For faster navigation, this Iframe is preloading the Wikiwand page for Xülya Cəfərova.

Xülya Cəfərova

Vikipediya, azad ensiklopediya

Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin. (avqust 2024)
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (avqust 2024)
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. (avqust 2024)
Xülya Sabirli
Doğum tarixi 17 fevral 1992(1992-02-17) (32 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili

Bakı Dövlət Universiteti

AMEA
Corc Vaşinqton Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası jurnalist
Fəaliyyəti yazıçı, pedaqoq, tərcüməçi
Əsərlərinin dili Azərbaycan dili, ingilis dili
Janrlar fantastika, psixoloji triller
İlk əsəri Külək: Yel kürəsinin şahzadəsi (roman)

Xülya Sabirli və ya Xülya Cəfərova (tam adı: Xülya Rabil qızı Sabirli; 17 fevral 1992, Qəbələ) — Azərbaycanlı yazıçı, jurnalist, pedaqoqtərcüməçi.

Xülya Sabirli 1992-ci il fevralın 17-də ziyalı ailəsində anadan olmuşdur. İki övladı var.

Orta təhsilini 1998–2009-cu illərdə Bakı şəhərində Qafqaz Özəl Gimnaziyasında almışdır. 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuş, 2013-cü ildə adı çəkilən universiteti bitirmişdir. Elə həmin ildə o, Bakı Dövlət Universitetinin magistraturasına daxil olmuşdur. 2016-cı ildə magistratura pilləsini fərqlənmə ilə bitirmiş və beynəlxalq jurnalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. O, 2017-2020-ci illərdə AMEA Hüquq və İnsan Haqları İnstitutunda doktorantura səviyyəsi üzrə təhsilini davam etdirmişdir. Ardınca Amerikanın Vaşinqton universiteti ilə Azərbaycan Dövlət Pedaqoji universitetinin "Təhsilin idarəedilməsi" ixtisası üzrə magistratura ikili diplom proqramında təhsil almışdır.

Xülya Sabirli peşəkar əmək fəaliyyətinə 2012-ci ildə Lider televiziyasında jurnalist və teleaparıcı kimi başlayıb. Ardınca, bir sıra qurumlarda jurnalist və tərcüməçi kimi çalışıb. 2014–2024-cü illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təsis edilmiş "Qayğı-Sağlam Nəsil Naminə" İctimai Birliyinin idarə heyətinin üzvü, eyni zamanda ictimaiyyətlə əlaqələr üzrə meneceri kimi fəaliyyət göstərib. Bununla yanaşı, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət İqtisad UniversitetindəAzərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim kimi çalışıb. Hazırda Azərbaycan-Fransız Universitetinin ictimaiyyətlə əlaqələr üzrə meneceri, eyni zamanda ADA universitetinin müəllimi kimi peşəkar fəaliyyətini davam etdirməkdədir.

Müəllif uşaq yaşlarından bədii yaradıcılıqla məşğuldur. 2010-cu ildən etibarən hekayə və esseləri 525-ci qəzetdə müntəzəm olaraq çap olunmağa başlayıb. Ardınca, müxtəlif mətbu orqanlarında da yazılarla çıxış edib. Xülya Sabirli Qanun nəşriyyatının sifarişi ilə Elizabet Gilbertin "Ye, dua et, sev", Suzan Kollinsin "Alov Yanacaq" və "Aclıq Oyunları: Zığ-zığ quşu" əsərlərini İngilis dilindən Azərbaycan dilinə çevirib. Eyni zamanda, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sifarişi ilə Çində Azərbaycan mədəniyyətinin təbliği üçün nəzərdə tutulmuş "Azərbaycan – Odlar Yurdu" adlı ensiklopedik vəsaiti Azərbaycan dilindən İngilis dilinə tərcümə edib. Xülya Sabirlinin "Külək: Yel Kürəsinin Şahzadəsi" və "Külək – Bozqurdun Sirri" kitabları TEAS Press Nəşriyyat Evi tərəfindən çap edilib.Külək: Yel kürəsinin şahzadəsi (roman) müəllifin ilk kitabıdır. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır və əsər nəşriyyat tərəfindən 2018-ci ilin ən çox satılanları siyahısına daxil edilib, eyni zamanda "BAKUTEL 2018" sərgisi çərçivəsində ölkədə ilk VR Kitab layihə şəklində ictimaiyyətə təqdim edilib. Əsər Azərbaycan ədəbiyyatında ilk milli superqəhrəmanların yer aldığı fentezi romandır.

Xülya Sabirli həmçinin 2021-ci ildə BMT-nin Qadınlar Təşkilatının "Nağılları yeni nəsillər üçün yenidən təsəvvür edək!" adlı layihəsində yeganə azərbaycanlı yazar qismində iştirak edib. Silsilə görüşlər formatında baş tutan layihəyə dünyanın müxtəlif ölkələrindən olan onlarla yazıçısı qatılıb. Sonda ən yaxşı 30 hekayə toplu halında dərc edilib. Müəllifin "Şahzadə Ceynin kəşfi" adlı müasir nağılı da topluda yer alıb.

2022-ci ildə Xülya Sabirlinin "Şuşalı Superqəhrəman Qaya" adlı kitabı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tenderinin qaliblərindən biri kimi çap edilib və Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində təqdimatı baş tutub. Əsər 44 günlük Vətən müharibəsi zamanı dünyasını dəyişmiş şəhidlərimizin və müharibədə canını ortaya qoymaqdan çəkinməyən qazilərimizin əziz xatirəsinə həsr edilib.

Külək trilogiyası

[redaktə | mənbəni redaktə et]
  1. "Külək: Yel kürəsinin şahzadəsi"[1][2][3][4]
  2. "Külək - Bozqurdun sirri"[5][6]

Digər romanları

[redaktə | mənbəni redaktə et]
  1. Şuşalı superqəhərman Qaya

Hekayələr və məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. Zülmət qırmızı
  2. “Qar”anlıq
  3. Həddini bilmə sənəti
  4. Qulaqsız canavar
  5. Vətənin pıçıltısı
  6. Dünyanın sonu
  7. İkiüzlü Yanus
  8. Günəş qədər yaxın
  9. Dünyanın sonu
  10. Mənim dahi dostum
  11. Başlanğıc və Son: Faktlar yeganə təsəllidir...
  12. - The Discovery of Princess Jane
  13. Öl Məzəli!
  14. Vətənin Pıçıltısı
Fayl:Xülya Sabirli1.jpg
  1. "Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan "Külək – Yel kürəsinin şahzadəsi" ilk milli superqəhrəmanlarla yadda qalacaq". Azertag.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  2. "Azərbaycan ədəbiyyatında superqəhrəmanların yer aldığı ilk roman tezliklə işıq üzü görəcək". Oxu.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-11.
  3. "Cəfərova, Xülya Rabil qızı. Külək. Bozqurdun sirri. II kitab / X. R. Cəfərova ; ill. M. Qafarov. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 200 s." Clb.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  4. "2018-ci ilin Bestselleri - Külək - Yel Kürəsinin Şahzadəsi - Xülya Sabirli". www.youtube.com. 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  5. ""Külək - Bozqurdun sirri" kitabının təqdimatı olub". Azertag.az. 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.
  6. """Külək – Bozqurdun sirri" əsəri". www.3alma.az. 2023-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-23.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]

Xülya SabirliYoutube kanalı

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Xülya Cəfərova
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?