For faster navigation, this Iframe is preloading the Wikiwand page for Yerfındığı.

Yerfındığı

Vikipediya, azad ensiklopediya

Yerfındığı
Elmi təsnifat
Aləm:
Klad:
Klad:
Fəsilə:
Yarımfəsilə:
Faboideae
Klad:
Meso-Papilionoideae
Klad:
Dalbergioids
Triba:
Dalbergieae
Cins:
Yerfındığı
Beynəlxalq elmi adı

Yerfındığı (lat. Arachis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Araxis və ya yerfındığı (Arachis hypogaea L.) toxumlarından ərzaq yağı (yeməli yağ) almaq üçün əkilib becərilir. Araxis toxumlarının tərkibində 60%-ə qədər yağ (orta hesabla 53%) və 35%-dən çox zülal vardır. Tərkibindəki zülalın miqdarına görə araxis ancaq soyadan geri qalır. Araxis yağı konserv sənayesində, marqarin alınmasın da, sabun bişirmə sənayesində və tibbdə istifadə olunur. Araxis yağı yarımquruyan (yod ədədi 90-103) yağlar qrupuna aiddir. Orta hesabla bir ton qabıqlı araxis toxum- dan 226-317 kq. yağ alınır. Araxis yağı əsas etibarı ilə konserv və qənnadı sənayesində istifadə olunur. Üyüdülmüş araxis toxumları şokolad hazırlananda əlavə kimi tətbiq edilir. Qovrulmuş toxumları ərzaq kimi yeyilir və xırdalanmış halda bir çox qənnadı məhsullarına əlavə edilir. Yağın emalından sonra jmıxın tərkibində 45% zülal və 8% yağ olur. Ərzaqlıq sortları lobya dadı verməməlidir. Araxisin jmıxı və gövdəsi (bəlimi) heyvandarlıqda yem kimi istifadə olunur. Bəlimində 11%-ə qədər zülal var və qida keyfiyyətinə görə yonca və üçyarpaqdan geri qalmır. Eyni zamanda həm bəliminin, həm də meyvəsinin istifadə perspektivlərinə görə ABŞ-də araxis iribuynuzlu mal-qara və donuzlar üçün otlaq bitkisi kimi becərilir. Cecəsindən isə izolyasiya materialı və yanacaq kimi istifadə olunur.

Yeni sistemləşdirmədə Arachis hypogaea növü 2 yarımnövə bölünür. A. hypogaea (Arachis asiatica) yarımnövünün 2 növmüxtəlifliyi vardır: hypogaea növmüxtəlifliyi Braziliya və Virciniya sorttipinə, hirzuta növmüxtəlifliyi isə Peru sorttipinə aid edilir. Bu yarımnöv (A. asiatica) sərilən gövdəli olmaqla toxumların sükunət dövrü 2 ilə qədər vegetasiya müddətləri isə 5-10 ay çəkir. A. fastigiata (Arachis americana) yarımnövünün də 2 növmüxtəlifliyi vardır. Fastigiata növmüxtəlifliyi Valensiya sorttipinə, vulqaris növmüxtəlifliyi isə İspan sorttipinə aid edilir.Bu yarımnöv (A. americana) az və çox miqdarda dik dayanan gövdələr əmələ gətirir, toxumların sükunət dövrü 50 günə qədər, vegetasiya müddəti isə 3-5 ay çəkir. Tropiklərdə ildə 2 dəfə məhsul verə bilər.

Paxlalılar (Fabacaea) fəsiləsinə daxil olmasına baxmayaraq Arachis cinsinin sistematikası çətinlik törədir. Əvvəlki sistemləşdirmə böyümə, budaqlanma və meyvəvermə xüsusiyyətlərinə görə tərtib edilmişdir. Mutasiya, hibridləşdirmə və seçmə nəticəsində araxisin çox böyük müxtəlifliyi əmələ gəlmişdir. Təkcə Seneqalda araxisin 550-yə qədər, Konqoda isə 200-ə qədər növmüxtəlifliyi vardır.

Mədəni araxis növü (Arachis hypogaea) yabanı halda məlum deyildir. Bu növün yayılma arealı olduqca genişdir. O, tropik, subtropik iqlimə malik olan ölkələrdə yayılmaqla bərabər mülayim (mötədil) iqlimli ölkələrin də bəzi bölgələrində becərilə bilir. Bütünlükdə bu cins geniş areala malik olması, müxtəlif torpaq-iqlim şəraitində yayılması ilə xarakterizə edilir. Araxis coğrafi cəhətcə 10 və 28 0 cənub enliklərində yayılmışdır.

Yabanı araxis formaları çoxillikdir. Təkcə A. monticola birillik növdür.

  • Sərilən gövdəli araxis - Arachis prostrata Benth.
  • Saçaqlı (pırpızlı ) araxis - Arachis villosa Benth.
  • Köküyumrulu araxis - Arachis tuberosa Bong.
  • Sarımtıl araxis - Arachis lutescens Krap. et. Rig.
  • Burkart araxisi - Arachis burkartii Handro
  • Bentam araxisi – Arachis benthamii Handro
  • Sürünən araxis - Arachis repens Handro
  • Dağlıq araxis - Arachis monticola Krapov. Et Rig. (tetrap-loid 2n = 40)
  • Haşiyəli araxis - Arachis marginata Gardn.
  • Paraqvay araxisi - Arachis paraguariensis Chod. et Hassl.
  • Quaran araxisi - Arachis goaranitica Chod. et Hassl.
  • Saçaqlı meyvəli araxis - Arachis villosulicarpa Hoehne
  • Marti araxisi - Arachis martii Handro
  • Xırda (kiçik) araxis - Arachis pusilla Benth.
  • Arachis angustifolia (Chodat & Hassl.) Killip ex Hoehne
  • Arachis appressipila Krapov. & W.C.Greg.
  • Arachis archeri Krapov. & W.C.Greg.
  • Arachis batizocoi Krapov. & W.C.Greg.
  • Arachis benensis Krapov. & al.
  • Arachis benthamii Handro
  • Arachis brevipetiolata Krapov. & W.C.Greg.
  • Arachis burchellii Krapov. & W.C.Greg.
  • Arachis burkartii Handro
  • Arachis cardenasii Krapov. & W.C.Greg.
  • Arachis chiquitana Krapov. & al.
  • Arachis correntina (Burkart) Krapov. & W.C.Greg.
  • Arachis cruziana Krapov. & al.
  • Arachis cryptopotamica Krapov. & W.C.Greg.
  • Arachis dardani Krapov. & W.C.Greg.
  • Arachis decora Krapov. & al.
  • Arachis diogoi Hoehne
  • Arachis douradiana Krapov. & W.C.Greg.
  • Arachis duranensis Krapov. & W.C.Greg.
  • Arachis giacomettii Krapov. & al.
  • Arachis glabrata Benth.
    • Arachis glabrata var. hagenbeckii (Kuntze) F.J.Herm.
  • Arachis glandulifera Stalker
  • Arachis gracilis Krapov. & W.C.Greg.
  • Arachis gregoryi C.E. Simpson, Krapov. & Valls
  • Arachis guaranitica Chodat & Hassl.
  • Arachis hassleri Krapov., Valls & C.E. Simpson
  • Arachis hatschbachii Krapov. & W.C.Greg.
  • Arachis helodes Krapov. & Rigoni
  • Arachis hermannii Krapov. & W.C.Greg.
  • Arachis herzogii Krapov. & al.
  • Arachis hoehnei Krapov. & W.C.Greg.
  • Yerfındığı (Arachis hypogaea L.)
  • Arachis interrupta Valls & C.E. Simpson
  • Arachis ipaensis Krapov. & W.C.Greg.
  • Arachis kempff-mercadoi Krapov. & al.
  • Arachis krapovickasii C.E. Simpson, D. E. Williams, Valls & I.G. Vargas
  • Arachis kretschmeri Krapov. & W.C.Greg.
  • Arachis kuhlmannii Krapov. & W.C.Greg.
  • Arachis lignosa (Chodat & Hassl.) Krapov. & W.C
  • Arachis linearifolia Valls, Krapov. & C.E. Simpson
  • Arachis lutescens Krapov. & Rigoni
  • Arachis macedoi Krapov. & W.C.Greg.
  • Arachis magna Krapov. & al.
  • Arachis major Krapov. & W.C.Greg.
  • Arachis marginata Gardner
  • Arachis martii Handro
  • Arachis matiensis Krapov. & al.
  • Arachis microsperma Krapov. & al.
  • Arachis monticola Krapov. & Rigoni
  • Arachis nitida Valls, Krapov. & C.E. Simpson
  • Arachis oteroi Krapov. & W.C.Greg.
  • Arachis palustris Krapov. & al.
  • Arachis paraguariensis Chodat & Hassl.
  • Arachis pflugeae C.E. Simpson, Krapov. & Valls
  • Arachis pietrarellii Krapov. & W.C.Greg.
  • Arachis pintoi Krapov. & W.C.Greg.
  • Arachis porphyrocalyx Valls & C.E. Simpson
  • Arachis praecox Krapov. & al.
  • Arachis prostrata Benth.
  • Arachis pseudovillosa (Chodat & Hassl.) Krapov. & W.C
  • Arachis pusilla Benth.
  • Arachis repens Handro
  • Arachis retusa Krapov. & al.
  • Arachis rigonii Krapov. & W.C.Greg.
  • Arachis schininii "Krapov., Valls & C.E.Simpson"
  • Arachis seridoensis Valls, C.E. Simpson, Krapov. & R.Veiga
  • Arachis setinervosa Krapov. & W.C.Greg.
  • Arachis simpsonii Krapov. & W.C.Greg.
  • Arachis stenophylla Krapov. & W.C.Greg.
  • Arachis stenosperma Krapov. & W.C.Greg.
  • Arachis subcoriacea Krapov. & W.C.Greg.
  • Arachis submarginata Valls, Krapov. & C.E. Simpson
  • Arachis sylvestris (A.Chev.) A.Chev.
  • Arachis trinitensis Krapov. & W.C.Greg.
  • Arachis triseminata Krapov. & W.C.Greg.
  • Arachis tuberosa Benth.
  • Arachis valida Krapov. & W.C.Greg.
  • Arachis vallsii Krapov. & W.C.Greg.
  • Arachis villosa Benth.
  • Arachis villosulicarpa Hoehne
  • Arachis williamsii Krapov. & W.C.Greg.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Yerfındığı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?