For faster navigation, this Iframe is preloading the Wikiwand page for Qılquyruqlar.

Qılquyruqlar

Vikipediya, azad ensiklopediya

Qılquyruqlar
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qılquyruqlar
Beynəlxalq elmi adı
  • Apterygota

İlkinqanadsızlar və ya qılquyruqlar dəstəsi (lat. Apterigota və ya Thysanura)-Buğumayaqlılar tipinin Həşəratlar sinfinin Açıqçənəlilər yarımsinfinə aid olan dəstə

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Bədəni iyşəkilli olub, pulcuqlarla örtülmüşdür. Uzunluğu 2 sm-ə qədərdir. Bığcıqları uzun, sapşəkillidir. Gözləri fasetdir. Döş seqmentlərində 2-3 buğumlu pəncəsi və cüt caynaqları olan yaxşı inkişaf etmiş ayaqları var. Pulcuqlular fəsiləsinin ayrı-ayrı növləri yaxşı və cəld qaçırlar. Qarıncığı uzun, qrifelli olub, 11 seqmentdən ibarətdir. Bunların 10-u görünür. Aşağıdan qarıncıq seqmentlərində qarıncıq ayaqlarının qısa törəmələri vardır. Dişilərdə qarıncıq seqmentlərinin 8-9-cu sternitlərinin əmələ gətirdiyi və 2 cüt buğumlu törəmədən ibarət olan yaxşı inkişaf etmiş yumurtaqoyan vardır. Qarıncığın qurtaracağında 3 sap vardır. Yan saplar – serk, ortadakı isə tək quyruq törəməsidir. Çevrilməsi natamam, protometaboliya tiplidir.

Qılquyruqlar başlıca olaraq tropik və subtropik ölkələrdə geniş yayılmışlar. MDB ərazisində isti və qızmar iqlimli rayonlarda rast gəlinir. Daşların, yovşan kollarının, şoranotunun, gəvənlərin altında, meşə döşənəyində, ağac qabıqlarının çatlarında və altında, seyrək hallarda torpaqda yaşayırlar. Qarışqa və termitlərlə birgə yaşayan, eləcə də sinantrop olan bir sıra növlərə qarışqa, termit yuvalarında və yaşayış məskənlərində rast gəlmək olur. Bitki qalıqları, heyvan cəmdəkləri, göbələk sporları, birhüceyrəli su bitkiləri ilə qidalanır. Evlərdə nişastalı və şirin qida yeyirlər. Bu cücülərin ayrı-ayrı növləri 3 ilə qədər yaşayır və bu dövr ərzində yumurtadan çıxdıqdan sonra, hətta imaqo mərhələsində də bir neçə dəfə qabıq qoyurlar.

Məlum olan 400-dən artıq qılquyruq növündən MDB-də 9-u, Azərbaycanda 4-ü yaşayır. Bütövlükdə bu cücü qrupunun növ tərkibi kifayət qədər öyrənilməmişdir. Azərbaycanda tapılan Machilis hellari Ver.h. çöl zonasında daşların, yovşanın, gəvənin altında, otluqda və başqa stasiyalarda yaşayır. Evlərdə və anbarlarda kosmopolit növ olan şəkər pulcuqlusu Lepisma sacccharina L. tez-tez rast gəlinir. Yaşayış yerlərində, kitabxanalarda, mağazalarda çox vaxt müxtəlif qida ehtiyatlarına – una, şəkərə, quru meyvələrə, eləcə də köhnə əlyazmalara, kitablara və şəkillərə ziyan vurur. Ev trombiyası – Therobia domestica Pack. isti otaqlarda yaşayır. Toz yığınları arasında tez-tez rast gəlir, nişasta və yapışqanı həvəslə yeyir. Azərbaycanın quraq zonalarında daşların altında, torpaqda və döşənəkdə Clenolapisma lineatum F. rast gəlinir. Qarışqa yuvalarında qeydə alınmış Lepisma wasmanni Mon. hər cür zir-zibili yeməklə kifayətlənməyib, həm də qarışqaların yeminə şərik olurlar.

  • Machilis hellari Ver.h.
  • Lepisma sacccharina L.
  • Therobia domestica Pack.
  • Clenolapisma lineatum F.
  • Lepisma wasmanni Mon.
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Qılquyruqlar
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?