For faster navigation, this Iframe is preloading the Wikiwand page for Amerika yenotu.

Amerika yenotu

Vikipediya, azad ensiklopediya

Amerika yenotu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Yarımdəstə:
İnfradəstə:
Arctoidea
Fəsiləüstü:
Musteloidea
Fəsilə:
Yarımfəsilə:
Procyoninae
Triba:
Procyonini
Yarımtriba:
Procyonina
Cins:
Növ:
Amerika yenotu
Beynəlxalq elmi adı

Amerika yenotu (lat. Procyon lotor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin yenotlar fəsiləsinin yenot cinsinə aid heyvan növü.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Xarici görkəminə görə yenotaoxşar itə bənzəyir. Bədəninin uzunluğu 60 sm, quyruğunun uzunluğu isə 25 sm-ə çatır. Bədəni enlikürək, qısa pəncəli, uzun barmaqlı, başı enli, kiçik, nazik sifətli, qulaqları böyükdür. Tükü qalın, uzun, tünd boz rəngdədir. Sifətində ağ haşiyəli qara maska var. Quyruğunda 5-7 enli qara və ya ağ həlqə mövcuddur. Pəncələri qısadır və barmaqlar yaxşı inkişaf etdiyindən, onların izi insan əlinin izini xatırladır. Yenotun ön pəncələri çevikliyinə görə, insan əlləri ilə rəqabət apara bilər. Yenot ön pənçələri ilə əşyaları tutur və saxlayır, həmçinin qidasını yuyur. Xəzi sıx olub, qəhvəyi-boz rəngdədir.[3]

Amerika yenotu Panama boğazından Kanadanın cənub əyalətlərinə qədər Şimali Amerikada geniş yayılmışdır. Növün iqlimləşdirilməsi ilk dəfə Almaniyada və keçmiş SSRİ ərazisində aparılmışdır. Daha sonra buraxıldığı məntəqələrdən Fransaya və digər Avropa ölkələrinə daxil olmuşdur. Yenotlar Azərbaycanda ilk dəfə olaraq 1941-ci ildə Avropadan İsmayıllı rayonuna 21 baş (11 erkək və 10 dişi) gətirilərək buraxıldı. Amerika yenotları bu yeni yaşayış mühitinə asanlıqla adaptasiya oldular və qısa müddətdə populyasiya sayını artırmağa başladılar.. Hazırda yenot Zaqatala-İsmayıllı və Lənkəran massivlərində geniş yayılıb.[4] Azərbaycandakı yenot populyasiyaları yayılaraq Rusiya, Gürcüstan və İran kimi qonşu ölkələrdə məskunlaşa biliblər. Hazırda Azərbaycanda yenotların 3 təcrid olunmuş alt populyasiyası var: şimal, şimal-qərb və ölkənin cənubu.

Amerika yenotu Azərbaycanda işğalçı (invaziv) növdür. O, yerli biomüxtəlifliyə və xüsusilə Qırmızı Kitaba düşmüş heyvan növlərinə zərər verir.[5]

Yaşlı koğuşlu ağacları, həmçinin su hövzələri və bataqlıq ərazilər olan qarışıq meşələr yenot üçün daha əlverişlidir. İynəyarpaqlı meşələrdə, həmçinin su hövzələri olmayan meşələrdə rast gəlinmir. Ağac koğuşlarından sığınacaq kimi istifadə edir. Antropogen landşaftlara asanlıqla uyğunlaşaraq, tarlalarda, bağlarda, çox zaman şəhərlərdə və şəhərətrafı ərazilərdə məskunlaşır. Yenot yuvasını ağacların koğuşunda düzəldir. Məcburi hallarda yerüstü sığınacaqlardan – qayalardakı yarıqlardan, porsuqların yuvalarından istifadə edir, özü yuva qaza bilmir.

Alaqaranlıq-gecə həyat tərzi keçirir, gündüzlər yuvalarında gizlənir. Alaqaranlıq düşəndə ova qida axtarışı üçün öz ərazisini gəzir. Yenot nadir hallarda öz sığınacağından 1,5 km-ə qədər uzaqlaşır.[6] Yenot ağaclara asanlıqla dırmanır. Tutucu barmaqları, ona düz budaqlardan tutaraq, sallanmaq imkanı verir. Gecə görməsi və vibrissaları sahəsində yenot tamamilə qaranlıqda da asanlıqla hərəkət edir. Yenotlar fəsiləsinin qış yuxusuna gedən yeganə nümayəndəsidir. Yuxu dərin deyil, fasiləlidir. Kanadada qış yuxusu 4–5 ay davam edir, cənub rayonlarında isə ümumiyyətlə qış yuxusuna getmirlər.

Yenot həm bitki, həm də heyvan mənşəli qidalarla qidalanır. Onun qidası fəsildən asılı olaraq dəyişir. Yazda və yayın əvvəlləri onun rasionunda heyvani qidalar (həşəratlar, qurbağalar, sürünənlər, yengəc və xərçənglər, balıqlar, gəmiricilər və quş yumurtaları), yayın ikinci yarısı və payızda isə bitki qidaları (meyvələr və giləmeyvələr, qozalar) üstünlük təşkil edir. Yeməzdən əvvəl qidasını suda yuyur.

Yenot çox möhkəm heyvandır. O infeksion və invazion xəstəliklərə qarşı çox dözümlüdür və yırtıcılardan aqressiv şəkildə müdafiə olunur. Əgər təhlükədən qaça və ya gizlənə bilmirsə, özünü ölülüyə vurur. Xaraktercə çox aktiv, hər şeyi bilməyə həvəsli, dalaşqan, cəsarətli heyvandır. ABŞ-də və bir sıra digər ölkələrdə yenotları əhliləşdirilmiş heyvan kimi evdə saxlayırlar. 20 ilə qədər yaşayır.

Cütləşmə fevral-mart aylarında baş verir. Boğazlıq dövrü 62 gün davam edir. 3–7 bala verir. Balalaları kör doğulur, 10–20 gündən sonra gözləri açılır. İllər boyu nəzarətsiz aparılan ov nəticəsində vəhşicəsinə məhv olunur. Dişilər bir yaşlarında cinsi yetkinliyə çatırlar. Amerika yenotu qiymətli xəz- dəri heyvanıdır. Əti yeməlidir. Piyi də yeməli olub, həm də xeyirlidir.[7]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 97. — 10 000 экз.
  4. Azərbaycanın heyvanlar aləmi. III cild, Elm nəşriyyatı, 2004, 619 səh.
  5. "Zülfü Fərəcli. Azərbaycanda işğalçı Amerika yenotu təhlükəsi. BRI". 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-02.
  6. Енот-полоскун по данным Объединённой таксономической информационной службы (ITIS)
  7. "Raccoon". 2008-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-04.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Amerika yenotu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?