Spitakşen (Xocavənd)
Vikipediya, azad ensiklopediya
Spitakşen | |
---|---|
39°32′20″ şm. e. 46°42′42″ ş. u. | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Spitaqşen[1] — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[2] Çaylaqqala kənd inzibati ərazi dairəsinin[1][3][4] tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[5][6]. İndiki Ağkənd kəndi ermənilər tərəfindən adı dəyişərək belə adlandırılıb.
Tarix
[redaktə | mənbəni redaktə et]Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə kəndin adı Spitaqşen kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir[1]. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi[4]) kənd Sovetinin tərkibində göstərilir[3].
2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər[7]. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi[2]. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı[4]. Nəticədə, hal hazırda Çaylaqqala kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun tərkibində yerləşir, amma Spitaqşen kəndi Çaylaqqala kənd inzibati ərazi dairəsinin yaşayış məntəqələri siyahısında qeyd olunmur[5][6].
Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və 2020-ci ilə qədər tanınmamış qondarma "Dağlıq Qarabağ respublikasının" separatçı rejiminin nəzarəti altında yerləşirdi. İkinci Qarabağ müharibəsi nəticəsində keçmiş kəndin ərazisi 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[8][9].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Административное деление АССР. Баку: Издание АзУНХУ. Ответственный редактор ЛЕВИК Л. А. Техредактор АЛЬТШУЛЕР С. Е. Корректора: КУЛИЕВ А. и ЛУКОМНИК Г. 1933. 59 в электронном документе.
- ↑ 1 2 "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 26 noyabr 1991-ci il. 2012-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
- ↑ 1 2 AZƏRBAYCAN SSR İNZİBATİ-ƏRAZİ BÖLGÜSÜ. Bakı: AZƏRNƏŞR. 1961. 176.
- ↑ 1 2 3 "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 29 dekabr 1992-ci il. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.
- ↑ 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 59–60.
- ↑ "Декларация о провозглашении Нагорно-Карабахской Республики". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-03.
- ↑ "Стрельба в Карабахе: Армения обратилась к российским миротворцам". Газета.Ru (rus). 2024-03-05. 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
- ↑ "Arxivlənmiş surət". news-r.ru. 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhərlər | ||
---|---|---|
Qəsəbələr | ||
Kəndlər | Ağbulaq (Edilli) • Ağbulaq (Gavahın) • Ağcakənd • Ağkənd • Ağdam • Axullu • Arakül • Arpadüzü • Arpagədik • Ataqut • Avdur • Azıx • Binə • Binədərəsi • Böyük Tağlar • Bulutan • Bünyadlı • Cəmiyyət • Cilən • Cütcü • Çağadüz • Çaylaqqala • Çinarlı • Çiraquz • Çörəkli • Dağdöşü • Daşbaşı • Dərəkənd • Dolanlar • Düdükçü • Edilli • Edişə • Əmiranlar • Gavahın • Güneyçartar • Güneyxırman • Günəşlı • Heşan • Hünərli • Xanoba • Xərxan • Xırmancıq • Xocavənd • Kəndxurd • Kiş • Köhnə Tağlar • Kuropatkino • Qağartsi • Qaradağlı • Qarakənd • Qarazəmi • Qarıtəpə • Qarqar • Qırmızıqaya • Qoçbəyli • Quşçular • Quzeyçartar • Quzeyxırman • Quzumkənd • Məlikcanlı • Məmməddərə • Mirikənd • Muğanlı • Mülküdərə • Müşkapat • Salakətin • Sor • Sos • Susanlıq • Şahyeri • Şexer • Şıx Dursun • Tağaser • Tağaverd • Tuğ • Yemişcan • Yenikənd • Zavadıx • Zərdanaşen • Zoğalbulaq | |
Ləğv olunmuş kəndlər |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.