For faster navigation, this Iframe is preloading the Wikiwand page for Nizaməddin Həmidov.

Nizaməddin Həmidov

Vikipediya, azad ensiklopediya

Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)
Nizaməddin Həmidov
2016 – 2020
2005 – 2015
bayraq
Daxili İşlər Nazirliyinin Profilaktika Baş İdarəsi
1990 – 1995
Şəxsi məlumatlar
Doğum tarixi 15 aprel 1952(1952-04-15) (72 yaş)
Doğum yeri
Rütbəsi general

Təltifləri Şablon:1-ci dərəcəli dövlət və xüsusi xidmət orqanı müşaviri Şablon:"Vətənə xidmətə görə ordeni kavaleri "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı"Hərbi xidmətlərə görə" medalı"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı"Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı"Azərbaycan Bayrağı" ordeni
Şablon:"Hərbi xidmətdə fərqlənməyə görə" 1-cü dərəcəli medalı"Vətən uğrunda" medalı"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"İgidliyə görə" medalı"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" yubiley medalı"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 illiyi (2005–2010)" yubiley medalı"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı

Nizaməddin Baba oğlu Həmidov (15 aprel 1952, Qubadlı) — Azərbaycan dövlət xadimi, elmi işçisi, polisi,xüsusi xidmət orqanı müşaviri, general. O, əsas olaraq Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik NazirliyiDövlət Təhlükəsizliyi Xidmətində tutduğu ciddi rəhbər vəzifələrə görə tanınır.

İlk illəri və təhsili

[redaktə | mənbəni redaktə et]

Nizaməddin Baba oğlu Həmidov 15 aprel 1952-ci ildə Qubadlı rayonunun Mirlər kəndində anadan olmuşdur. O, 1958-ci ildə Qubadlı rayon Dondarlı kənd orta məktəbinə daxil olmuş, oradakı təhsili başa vurduqdan sonra, 1969-cu ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat uçotu fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. Həmidov 1974-cü ildə ali məktəbi iqtisadçı-mühasib ixtisası üzrə bitirmişdir. Nizaməddin Həmidov 1987–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil alaraq hüquqşünas ixtisasına yiyələnmişdir.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Təhsil almaqla yanaşı, Həmidov 1970–1974-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda laborant vəzifəsində çalışmışdır. O, 1974-cü ilin noyabrından 1975-ci ilin noyabr ayınadək Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Həmidov hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyat İnstitunda əmək fəaliyyətini davam etdirərək laborant və kiçik elmi işçi vəzifələrində işləmişdir.[1]

Dövlət orqanlarında fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1977-ci ildə Azərbaycan SSR daxili işlər orqanlarında xidmətə qəbul olunan Həmidov Qaradağ və Kirov (indiki Binəqədi) rayon daxili işlər şöbələrində baş inspektor və komendantura rəisinin müavini vəzifəsində çalışmışdır. O, 1990–1992-ci illərdə müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN) Profilaktika İdarəsində baş inspektor və bölmə rəisi olmuşdur. Həmidov 1992-ci ildən DİN Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili, həmin ilin iyun ayından Sabunçu Rayon Polis İdarəsində baş əməliyyat müvəkkili və iqtisdi sahədə cinayətkarlığa qarşı mübarizə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir.[2]

Həmidov 1999–2004-cü illərdə Bakı şəhər Baş Polis İdarəsində inspektor, baş inspektor, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili və maliyyə-kredit sistemində cinayətkarlıqla mübarizə şöbəsinin rəisi vəzifələrində çalışmışdır. O, 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyində (MTN) idarə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 2005-ci ildə idarə rəisi vəzifəsinə yüksəlmişdir.[1] Həmidov 2007-ci ildə MTN-nin Baş İdarə rəisi vəzifəsində xidmətini davam etdirməyə başlamışdır.[3][4] Həmidov sonradan 2018-ci ildə Dövlət Təhlükəsizlik Xidmətinin baş Müşaviri təyin olunmuşdur. O, 2020-ci ildə təqaüdə çıxmışdır.

Həmidov xidmət dövründə 1978-ci ildə milis leytenantı, 1981-ci ildə milis baş leytenantı, 1984-cü ildə milis kapitanı, 1990-cı ildə milis mayoru, 1995-ci ildə polis polkovnik-leytenantı, 2004-cü ildə polkovnik, 2012-ci ildə isə general-mayor ali hərbi rütbəsi ilə təltif olunmuşdur.

  1. 1 2 3 "Qubadlı rayonundan olan GENERALLAR". Qubadlı rayon Mərkəzi Kitabxanası (az.). Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 25 may 2016. 15 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  2. 1 2 3 4 "Tarixi". Qubadlı Rayon İcra Hakimiyyəti (az.). 27 mart 2012. 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  3. "MTN əməkdaşlarına ali hərbi rütbələr verilib - SƏRƏNCAM". Azxeber.com (az.). 27 mart 2012. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  4. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan (az.). 28 mart 2012. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  5. Əliyev, İlham. "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). Ədliyyə Nazirliyi. 28 mart 2009. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
  6. Əliyev, İlham. "Azərbaycan Prezidenti Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb". Azəri Press Agentliyi (az.). 29 mart 2010. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2021.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Nizaməddin Həmidov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?