Sos (Xocavənd)
Vikipediya, azad ensiklopediya
Sos | |
---|---|
39°42′46″ şm. e. 47°00′33″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 675 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sos — Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sos kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdı.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Xocavənd rayonunun Tuğ kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kənd ərazisinin dumanlı, çiskinli olmasına görə belə adlandırılmışdır. Sos türk dillərində "nəm, rütubətli yer" mənasındadır. Ədəbiyyatlarda oykonimin Suz, Sus şəklində yazılış formalarına da rast gəlinir.[3]
Mənbələrdə Sos Qarabağın Keçəz nahiyəsində kənd kimi qeyd olunub. 1928-ci ildə İrandan gəlmə ermənilər burada yerləşdirilmişdir. İrəvan əyalətinin Göyçə mahalında Sos, Laçın rayonunda Sus və Sus-Zabuq, Qax rayonunda Suskənd, Şahbuz rayonunda Sələ-Sus, Ordubad rayonunda Nüsnüs kəndində Susdərə, Kəlbəcər rayonunda Susuzluq və başqa adlar ilə mənaca eynidir. Bu adlar iki cür izah oluna bilər:
- Türk dillərində sos "Sucaq yer" sözündəndir.
- Monqolca suus "maldar elin düşərgəsi" sözündəndir. Həqiqətdə də Sos kəndi Hadrut qəsəbəsindən yaranma məntəqələrdəndir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Sos kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
240 | Alban məbədi[4] | IV əsr | Sos kəndi | Memarlıq | Ölkə |
- Amaras monastırı bu kəndin yaxınlığında və inzibati ərazi dairəsində yerləşir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
[redaktə | mənbəni redaktə et]Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
[redaktə | mənbəni redaktə et]Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://census.stat-nkr.am/nkr/1-5.pdf.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
- ↑ Sos (Xocavənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Şəhərlər | ||
---|---|---|
Qəsəbələr | ||
Kəndlər | Ağbulaq (Edilli) • Ağbulaq (Gavahın) • Ağcakənd • Ağkənd • Ağdam • Axullu • Arakül • Arpadüzü • Arpagədik • Ataqut • Avdur • Azıx • Binə • Binədərəsi • Böyük Tağlar • Bulutan • Bünyadlı • Cəmiyyət • Cilən • Cütcü • Çağadüz • Çaylaqqala • Çinarlı • Çiraquz • Çörəkli • Dağdöşü • Daşbaşı • Dərəkənd • Dolanlar • Düdükçü • Edilli • Edişə • Əmiranlar • Gavahın • Güneyçartar • Güneyxırman • Günəşlı • Heşan • Hünərli • Xanoba • Xərxan • Xırmancıq • Xocavənd • Kəndxurd • Kiş • Köhnə Tağlar • Kuropatkino • Qağartsi • Qaradağlı • Qarakənd • Qarazəmi • Qarıtəpə • Qarqar • Qırmızıqaya • Qoçbəyli • Quşçular • Quzeyçartar • Quzeyxırman • Quzumkənd • Məlikcanlı • Məmməddərə • Mirikənd • Muğanlı • Mülküdərə • Müşkapat • Salakətin • Sor • Sos • Susanlıq • Şahyeri • Şexer • Şıx Dursun • Tağaser • Tağaverd • Tuğ • Yemişcan • Yenikənd • Zavadıx • Zərdanaşen • Zoğalbulaq | |
Ləğv olunmuş kəndlər |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.