For faster navigation, this Iframe is preloading the Wikiwand page for Straton (Lampsakuslu).

Straton (Lampsakuslu)

Vikipediya, azad ensiklopediya

Straton
Στράτων
Doğum tarixi təq. e.ə. 335
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 269
Vəfat yeri
Dövr Ellinizm
İstiqaməti Peripatetizm
Əsas maraqları Naturfəlsəfə, fizika
Təsirlənib Aristotel, Teofrastus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Lampsakuslu Straton (yun. Στράτων, m. ö. 340 – 268) — Teofrastusun ən tanınmış öyrəncisi olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir[1]. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur. O da metafizika problemləri ilə məşğul olmuş, Demokritin atomlar nəzəriyyəsini tənqid etmişdi.

Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı[2]. Onun fikrincə dünyanın yaradılışını tanrılarla bağlamaq lazım deyildir. Hər şeyi təbiət özü yaratmışdır. Stratona görə təbiət daxili zərurətlə fəaliyyət göstərən, hissiyyatlara və düşüncələrə malik olmayan özü özünü yaradan bir varlıqdır. O canlı olmasa da kosmosu yaratmışdır. Hər bir şeyin dəyişikliyinin səbəbi də təbiətdir.

Straton həm də Aristotelin “dünya ruhunun” olması fikri ilə razılaşmırdı. Onun təlimində ruh bədənlə birlikdə ölür.

Ancaq başqa tərəfdən Straton dünyanın atomlardan ibarət olduğunu inkar edərək bu fikrin Demokritin xəyalından doğulduğunu iddia etmişdir. Bəzən o, Demokritin fikirlərinə yaxınlaşsa da, ancaq Aristoteldən fərqli olaraq boşluqların var olmasını inkar etmirdi. Onun 150 fikrincə istinin və işığın yayılması kimi olaylar boşluqların varlığını sübut edir. Belədirsə, onda bütün şeylər hissəciklərdən ibarətdir və o hissəcikləri boşluqlar əhatə edir[3]. Ancaq o, bu hissəcikləri atomlar adlandırmırdı.

Həmçinin, Stratona görə dünyanın əsasını iki bir birinə zidd qüvvə təşkil edir. Bunlar “isti” və “söyuq”dur. Dünyada baş verən olaylar isti və soyuğun mübarizəsinin nəticəsidir. Stratona görə “ağırlıq” xüsusi əhəmiyyətə malikdir. O hər bir hərəkətin mənşəyidir. Ağırlıq kosmosu düzənləyir; yerin, suyun havanın və odun yuxarıdan aşağı ardıcıl yerləşməsi prosesini yaradır və təmin edir. Straton cisimlərin sərbəst düşmə təcilinin açılmasına yaxınlaşmışdır. Aristotel hesab edirdi ki, düşən cisim eyni surətlə hərəkət edir. Ancaq ondan fərqli olaraq, Straton düşən (yıxılan) cisimlərin surətinin keçdikləri məsafədən asılı olaraq çoxalmasını təcrübələrlə sübut etmişdir[4]. Ancaq bunu qanun şəklində ifadə edə bilməmişdir. Bunu iki min ildən sonra Qaliley edə bilmişdir. Straton Aristotelin zaman anlayışına verdiyi təriflə də razı olmamışdır. Aristotel hesab edirdi ki, zaman keçmişə və gələcəyə doğru hərəkət edən rəqəmdir. Stratona görə isə zaman hərəkət və sükunətin ölçüsüdür. O hesab edirdi ki, rəqəm sonludur, zaman isə sonsuz olduğuna görə rəqəmlərə sığa bilməz[5].

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 149-150. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 149-150. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • David Furley, "Strato’s Theory of Void, " in his Cosmic Problems: Essays on Greek and Roman Philosophy of Nature, 149—160 (Cambridge, U.K.: Cambridge University Press, 1989).
  • H. B. Gottschalk, "Strato of Lampsacus: Some Texts, " Proceedings of the Leeds Philosophical and Literary Society 9 (1965): 95-182.
  • Храмов Ю. А. Стратон из Лампсака по прозвищу «Физик» // Физики: Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и дополн. — М.: Наука, 1983. — 400 с. — 200 000 экз. (в пер.)
  1. Diogenes Laertius.  Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. : Georg Bell & Sons, 1915, p. 203.
  2. Marcus Tullius Cicero. On the Nature of the Gods Arxivləşdirilib 2021-06-12 at the Wayback Machine / Translated by F. Brooks. London: Methuen, 1896, pp. 20-21.
  3. Лукулл // Марк Туллий Цицерон. Учение академиков Arxivləşdirilib 2017-06-29 at the Wayback Machine / Перевод Н. А. Федорова. М.: Индрик, 2004, s. 185.
  4. Две книги против физиков // Секст Эмпирик. Сочинения в двух томах Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод А. Ф. Лосева. Том 1. М.: Мысль, 1976, s. 344.
  5. Две книги против физиков // Секст Эмпирик. Сочинения в двух томах Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine / Перевод А. Ф. Лосева. Том 1. М.: Мысль, 1976, s. 348.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Straton (Lampsakuslu)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?