For faster navigation, this Iframe is preloading the Wikiwand page for Nizami rayonu (Gəncə).

Nizami rayonu (Gəncə)

Vikipediya, azad ensiklopediya

Rayon
Nizami rayonu

40°40′58″ şm. e. 46°21′38″ ş. u.


Ölkə
Daxildir Nizami
Tarixi və coğrafiyası
Yaradılıb 21 noyabr 1980
Ləğv edilib 2 aprel 2022
Rəsmi sayt
Nizami rayonu xəritədə

Nizami rayonu (əvvəlki adı: Gəncə rayonu) — Azərbaycan Respublikasının Gəncə şəhərində mövcud olmuş rayon. Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli qərarı ilə Kirovabad şəhərinin Gəncə rayonu yaradılmışdır.[1] 1989-cu ildə Gəncənin tarixi adı bərpa olunmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gəncə şəhərinin Gəncə rayonu Nizami rayonu adlandırılmışdır.[2] 2022-ci ilin fevral ayında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinə daxil olub. Dəyişiklik Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini ehtiva edir.[3] Qanun layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin fevralın 11-də keçirilən iclasında birinci oxunuşda müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.[4] Azərbaycan Respublikasının Milli Məclisinin 15 fevral 2022-ci il tarixində keçirilən plenar iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.[5] Daha sonraki oxunuşlarda da qəbul edilən, 4 mart 2022 tarixində tarixli qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2 aprel 2022 tarixində təsdiqlənmişdir.[1]

İnfrastrukturu

[redaktə | mənbəni redaktə et]

Rayon 22 orta məktəbə və 3 peşə məktəbinə malik idi. 20 uşaq baxçası var idi. Həmçinin, rayonda Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, 3 musiqi məktəbi, Uşaq İncəsənət Məktəbi, Uşaq Rəssamlıq Məktəbi, Heydər Əliyev Mərkəzi, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Mir Cəlal Paşayevin ev muzeyi, Nizaminin memorial ev muzeyi, İsrafil Məmmədovun ev muzeyi, Gəncə Dövlət İncəsənət Qalereyası, Nizami kinoteatrı, Mərkəzi kitabxana və onun 10 filialı, uşaq kitabxanası, Gəncə Olimpiya İdman Kompeksi var idi.[6][7][8]

2018-ci il siyahıyaalmasına əsasən rayonun əhalisinin sayı 152 min nəfər olub.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahəsində yerləşib.[1]

Rayonun ərazisi 3925 hektardan ibarət idi.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

Rayon 2 adminstrativ bölgəyə və 3 sahəyə (Yeni Gəncə, Məhrəşa bağı və Gülüstan) bölünmüşdü.[9]

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. 1 2 3 "Rayon haqqında". nizami.ganja-ih.gov.az. 2018-08-21 tarixində arxivləşdirilib.
  2. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
  3. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  4. "Arxivlənmiş surət". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  5. "Arxivlənmiş surət". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  6. "Education". Executive Power of Nizami district of Ganja. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  7. "Culture". Executive Power of Nizami district of Ganja. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  8. "Sport". Executive Power of Nizami district of Ganja. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.
  9. "Municipalities". Executive Power of Nizami district of Ganja. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-14.


{{bottomLinkPreText}} {{bottomLinkText}}
Nizami rayonu (Gəncə)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?