For faster navigation, this Iframe is preloading the Wikiwand page for Sumqayıt Dövlət Universiteti.

Sumqayıt Dövlət Universiteti

Vikipediya, azad ensiklopediya

Sumqayıt Dövlət Universiteti
SDU
Loqonun şəkli
Əvvəlki adları Azərbaycan Neft və Kimya İnstitutunun filialı
(1962–1975)
Ali Texniki Təhsil Məktəbi (1975–1992)
Azərbaycan Sənaye İnstitutu (1992–2000)
Əsası qoyulub 1962
Tip Ali məktəb
Rektor Rüfət Əzizov
Tələbə sayı 8000
Şəhər Sumqayıt
Ölkə
Sayt sdu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumqayıt Dövlət Universiteti və ya qısaca SDUAzərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır.

AMİ Sumqayıt filialı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.

Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır.

Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[1] Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.[2]

Universitetdə 7 fakültə mövcuddur:

  • İqtisadiyyat və idarəetmə;
  • Fizika və elektroenergetika;
  • Tarix və coğrafiya;
  • Filologiya;
  • Mühəndislik;
  • Riyaziyyat;
  • Kimya və biologiya.

Maddi-texniki bazası

[redaktə | mənbəni redaktə et]

SDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının təhsil nazirinin sərəncamına əsasən bundan sonra bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.

Tələbə yataqxanası

[redaktə | mənbəni redaktə et]

Sumqayıt Dövlət Universitetinin arxasında – şəhərin 44-cü məhəlləsindəki Ağa Quliyev küçəsində universitetin tələbə yataqxanası yerləşir. Amma Qarabağ müharibəsi səbəbindən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşdığı üçün tələbə yaşamır.

Xatirə bağçası

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə — 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində universitetdə Xatirə Bağçasının açılışı olmuşdur. Şəhərdəki bu yeganə ali məktəbin yenidən abadlaşdırılmış həyətində universitetin tələbələri olmuş beş şəhidin (Mehdi Mehdiyev, Fuad Əhmədov, Namiq Hüseynov, Həmzə Adıyev və İbrahim Tağıyevin) şərəfinə Xatirə Parkı salınmış, parkda abidə qoyulmuşdur.

Tələbə təşkilatları

[redaktə | mənbəni redaktə et]
  • Tələbə gənclər təşkilatı;
  • Tələbə həmkarlar ittifaqı;
  • Tələbə elmi cəmiyyəti.

Digər təşkilatlar

[redaktə | mənbəni redaktə et]

2014-cü il noyabrın 12-də Sumqayıt şəhər Veteranlar Şurasının müraciətinə əsasən SDU-da Veteranlar təşkilatının ilk özəyi yaradılmışdır.[3]

Sumqayıt Dövlət Universitetinin ilk rektoru 30 iyun 2000-ci ildən2013-cü ilin dekabrına qədər Nadir Fərrux oğlu Qəhrəmanov olmuşdur.

2013-cü ilin dekabr ayında SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Bahadur oğlu Hüseynova həvalə edilmişdir. O, Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir[4]

O, Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilmişdir.[5]

R. E. Əzizov Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilib.[6]

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Qafqaz Universitetlər Birliyinin üzvüdür.[7]

Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna Universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran universitetləri və Ukrayna Milli Texniki Universiteti[8] ilə qarşılıqlı əməkdaşlıq edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • sdu.edu.az — Sumqayıt Dövlət Universitetinin rəsmi saytı
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Sumqayıt Dövlət Universiteti
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?