For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qanqdis.

Qanqdis

Vikipediya, azad ensiklopediya

Qanqdis
Ümumi məlumatlar
Mütləq hündürlüyü 7162 m
Uzunluğu 1600 km
Eni 300 km
Süxurları metamorfik
Yerləşməsi
29°49′57″ şm. e. 84°36′35″ ş. u.
Ölkə  ÇXR
Qanqdis xəritədə
Qanqdis
Qanqdis

Qanqdis[1][2], Qandisışan[2][3][4][5] Transhimalay[2][4] (çin. 冈底斯山) — Çində Tibet yaylası ilə Himalay dağlarına paralel uzanan, BrahmaputraSatlec çayları arasında yerləşən dağ sistemi.

Ümumi xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Dağ sisteminin uzunluğu 1600 km, eni isə ən geniş hissədə 300 km təşkil edir. Qanqdisin şərqində ən hündür nöqtə Nençentanqla (7162 m), mərkəzi hissədə Lyunbo-Kanqri (7095 m), qərb hissədə Alinq-Qanqri (6720 m) dağlarıdır. Hündürlüklərinin böyük qismi 5000-5500 metr arasında dəyişir. Aşırımlarının çoxu (Dinla, Koqbopa, Qorinq) 5000 metr və daha yüksəkdə yerləşir. Əsasən mezazoy erasında formalaşmışdır. Suxurlarının tərkibi qranit, kvarsit, əhəng daşından ibarətdir. Bundan başqa parlaq-qırmızı lava suxurlarına da rast gəlinir.

Dağ sistemi öz növbəsində bir sıra silsilələrə bölünür. Üzunluqlarına və eninə görə Alinq-Qanqri (şimal-qərbində), Kaylas (cənubunda) və Nençentanqlxa (şərqondə) seçilir. Əsas silsilələr arasında ikinci dərəcəli Lapçunq və Kançunq-Qanqri və d. yerləşir.

Daxili rayonlarda çoxlu sayda dərələr vardır. Bu tip dərələrdə çay yatağı yerləşir. Onlar daxili hövzə yaradırlar. Bu səbəbdən çoxlu sayda göl meydana gəlmişdir. Bunlar arasında Nam-So gölünü göstərmək olar.

Şimal silsilələri özünün dairəvi formaya malik zirvələri ilə seçilir. Bu hissədə dağlar arasında elə də dərin olmayan dərələr vardır.

Cənub silsilələri Hind okeanı ilə Tibet arasında su ayırıcı rolunu oynayır. Silsilələr adıcıl şəkildə uzanaraq böyük bir məsafədə yerləşir. Bu hissədə yerləşən zirvələr ucu şiş piklərə sahibdirlər. Onlardan şimala və cənuba iri buzlaqlar uzanır. Bu silsilələr dərin dərələrə və sıldırımlı enişlərə malikdir. Çaylar əsasən Brapmaputra çayına tökülür.

Kanqrinboçe dağı

İqlimi olduqca sərtdir. Şimal hissəsində iqlimi Tibet dağlığında olduğu kimidir. Cənub hissəsi isə mussonların təsirinə məruz qalır. Təbii ki, bu hissədə yağıntının miqdarı da çoxdur.

Nençentanqlxa və Kaylasın cənubundan dağ lanşaftını ətraflı şəkildə müşahidə etmək olur. Şimal hissəsində yerləşən silsilələrdə gil-çınqıldan ibarət olan səhralar mövcuddur. Bu səhralarda böyük sahəni tutan şoranlıqlara rast gəlmək mümkündür. Mərkəzi hissələrdə dağ çölləri geniş sahəni tutur. Yüksək dağlıq ərazilərdə dağ buzlaqları və dağ səhraları yayılmışdır.

Bitki və heyvanlar aləmi

[redaktə | mənbəni redaktə et]

Bitki örtüyü dağlarda sıxlıq təşkil etmir. Daxili hissələrdə alçaqboylu otlarla örtülü çöllər vardır. Yüksək dağlıq ərazilərdə Festúca valesiáca, qırtıc bikiləri çəmənlikləri örtmüşdür. Yastığabənzər çox illik bitkilər meşə əmələ gətirir. Dağ göllərinin ətrafında nadir bitkilər bitir. Dağlarda çütdırnaqlılardan: yak, dağ qoyunu və s. yayılmışdır. Yırtıclılar arasında isə canavar, tibet tülküsü və s. seçilir.

Kənd təsərrüfatında əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Torpaqları əsasən otlaq məqsədi ilə istifadə edilir. Əkin işləri isə ancaq digər ərazilərlə sərhəd hissəsində aparılır.

  1. Словарь географических названий Китая. М.: Наука, 1984.
  2. 1 2 3 Поспелов Е. М. Географические названия мира. Топонимический словарь. / отв. ред. Р. А. Агеева. — М.: Русские словари, 1998. — С. 112. — 503 с. — 3000 экз. — ISBN 5-89216-029-7
  3. Западный Китай // Атлас мира / сост. и подгот. к изд. ПКО «Картография» в 1999 г. ; отв. ред.: Т. Г. Новикова, Т. М. Воробьёва. — 3-е изд., стер., отпеч. в 2002 г. с диапоз. 1999 г. — М. : Роскартография, 2002. — С. 132—133. — ISBN 5-85120-055-3.
  4. 1 2 Географический энциклопедический словарь: географические названия / Под ред. А. Ф. Трёшникова. — 2-е изд., доп.. — М.: Советская энциклопедия, 1989. — С. 122. — 210 000 экз. — ISBN 5-85270-057-6.
  5. "Топокарты Генштаба (издание 1979 г." 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-06.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qanqdis
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?