For faster navigation, this Iframe is preloading the Wikiwand page for Pir Həsən türbəsi.

Pir Həsən türbəsi

Vikipediya, azad ensiklopediya

Pir Həsən türbəsi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Mərdəkan
Tikilmə tarixi XVII əsr
İstinad nöm.96
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Pir Həsən türbəsiMərdəkan ərazisində yerləşən XVII əsrə[1] aid tarixi-dini memarlıq abidəsidir.

Türbənin daş işləməli çərçivəyə malik giriş qapısı üzərində kitabə yerləşdirilmişdir. İncə çərçivəyə malik həmin kitabənin verdiyi məlumata görə türbə, I Şah Abbasın hakimiyyəti dövründə hicri təqvimlə 1021-ci ildə (miladi təqvimlə 1612/1613) inşa edilmişdir.[1]

Əsas inşaat kitabəsindən aralı – sol tərəfdə yerləşdirilmiş ikinci kitabədə isə binanın ustad Nadir Əli tərəfindən tikildiyi göstərilmişdir.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əsas türbə binası planda kvadrat formaya malikdir. Əsas türbə binasından 2.2 metr qabağa çıxan giriş hissəsi oxvari tağtavanla örtülmüşdür. Türbənin daxilində dörd küncdə yerləşən qoşa çıxıntılar yelkənə keçir. Türbə binasının üzərini örtən günbəz həmin yelkənlər tərəfindən dəstəklənir. Tikili həm daxildən, həm də xaricdən yaxşı yonulmuş qumdaşı ilə üzlənmişdir.[1]

Ətrafdakı məzar və türbələr

[redaktə | mənbəni redaktə et]

Türbənin ətrafında ayrı-ayrılıqda üzərində günbəz olan bir neçə türbə var. Türbədən bir qədər aralıda Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın və repressiya qurbanı Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var.[2] Axundun qəbri üstündəki türbəni onun xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Bakı milyonçusu Murtuza Muxtarov tikdirib.[2] 1924-cü ildə vəfat etmiş xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev öz vəsiyyətinə əsasən Axundun qəbrinin ayaq tərəfində dəfn olunub.[2]

Pir Həsən türbəsi yaxınlığında yerləşən və xalq arasında ziyarətgaha çevrilmiş digər kiçik türbədə isə İslamın yeddinci İmamı Musa əl-Kaziminin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbədir.[3] O da digər bacıları, Həzrəti Həkimə, Həzrəti Rəhimə və Həzrəti Leyla kimi qardaşları- səkkizinci imam Rza Əleyhisəlam Məşhəd şəhərində qətlə yetirildikdən sonra təzyiqlərdən canını qurtarmaq üçün Azərbaycana üz tutub.[3]

  1. 1 2 3 4 Саламзаде, 1964. səh. 52
  2. 1 2 3 "Pir Həsən ziyarətgahı" (16). Mədəniyyət qəzeti. 27 yanvar 2010. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2019.
  3. 1 2 "Pir Həsən ziyarətgahı". http://medeniyyet.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 25-12-2008. 9 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2019. (#first_missing_last)
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Pir Həsən türbəsi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?