For faster navigation, this Iframe is preloading the Wikiwand page for Vikipediya:Həftənin seçilmiş məqaləsi/39. Həftə 2011.

Vikipediya:Həftənin seçilmiş məqaləsi/39. Həftə 2011

Vikipediya, azad ensiklopediya

Xınalıq — (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.

8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.

Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır.

Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Sərhəd Məntəqəsi, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, AzercellBakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir.

Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir.

Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.

Kənd küçələrinin ümumi uzunluğu təxminən 5 kilometrdir.

Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır.

2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.(Davamı...)

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Vikipediya:Həftənin seçilmiş məqaləsi/39. Həftə 2011
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?