For faster navigation, this Iframe is preloading the Wikiwand page for Türkiyə–Azərbaycan Universiteti.

Türkiyə–Azərbaycan Universiteti

Vikipediya, azad ensiklopediya

Türkiyə–Azərbaycan Universiteti
Xəritə
40°22′56″ şm. e. 49°52′21″ ş. u.
Əsası qoyulub 2024
Şəhər Bakı
Ölkə

Türkiyə–Azərbaycan Universiteti və ya qısaca TAU – 2024/2025 tədris ilindən etibarən Bakıda fəaliyyət göstərməsi planlaşdırılan universitet. Azərbaycan ilə Türkiyə arasında ortaq universitet olacaq.

Azərbaycan ilə Türkiyə arasında ortaq universitet layihəsi 2023-cü ilin iyununda Azərbaycan prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdən sonra açıqlanmışdır.[1]

Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə anlaşma memorandumu 19 fevral 2024-cü ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmışdır. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalamışdırlar.[2] Universitet tamamilə yeni yaradılmış təhsil müəssisəsi yox, fərqli universitetlərin müxtəlif proqramlarını ehtiva edən yeni nəsil universitet olacaq.[3]

Təhsil sistemi

[redaktə | mənbəni redaktə et]

Universitet rektorunun Azərbaycan tərəfdən olması, tədris binasının Bakı şəhərin mərkəzində olan binalardan birində yerləşməsi planlaşdırılır.[4] Universitet Xətai rayonunda, Bakı Ali Neft Məktəbinin (BANM) Xocalı prospektində yerləşən binasında fəaliyyət göstərəcək.[5] İnzibati və maliyyə işləri Azərbaycanın, akademik məsuliyyət isə Türkiyənin tərəfində olacaq.[3] Bakı şəhərində üç təhsil proqramı üzrə universitetə tələbə qəbulu həyata keçiriləcək.[6] Universitetin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat büdcənin ayrılması proqnozlaşdırılmışdır.[7]

İlkin mərhələdə təhsil Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuşdur.[8] İlk tədris ili üçün 90 tələbə qəbulu planlaşdırılmışdır.[5] Hər il qəbul planında 100–200 əlavə yer nəzərdə tutulmuşdur. Universitetdə təhsil pulsuz olacaq. Tədris ingilistürk dillərində aparılacaq. Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək universitetin müəllim heyəti İstanbul Texniki Universiteti, Orta Şərq Texniki UniversitetiHacettepe Universitetindən dəvət olunacaq.[9] Onlar Azərbaycana mütəmadi gələcəklər.[10]

İlk tədris ilində kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsilin baş tutması nəzərdə tutulmuşdur.[11]

2024-cü ildə universitetin birinci kursunda kompüter mühəndisliyi və sənaye mühəndisliyi bölmələri üzrə 30, qida mühəndisliyi fakültəsi üzrə 27 tələbə olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq.[12]

  1. "Türkiye ve Azerbaycan ortak üniversite kuracak". İletişim Başkanlığı (türkcə). 13 iyun 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  2. "Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİLİK". Demokrat Azərbaycan. 18 aprel 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  3. 1 2 "KİV: Türkiyə-Azərbaycan Universiteti "yeni nəsil" təhsil ocağı olacaq". Report.az. 21 fevral 2024. Archived from the original on 2024-02-23. İstifadə tarixi: 14 iyun 2024.
  4. "Türkiyə-Azərbaycan Universitetinin rektoru hansı ölkənin vətəndaşı olacaq?". Oxu.az. 14 iyun 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  5. 1 2 "Türkiyə-Azərbaycan Universitetinin yeri müəyyənləşib, bu il 90 tələbə qəbul olunacaq". Report.az. 7 avqust 2024. 2024-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  6. "Türkiyə-Azərbaycan Universitetinə Bakıda üç təhsil proqramı üzrə tələbə qəbulu həyata keçiriləcək". Banker.az. 20 may 2024. 14 June 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  7. "Azərbaycan–Türkiyə Birgə Universitetinin fəaliyyətinin təmin edilməsi üçün 10 milyon manat ayrılacaq". Apa.az. 1 noyabr 2023. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  8. "Türkiyə-Azərbaycan Universiteti üçün bir neçə binaya baxış keçirəcəyik – Emin Əmrullayev". Trend.az. 29 fevral 2024. 14 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyun 2024.
  9. "Türkiyə-Azərbaycan Universiteti: təhsildə yeni model". "Respublika" qəzeti. 16 avqust 2024. İstifadə tarixi: 16 avqust 2024.
  10. "Türkiyə-Azərbaycan Universitetinin yerləşəcəyi məkan seçildi". Trend.az. 13 may 2024. Archived from the original on 14 June 2024. İstifadə tarixi: 14 iyun 2024.
  11. "Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir". Report.az. 6 avqust 2024. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2024.
  12. "Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq". Report İnformasiya Agentliyi (az.). 2024-08-24. 2024-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-24.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Türkiyə–Azərbaycan Universiteti
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?