For faster navigation, this Iframe is preloading the Wikiwand page for Milli Biotexnoloji Məlumat Mərkəzi.

Milli Biotexnoloji Məlumat Mərkəzi

Vikipediya saytından

Milli Biotexnoloji Məlumat Mərkəzinin loqotipi (NCBI)

Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiyatibb sahələrində bir sıra önəmli məlumat bazasıkompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir.

NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.[1]

NCBI saytında saxlanılan digər məlumat bazaları bunlardır: Nucleotide, Protein, Bookshelf, Gene, Genome, MeSH, Glossary, PubChem, RefSeq,  Taxonomy, PMC, Medline.

GenBank DNT ardıcıllılq məlumat bazasıdır. Burada insan genomundan tutmuş bakteriyalara qədər 100 min ayrı orqanizmdən tam yaxud qismi DNT ardıcıllıqları saxlanılır. 2013-cü ildə GenBankda 150 milyard nukleotid bazlıq ardıcıllıq saxlanılıb. Yarandıqdan sonra 30 ildə GenBank bütün bioloji elm sahələrinin ən önəmli databankı halına gəlmiş, milyonlarca elm adamı tərəfindən istifadə edilir və istinad göstərilməkdədir.

Biologiya və tibb sahəsində dərc olunan elmi məqalələr bazasıdır. 2015-ci ilə 1966-ci ildən günümüzə qədər olann 25 milyon məqalə qeydə alınmışdır. Hər il təxminən yarım milyon yeni məqalə bazaya daxil edilməkdədir.

Basic Local Alignment Search Tool (azerb. ana lokal cərgələmə üçün axtarış vasitəsi) qısaltması olan BLAST bioloji ardıcıllıqlar, DNT-nin nukleotid sıraları yaxud zülalların aminturşu sıraları arasındaki bənzərliyi sayca ölçmək üçün proqramlar ailəsidir. Bəzilərinin adı belədir: nblast, tblast, pblast və tblastn. BLAST əldəki bilinməyən DNT və ya zülalın ardıcıllığından yola çıxaraq arxiv məlumat bazalarından (GenBank, Protein kimi) axtarış edərək kimliyini təyin etmək üçün güclü vasitədir.  Molekulyar bioloq və bioinformatiklər üçün ən çox istifadə olunan kompüter proqramı sayılır. BLAST-ı bioloqların google-u saymaq mümkündür. BLAST alqoritması Stephen Altschul, Warren Gish, Webb Miller, Eugene Myers və David Lipman elm adamları tərəfindən işlənib hazırlanaraq Journal of Molecular Biology 1990-cu ildə nəşr edilmişdir[2]. Biologiyanın ən çox istinad göstərilən məqalələrindən biri olub təxminən 50 000 dəfə digər elmi məqalələr tərəfindən istinad edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

NCBI rəsmi saytı

  1. "The NCBI Handbook, History". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-16.
  2. Altschul Stephen; Gish Warren; Miller Webb; Myers Eugene; Lipman David. "Basic local alignment search tool". Journal of Molecular Biology. 215 (3). 1990: 403–410. doi:10.1016/s0022-2836(05)80360-2.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Milli Biotexnoloji Məlumat Mərkəzi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?