For faster navigation, this Iframe is preloading the Wikiwand page for Pavel Florenski.

Pavel Florenski

Vikipediya, azad ensiklopediya

Pavel Aleksandrviç Florenski
Doğum tarixi 9 (21) yanvar 1882
Doğum yeri
Vəfat tarixi 8 dekabr 1937(1937-12-08)[1][2][…] (55 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Levaşovo memorial qəbiristanlığı[d]
Elm sahəsi fəlsəfə
İş yeri
Təhsili
  • Moskva İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsi[d] (–1904)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Florenski (tam adı: Pavel Aleksandrviç Florenski; d.  9 (21) yanvar 1882, Yevlax, Cavanşir qəzası8 dekabr 1937[1][2][…], Leninqrad vilayəti) — XX əsrin görkəmli alimi, rus ilahiyyatçısı, filosofu və riyaziyyatçısı.[3]

Pavel Aleksandrviç Florenski 1882-ci ilin yanvarın 21-də (Yuli təqvimi ilə 9-da) Yevlax yaşayış məntəqəsində anadan olmuşdur. O, 1879–1883-cü illərdə Bakı-Tiflis dəmir yolunu çəkən baş mühəndis Aleksandr İvanoviç Florenskinin oğludur. P. Florenskinin uşaqlığı Yevlaxda keçmişdir. O, Tiflisdə klassik gimnaziyanı bitirdikdən sonra Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və bitirdikdən sonra dinə olan marağına görə Moskva Dini İlahiyyət Akademiyasında təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1920-ci ilə Anna Giyatsintova ilə ailə həyatı qurmuşdur.

P. Florenski 1911-ci ildə keşiş təyin edildi. Artıq, 1912-ci ildə 30 yaşlı Pavel Florenski Pravoslav kilsəsinin din xadimi kimi bütün Rusiyada tanınırdı. O, çar II Nikolayın etimadını qazanmışdı, onunla dostluq əlaqələri vardı. 1914-cü ildə "Ruhani həqiqət haqqında" adlı dissertasiya işini müdafiə edərək, 1919-cu ilə qədər Troitse-Sergiyeva Lavrada fəlsəfə müəllimi olaraq çalışdı. Bu illər ərzində fəlsəfə, teologiya, incəsənət nəzəriyyəsi, riyaziyyat və elektrodinamika üzrə bir sıra əsərlərini nəşr etdirmişdir.[4]1924-cü ildə "dielektriklər" haqqında böyük bir monoqrafiya çap etdirdi. Eyni zamanda "Troitse-Sergeiyeva Lavra"-nın tarix komissiyasında elmi katib vəzifəsində çalışdı. Bu illərdə Rus incəsənəti haqqında yazdığı məqalələri nəşr etdirdi. 1920-ci illərin ikinci yarısından etibarən o, araşdırmalarının istiqamətini əsasən fizika və elektrodinamika üzərinə yönəltmiş və "xəyali ədədlər" haqqında məqaləsini yayınlamışdır.[4]

1928–1937-ci illər: həbsi və güllələnməsi

[redaktə | mənbəni redaktə et]

Rusiyada oktyabr çevrilişindən sonra bütün din xadimləri kimi o da təqiblərə məruz qalmışdı. 1928-ci ildə Florenski Nijni Novqoroda sürgün edildi. Yekatrina Peşkovanın "şəfaət"indən sonra ona Moskvaya qayıtmağa icazə verildi. 1933-cü ilin fevral ayının 26-da o Florenski professor Pavel Gidiuliyanovla birlikdə sui-qəsd hazırlama şüphəsi ilə 5 ay müddətinə yenidən həbs edildi. 1933-cü ilin dekabr ayının 1-də cəza qanununun 58-ci maddəsi ilə 10 il müddətinə sürgün edildi. Yayımlanan dini məqalələri, keşiş geyimi sürgündəki rəhbərlərini narahat edirdi. Solovkiyə köçdükdən sonra (1934) Baykal Amur əsas xəttində düşərgədə xidmət göstərmiş, burada yod və yodun yerli yosunlardan çıxarılması ilə bağlı tədqiqat aparmışdır. 1937-ci ildə Sankt-Peterburqa göndərildi və burada 25 noyabr tarixli məhkəmə qərarı ilə ölümə məhkum edildi. Daha sonra 8 dekabr tarixində 500 məhkum ilə birlikdə Sankt-Peterburq yaxınlığında bir ərazidə güllələnmişdir. Dəfn yeri məlum deyil. Antoniyo Maksioniyə görə Sankt-Peterburqun şimal-şərqində 30 min insanla birgə dəfn edilmişdir.[5]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Pavel A. Florenski // Babelio (fr.). 2007.
  3. "о. Павел Флоренский". 2018-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
  4. 1 2 Chase, Michael. PAVEL FLORENSKY ON SPACE AND TIME (Tezis). 2015.
  5. Russian da Vinci' May Be Among Remains
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Pavel Florenski
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?