For faster navigation, this Iframe is preloading the Wikiwand page for Buğumayaqlılar.

Buğumayaqlılar

Vikipediya, azad ensiklopediya

Buğumayaqlılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tip:
Buğumayaqlılar
Beynəlxalq elmi adı

Buğumayaqlılar (lat. Arthropoda) — heyvanlar aləminə aid heyvan tipi.

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Buğumayaqlılar tipinin nümayəndələri istər növlərinin çoxluğuna, istərsə də müxtəlifliyinə görə daha çox diqqəti cəlb edir. Yaşayış mümkün olan elə bir yer yoxdur ki, orada buğumayaqlılara rast gəlinməsin. Tipin 1500000-dən artıq növü məlumdur. Onlar dənizokeanlarda, şirin su hövzələrində, quru mühitin müxtəlif sahələrində geniş yayılıblar. Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Parazitliklə əlaqədar olaraq, bəzi növlər öz formalarını elə dəyişmişdir ki, onları buğumayaqlılara oxşatmaq elə də asan olmur.

I yarımtip Qəlsəmətənəffüslülər-Brabnchiata

[redaktə | mənbəni redaktə et]
I sinif. Xərçənkimilər-Crustacea
[redaktə | mənbəni redaktə et]

1 yarımsinif. Qəlsəməayaqlılar-Branchiopoda

2 yarımsinif. Çənəayaqlılar-Maxillopoda

3 yarımsinif. Ali xərçəngkimilər-Malacostraca

  • 1 dəstə. Nazikzirehlilər-Leptostraca
  • 2 dəstə. Mizidlər-Mysidacea
  • 3 dəstə. Bərabərayaqlılar-Isopoda
  • 4 dəstə. Yanüzənlər-Amphipoda
  • 5 dəstə. Onayaqlı xərçənglər-Decapoda

4 yarımsinif. Çanaqlı xərçənglər-Ostracoda

II yarımtip. Xeliserlilər-Chelicerata

[redaktə | mənbəni redaktə et]
I sinif. Merostomlular-Merostomata
[redaktə | mənbəni redaktə et]
  • 1 dəstə. Nizəquyruqlular-Xiphosura
  • 2 dəstə. Xərçəngəqrəblər-Eurypteridae
II sinif. Hörümçəkkimilər-Arachnoidea
[redaktə | mənbəni redaktə et]

III yarımtip. Trilobitlər-Trilobita

[redaktə | mənbəni redaktə et]
IV yarımtip. Traxeyatənəffüslülər-Tracheata
[redaktə | mənbəni redaktə et]

I sinif. Çoxayaqlılar-Myriapoda

[redaktə | mənbəni redaktə et]

II sinif. Həşərat-İnsecta

[redaktə | mənbəni redaktə et]

I yarımsinif. İlk qanadsızlar-Apterygota

II yarım sinif. Qanadlılar-Pterygota

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Buğumayaqlıların bədəninin üzəri xitinləşmiş kutikula ilə örtülüdür. Kutikula dəri epitelisi və ya hipodermadan əmələ gəlir. Tipin ayrı-ayrı nümayəndələrində kutikula qalın və ya nazik örtük şəklində olur. Kutikula qatının tərkibində xitindən başqa, digər üzvi və qeyri-üzvi maddələr də vardır. Ali xərçənglərin və bir çox hörümçəkkimilərin kutikulasında müəyyən miqdarda kalsium-karbonat vardır. Xitinli kutikula elastikdir. Buğumayaqlılarda böyümə qabıqdəyişməklə tamamlanır. Bu zaman bədən örtüyü soyulur, hipoderma daha yumşaq və zərif kutikula əmələ gətirir. Sonra köhnə örtük atılır və yeni kutikula qatı bərkiyəndən sonra heyvanın böyüməsi növbəti qabıqdəyişməyə kimi dayanır. Buğumayaqlılar, adətən inkişaf zamanı daha çox qabıq dəyişirlər, yetkin heyvanlar isə çox nadir hallarda qabıq dəyişir, ya da tamamilə dəyişmirlər. Buğumayaqlıların bədəni buğumludur. Buğumlar heteronomdur. Daha sadə quruluşlu formalarda homonom buğumluluq da müşahidə olunur. Bədəndə olan bir qrup buğumlar birləşərək ayrı-ayrı hissələri əmələ gətirmişdir. Buğumayaqlılarda bir-birindən fərqlənən üç hissə nəzərə çarpır: baş, döş və qarıncıq Başda buğumların sayı sabitdir. Döş və qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlarda, milçəklərdə və başqa cücülərdə isə nazikdir.

Dəri-əzələ kisəsi

[redaktə | mənbəni redaktə et]

Buğumayaqlılarda dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bununla əlaqədar olaraq, onlarda eninəzolaqlı əzələlər yaxşı inkişaf etmişdir. Bu əzələlər mürəkkəb quruluşlu olub, hərəkət zamanı daha tez yığılmaq qabiliyyətinə malikdirlər. Buğumayaqlılar bədən boşluğuna malikdirlər. Bədən boşluğu qarışıq bədən boşluğu (miksosel) adlanır.

Həzm sistemi üç hissədən-ön, orta və arxa bağırsaqdan ibarətdir. Buğumayaqlılar olduqca müxtəlif qida ilə qidalanmağa uyğunlaşmışlar. Bununla əlaqədar olaraq, onlarda həzm sistemində müəyyən dərəcədə dəyişikliklər baş vermişdir. Bağırsaqda həzmə xidmət edən vəzilər də vardır.

Tənəffüs və ifrazat sistemi

[redaktə | mənbəni redaktə et]

Tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan nümayəndələri isə ağciyər va traxeyalar vasitəsilə tənəffüs edir. İfrazat funksiyasını Malpigi boruları və bəzi vəzilər (koksal, yaşıl vəzilər) yerinə yetirir.

Qan damar sistemi

[redaktə | mənbəni redaktə et]

Qan-damar sistemi açıqdır. Qan boşluq mayesi ilə qarışdığına görə, buğumayaqlıların qarışıq bədən boşluğunda hemolimfa dövr edir. Bel qan damarının nəbzli hissəsi ürək adlanır. Ürək boruşəkillidir və yanlarda yerləşən ostiy adlanan dəliklərə malikdir. Qan ürəyə bu dəliklərdən daxil olur. Ürəkdən çıxan qan, damarlarla axaraq bədən boşluğuna tökülür.

Sinir sistemi baş beyin adlanan cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Buğumayaqlıların bir qrupunda baş-beyin nahiyə daha yüksək quruluşlu olmaqla, bir çox mürəkkəb davranışların yerinə yetirilməsində mühüm rol oynayır. Buğumayaqlıların hiss orqanları da yüksək quruluşludur. Müxtəlif formalarında mürəkkəb fasetli göz, toxunma və kimyəvi hiss orqanları, eşitmə orqanları və s. inkişaf etmişdir.

Müxtəlif cinsli heyvanlardır, əksəriyyəti cinsi yolla çoxalır[3]. İnkişafları ya mürəkkəb çevrilmə ilə (metamorfozla), ya da düzünədir.

Buğumayaqlılar tipi 6 yarımtipə ayrılır:

  1. Integrated Taxonomic Information System (ing.). 2013.
  2. Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
  3. Ağayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 308–309

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Buğumayaqlılar
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?