For faster navigation, this Iframe is preloading the Wikiwand page for Əhməd Qasımov.

Əhməd Qasımov

Vikipediya, azad ensiklopediya

Əhməd Qasımov
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 – 199?
SonrakıVəzifə ləğv olundu.
1987 – 1991
SonrakıVəzifə ləğv edildi.
bayraq
Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini
bayraq2
1981 – 1987
Şəxsi məlumatlar
Doğum tarixi 29 oktyabr 1940(1940-10-29)
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2023(2023-01-07) (82 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Azərbaycan SSR əməkdar mühəndisi

Əhməd Qasımov — (29 oktyabr 1940, Ağcabədi7 yanvar 2023) — "Əməkdar mühəndis", "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" təltifçisi, 1990–1995-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Xalq deputatı, Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi.

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhməd Qasımov 29 oktyabr 1940-cı ildə Ağcabədi rayonunda dünyaya gəlib. 1957-ci ildə Ağcabədi rayon 2 saylı orta məktəbi bitirib və həmin ildə əmak fəaliyyətinə başlayıb.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1957-ci ildən 1960-cı ilədək Agcabədi şəhərindəki 2 saylı orta məktəbdə təsərrüfat müdiri, 1960-cı ildən 1963-cü ilə qədər Bakı şəhəri 3 saylı Taksi Parkda və Növbəti Minik Avtomobilləri Parkında çilingər. 1963–1964-cü illərdə Bakı 1 saylı Taksi Parkında dispetçer, 1964–1965-ci illərdə həmin müəssisədə texniki şöbə mühəndisi vəzifəsində çalışmışdır. 1965-ci ildən 1967-ci illərdə Ağcabədi "Azərkəndtexnika" İB-nin "Avtomobil Təmiri" zavodunun baş mühəndisi, 1967-ci ildən isə eyni zavodun direktoru vəzifəsinə təyin edilmiş və 1981-ci ilə qədər həmin zavoda rəhbərlik etmişdir. Ağcabədi "Avtomobil təmiri" zavodunun direktoru vəzifəsində çalışarkən zavodda görülən işlər sayəsində müəssisə respublika əhəmiyyətli bir zavod səviyyəsinə çıxarmışdır. Belə ki, respublikanın 20-dən artıq rayon kənd təsərrüfatı texnikalarının təmirinin aparılması ilə yanaşı Rusiyanın muxtəlif vilayətlərinə və başqa respublikara sifariş əsasında istehsal olunan kənd təsərrüfatında istifadə olunan arabalar, qoşqular, kotan və malalar göndərilirdi.

1970-ci ildən ardıcıl olaraq Ağcabədi rayon Xalq deputatları Sovetinin deputatı seçilmiş, rayonun ictimai -siyasi həyatında aktiv fəaliyyət göstərmişdir. Beləliklə, 1981-ci ildə Ağcabədi rayon İcraiyyə Komitəsinin sədr müavini ,1989-cu ildə isə Ağcabədi rayon KP rayon Komitəsinin birinci katibi vəzifəsinə, 1990-cı Azərbaycan Respublikası Ali Sovetinin deputatı vəzifəsinə seçilmişdir. Daha sonra Prezident yanında Ali Nəzarət İnspeksiyasında Ağdam- Ağcabədi üzrə Baş inspektor və 1995-ci ilədək Azərbaycan Respublikası Milli Məclisində Sosial Siyasət üzrə ekspert və komissiyanın üzvü olmuşdur. 1995-ci ildən Bakı şəhər, Sabunçu rayon İH-də müxtəlif vəzifələrdə çalışmışdır.

1999-cu ildən başlayaraq Bakı şəhər Ekologiya komitəsi və 2002-ci ildən Ekologiya Təbii Sərvətlər Nazirliyində əmək fəaliyyətini davam etdirmişdir. 30 sentyabr 2011-ci ilə qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri vəzifəsində çalışmışdır.

Həyat yoldaşı Qasımova Xeyra Usub qızı 25 yanvar 1947-ci ildə Ağcabədi rayonunda anadan olub. Hazırda təqaüddə olan riyaziyyat müəllimidir.

Oğlu Qasımov Ramazan (Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib) təqaüddə olan polis polkovnik-leytenantıdır. Oğlu Əmrahlı Əkrəm (Azərbaycan Neft Akademiyasını bitirib) "BAKQAZ" MMC-nin Rəisi vəzifəsində çalışır. Digər oğlu Qasımov Rüstəm (Azərbaycan Tibb Universitetini bitirib) Həkim-onkoloq kimi fəaliyyət göstərir. Aspiranturada təhsilini davam etdirir. Oğlu Qasımov Əmrah (Azərbaycan Neft Akademiyasını bitirib) BP neft şirkətində çalışırr.

  • 4 aprel 1970-ci ildə "V. İ. Leninin 100 illik yubileyi" ilə əlaqədar təltif edilmişdir
  • 23 may 1979-cu ildə "SSRİ-nin Mülki Müdafiə əlaçısı" döş nişanı ilə təltif edilmişdir
  • 20 mart 1980-ci ildə "V. İ. Leninin 110 illik yubileyi ilə əlaqədar beş illik planın yerinə yetirməsinə görə Fəxri Lenin Qramotası" ilə təltif edilmişdir .
  • 10 may 1980-ci il Azərbaycan KP MK-nın 43№-li iclaslə protokoluna əsasən "Əməkdar mühəndis" adına layiq görülmüşdür.
  • "Kommunist" qəzeti. 1989.
  • Həyat qəzeti — 24.05.1991 nömrə 98
  • Qarabağ qəzeti — 26.01.1991 nömrə 4 (31)
  • Azərbaycan qəzeti — 9.06.1994 nömrə 110 (874)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Əhməd Qasımov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?