi, 1904)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?