For faster navigation, this Iframe is preloading the Wikiwand page for Aqrar Tədqiqatlar Mərkəzi.

Aqrar Tədqiqatlar Mərkəzi

Vikipediya, azad ensiklopediya

Aqrar Tədqiqatlar Mərkəzi
Yaranma tarixi 8 may 1962
22 may 2018 (yenidən təsis)
Fəaliyyət göstərdiyi yer Bakı, Süleyman Vəzirov, 91
Sədr Firdovsi Fikrətzadə
atm.gov.az/az

Aqrar Tədqiqatlar MərkəziKənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum.

Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir.[1]

17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır[2]. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı[2].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir.[3]

Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır:[4]

  1. Məlumat bazalaraının yaradılması
  2. Monitorinq və qiymətləndirmə
  3. Diaqnostika və təhlil
  4. Elmi tədqiqatlar
  5. Doktorantura təhsili

Məlumat bazaları

[redaktə | mənbəni redaktə et]

Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır:

  • Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
  • Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası
  • Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi
  • Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası
  • Coğrafi Məlumatlar Bazası

Doktorantura təhsili

[redaktə | mənbəni redaktə et]

Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.

Mərkəzin ildə iki dəfə olmaqla "Kənd Təsərrüfatının İqtisadiyyatı" (Azebaijanian journal of Agricultural Economics) adlı elmi-praktik jurnalı nəşr olunur. Jurnalda 3 dildə (azərbaycan, ingilis, rus) elmi məqalələr dərc edilir.

Mərkəz tərəfindən kənd təsərrüfatı ilə bağlı əsas statistik göstəriciləri özündə əks etdirən Kənd Təsərrüfatı Aylıq İnformasiya Bülleteni (azərbaycan və ingilis dillərində) və Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair Aylıq Qısa İcmal hazırlanır.

2023-cü ildə Aqrar Tədqiqatlar Mərkəzində "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası üzrə Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə təsdiq edilmiş İş Planına uyğun olaraq "Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu" adlı kitab hazırlanaraq nəşr etdirilib.

  1. İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
  2. 1 2 "Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında" Arxivləşdirilib 2022-09-08 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli, 109 nömrəli Qərarı. e-qanun.az (az.)
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-06-14.
  4. "İllik fəaliyyət planı | Aqrar Tədqiqatlar Mərkəzi". atm.gov.az. İstifadə tarixi: 2024-06-14.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Aqrar Tədqiqatlar Mərkəzi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?