For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ferekid.

Ferekid

Vikipediya, azad ensiklopediya

Ferekid
Doğum tarixi təq. e.ə. 580
Doğum yeri
Vəfat tarixi təq. e.ə. 499
Tanınmış yetirməsi Pifaqor[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Siroslu Ferekid ya da Ferekides (yun. Φερεκύδης, təxminən m. ö. 584 – 499) — qədim yunan düşünürü idi. Bəzi yazarlar onu Yeddi yunan müdriklərindən biri hesab edirdilər. O, finikiyalılardan elm öyrənmiş[2], sonra yunanların "yeddi müdriklərindən" biri olan Pittakın öyrəncisi olmuşdur[3]. O, orfizmə çox yaxın idi. Ferekid "Beş kitab" (yun. Πεντέμυχος) adlanan əsərində öz teoqoniya və kosmologiyasını vermişdir. Onun əsərlərindən bəzi fraqmentləri günümüzə gəlib çatmışdır. Ferekid həm də Pifaqorun müəllimi olmuşdur.

"Beş kitab"da tanrıların və dünyanın yaranması təsəvvürləri Hesiodun "Teoqoniya"sından fərqlənir. Ferekid antik dünya təsəvvürlərini sadələşdirmək fikrinə düşmüşdür. Bunun üçün o, bir çox tanrıları bir-biri ilə eyniləşdirərək və adlarına yeni məzmun gətirərək onların sayını azaltmışdır. Bu da mifə əsaslanan yunan dünyagörüşünün böhrana uğramasının göstəricisi idi.

Hesioda görə hər şeyin başlanğıcında sularla eyniləşdirilən Qarışıqlıq (Xaos) durur. Feredid isə dünyanın başlanğıcını maddə ilə deyil, tanrılarla bağlayırdı. Belə ki, Zas (Zevs) – Xtonia (Qaia) – Kronos (zaman) üçlüyü əbədi olmuş, yaradılmamışdırlar[4]. Burada Zevs həm də məhəbbət təcəssümü olan Erosla eyniləşdirilir[5]. Onlar birlikdə vəhdət təşkil edən ilk tanrılardır. Bu üçlük hava, su və odu yaratmışdırlar. Sonra bu ünsürlərdən tanrılar, yarıtanrılar, demonlar və başqa mifoloji varlıqlar yaranmışdır. Qeyd edilən tanrılar, yarıtanrılar və demonlar ikinci dərəcəlidirlər. Bir zaman qara qüvvələr Zevsa qarşı üsyan etmiş, ancaq yenilərək tartarusa atılmışdırlar[6]. Zevs isə Olimpdə baş tanrı olaraq möhkəmlənmişdir.

Ferekid həm də ruhun ölməzliyini, onun bir bədəndən başqasına köçməsini iddia edirdi[7].

  • Aydın ƏlizadəAntik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 18-19.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
  • Kirk G., Raven J., Schofield M. The Presocratic Philosophers. Cambridge University Press, 2003.
  • Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886.
  • Фрагменты ранних греческих философов / Составитель А. В. Лебедев. Ч. 1: От эпических теокосмогоний до возникновения атомистики. М.: Наука, 1989.
  1. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. Ферекид из Сироса Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine // Фрагменты ранних греческих философов / Составитель А. В. Лебедев. Ч. 1: От эпических теокосмогоний до возникновения атомистики. М.: Наука, 1989, с. 84-85
  3. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915, с. 53-54.
  4. Kirk G., Raven J., Schofield M. The Presocratic Philosophers. Cambridge University Press, 1957, pp. 56-60.
  5. Kirk G., Raven J., Schofield M. The Presocratic Philosophers. Cambridge University Press, 1957, p. 62.
  6. Kirk G., Raven J., Schofield M. The Presocratic Philosophers. Cambridge University Press, 1957, pp. 66-67.
  7. Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886, p. 26.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ferekid
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?