For faster navigation, this Iframe is preloading the Wikiwand page for Mələuez rayonu.

Mələuez rayonu

Vikipediya, azad ensiklopediya

Mələuez rayonu
Мәләүез районы
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

52°57′00″ şm. e. 55°55′59″ ş. u.


Ölkə
İnzibati mərkəz Meleuz
Tarixi və coğrafiyası
Yaradılıb 20 avqust 1930
Sahəsi
  • 3.234 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 81.876 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 34764
Poçt indeksi 4538ХХ
Rəsmi sayt
Mələuez rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mələuez rayonu (başq. Мәләүез районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Meleuz şəhəridir.

Rayon Başqırdıstanın cənubunda yerləşir. Rayonun sahəsi 3232 km²-dir. Rayon ərazisinin qərb hissəsi Pribelskaya təpəli düzənliyində, cənub hissəsi Ümumi Şırtın şimal bölgəsində, şərq hissəsində isə Başqırd (Cənubi) Uralının qərb silsilələri keçir. Hidroqrafik şəbəkə qeyri-bərabər paylanır. Aqidel çayı və onun qolları Nuquş, Suxail, Aşkadar, Meleuz çayları ilə təmsil olunur. İqlimi mülayim kontinental, qurudur. Tünd boz meşə torpaqları geniş yayılmışdır. Faydalı qazıntıları neft, gil, qum, əhəng daşı, çınqıl və aqronom filiz yataqları ilə təmsil olunur.

Əvvəllər rayon ərazisinə Orenburq vilayətinin Sterlitamak qəzasının Mələuez, Zirqan və Araslanov volostlarının əraziləri daxil idi.

Mələuez rayonu 20 avqust 1930-cu ildə, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarına əsasən Başqırd Muxtar Sovet Sosialist Respublikasının kantonlara bölünməsi ləğv edilərək yerində 48 rayonun qurulması ilə formalaşır.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə[2]:

2024 - 83,13 min nəfər.

2035 - 79,27 min nəfər.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: ruslar - 44,8%, başqırdlar - 33,1%, tatarlar - 14,9%, çuvaşlar - 3,4 %, ukraynalılar - 1,2, digər millətlərdən olanlar - 2,6%[3].

Urbanizasiya

Şəhər şəraitində (Meleuz şəhəri) rayon əhalisinin 68,12 % -i yaşayır.

Rayon sənaye və kənd təsərrüfatı istiqamətlidir. Sənaye müəssisələri Meleuz şəhərində cəmləşmişdir. Kənd təsərrüfatına yararlı torpaqlar 173,8 min ha-dır. Bunun 116.0 min ha əkin sahələri, 14.5 min ha biçənəklər, 43.1 min ha otlaq sahələridir. Bitkiçilik taxılçılıq, şəkər çuğunduru, günəbaxan, kartof becərilməsi ilə təmsil olunur. Heyvandarlıq ətlik və südlük maldarlıq, donuzçuluq, qoyunçuluqla təmsil olunur.

Rayonda 58 ümumtəhsil məktəbi, o cümlədən 14 orta məktəb, 30 kütləvi kitabxana, 50 klub müəssisəsi, mərkəzi və 2 rayon xəstəxanası var. Rus dilində «Otyabr yolu» və başqırd dilində «Kunqak» qəzetləri nəşr olunur.

Ufa-Orenburq dəmir yolu və R-240 Ufa-Orenburq federal magistralı rayon ərazisindən keçir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Стратегия пространственного развития Российской Федерации на период до 2025 года (проект)" (PDF). 2018-12-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-23.
  3. "Итоги Всероссийской переписи населения по Республике Башкортостан. Т.5" (pdf). Территориальный орган Федеральной службы государственной статистики по Республике Башкортостан. 2013-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-20.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Mələuez rayonu
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?