For faster navigation, this Iframe is preloading the Wikiwand page for Gürcülü türbəsi.

Gürcülü türbəsi

Vikipediya, azad ensiklopediya

Gürcülü türbəsi
Xəritə
39°25′20″ şm. e. 46°27′43″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Qubadlı
Yerləşir Gürcülü
Tikilmə tarixi XVIII əsr
Üslubu Arran memarlıq məktəbi
İstinad nöm.307
KateqoriyaTürbə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Gürcülü türbəsiQubadlı rayonunun Gürcülü kəndi ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur.

Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir.

Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur.[1] Buna görə də, abidəni öyrənən tədqiqatçılar onun tarixini müəyyənləşdirərkən əsasən memarlıq xüsusiyyətlərinə istinad etmişlər.[1] Ə. Salamzadənin fikrincə türbənin tarixinə işarə edən əsas elementlərdən biri, giriş hissəsinin kiçik relyef portalı şəklində həll edilməsidir.[1] Bu cür yanaşma, əsasən XVII əsr Azərbaycan türbələri üçün xarakterikdir. Portalı tamamlayan tağın forması da məhz həmin dövr üçün xarakterikdir. Öz təyinatı baxımından bu cür tağlar daha əvvəlki dövrlərdən məlum olsa da, məhz dekorativ element kimi yalnız XVII əsrdən sonra tətbiq edilmişlər.[1]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ə. Salamzadə yazır ki, bir sıra xüsusiyyətlərinə görə Gürcülü türbəsi Azərbaycanın səkkizguşəli türbələri arasında unikal mövqeyə malikdir.[2] Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Bu yolla o, səkkizguşəli plandan on altı guşəli çadır formalı dam örtüyünə keçidi üzük vasitəsiylə reallaşdırmağa müvəffəq olmuşdur.[2]

Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. Memarın fikrinə əsasən, çadırın hər ox sərhəddi karnizin trompformalı naxışlarına uyğunlaşdırılmışdır. Belə həll forması türbənin hər iki hissəsini orqanik şəkildə birləşdirməyə imkan vermişdir. Bununla yanaşı, tətbiq edilmiş bu üsul, abidənin simasındakı plastiklik və yumşaqlığı formalaşdırmışdır.[1] Memar, Səkkizguşəli çadırla tamamlanan səkkizguşəli türbələrə məxsus sərt həndəsi formalığı yuşaltmağa nail olmuşdur.[1]

Həmçinin, türbə memarı, özündən əvvəlki sənətkarlar tərəfindən yaradılmış memarlıq ənənələrini də saxlayaraq giriş hissəsini aşağı hündürlüklü qapı formasında həll etmişdir.[1]

  1. 1 2 3 4 5 6 7 Саламзаде, 1964. səh. 53
  2. 1 2 Саламзаде, 1964. səh. 52
  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Gürcülü türbəsi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?