For faster navigation, this Iframe is preloading the Wikiwand page for Məhəmməd İbrahimov.

Məhəmməd İbrahimov

Vikipediya, azad ensiklopediya

Məhəmməd İbrahimov
Şəxsi məlumatlar
Tam adı Məhəmməd İbrahimov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Şimali Makedoniya KYRM
Doğum tarixi 22 iyul 1974(1974-07-22)[1] (50 yaş)
Doğum yeri
Boyu 180 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1985—2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmməd İbrahimov (22 iyul 1974[1], Mahaçqala[1]) — 1994–1997-ci illərdə Azərbaycanı, 1998–2004-cü illlərdə isə KYRM-nı təmsil edən sərbəst güləşçi, 3 dəfə Avropa Çempionatlarının qalibi.[2]

Məhəmməd İbrahimov 1994-cü ildə İstanbul şəhərində baş tutan Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[3] 1995-ci ildə İsveçrədə Avropa Çempionatının qalibi olan Məhəmməd İbrahimov həmin il Birləşmiş Ştatlarda Dünya Çempionatını beşinci pillədə başa vurdu.[3]

1996-cı ildə isə Məhəmməd İbrahimov Macarıstanın Budapeşt şəhərində baş tutan Avropa Çempionatında bütün rəqibləri üzərində qələbə qazandı və növbəti dəfə Avropa çempionu oldu.[3]

Məhəmməd İbrahimov Azərbaycanı 1996-cı ildə Atlanta XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. −82 Kq. turnirində çıxış edən Məhəmməd İbrahimov olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının finalçısı, Dünya Çempionatının qalibi Qazaxıstan nümayəndəsi Elmədi Cəbrayılov ilə üz-üzə gəldi.[4] Nəticədə Məhəmməd İbrahimov təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam elədi.[4] Qrupda Məhəmməd İbrahimov əvvəl Belarus nümayəndəsi Alesandr Savonu 5:0, sonra isə Rumıniya nümayəndəsi Nicolae Gitanı 5:2 hesabları ilə məğlub elədi və qrupun üçüncü mərhələsinə adladı.[4] Bu mərhələdə onun rəqibi Gürcüstan nümayəndəsi Avfandil Qoqolişvili oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmməd İbrahimov rəqibinə 6:4 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı.[4] Bu mərhələdə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Les Qutçes oldu.[4] Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmməd İbrahimov rəqibi üzərində 4:2 hesabı ilə qələbə qazanaraq qrupun beşinci mərhələsinə adladı.[4] Məhəmməd İbrahimov bu mərhələdə də qalib gəlsəydi, olimpiadanın bürünc medal uğrunda görüşünə vəsiqə qazanacaqdı.[4] Məhəmməd İbrahimovun bu mərhələdə rəqibi 1992-ci il Barselona Olimpiadasının bürünc medaçısı, Dünya Çempionatının qalibi İran nümayəndəsi Əmir Reza Xadem oldu.[4] Həmin görüşdə Məhəmməd İbrahimov rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[4] Ümumi nəticədə Məhəmməd İbrahimov olimpiadanı beşinci pillədə başa vurdu.[4]

Olimpiadadan sonra Məhəmməd İbrahimov 1997-ci ildə Rusiyada baş tutan Dünya Çempionatını altıncı pillədə başa vurdu.[3] Bu onun Azərbaycan bayrağı altında son beynəlxalq turniri oldu. 1997-ci ildə Məhəmməd İbrahimov KYRM yığmasının heyətinə cəlb edildi.[3]

1998-ci ildə Tehran şəhərində (İran) Dünya Çempionatının gümüş medalına sahib olan Məhəmməd İbrahimov 1999-cu ildə Belarusda üçüncü dəfə Avropa Çempionatının qalibi oldu.[3] Həmin ildə Məhəmməd İbrahimov həm də Dünya Çempionatını 11-ci pillədə başa vurdu.[3]

2000-ci ildə isə Məhəmməd İbrahimov Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] Turnirin nəticələrinə əsasən Məhəmməd İbrahimov Sidney Olimpiadasını bürünc medalla başa vurdu.[3]

Olimpiadadan sonra Məhəmməd İbrahimov 2002-ci ildə Avropa Çempionatını dördüncü, Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu.[3] 2003-cü ildə Dünya Çempionatını 12-ci pillədə başa vuran Məhəmməd İbrahimov 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[3] Afina Olimpiadasını 18-ci pillədə başa vuran Məhəmməd İbrahimov olimpiadadan sonra idmanla vidalaşdı.

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Azərbaycan Azərbaycan
1
1994
Dünya Çempionatı Türkiyə Türkiyə
11.
2
1995
Avropa Çempionatı İsveçrə İsveçrə
1.
3
Dünya Çempionatı ABŞ ABŞ
5.
4
1996
Avropa Çempionatı Macarıstan Macarıstan
1.
5
Olimpiya Oyunları ABŞ ABŞ
5.
6
1997
Dünya Çempionatı Rusiya Rusiya
6.
Şimali Makedoniya KYRM
7
1998
Dünya Çempionatı İran İran
2.
8
1999
Avropa Çempionatı Belarus Belarus
1.
9
Dünya Çempionatı Türkiyə Türkiyə
11.
10
2000
Dünya Olimpiya Təsnifat Turniri Belarus Belarus
6.
11
Dünya Olimpiya Təsnifat Turniri Almaniya Almaniya
1.
12
Dünya Olimpiya Təsnifat Turniri Yaponiya Yaponiya
8.
13
Dünya Olimpiya Təsnifat Turniri Misir Misir
4.
14
Olimpiya Oyunları Avstraliya Avstraliya
3.
15
2002
Avropa Çempionatı Azərbaycan Azərbaycan
4.
16
Dünya Çempionatı İran İran
22.
17
2003
Dünya Çempionatı ABŞ ABŞ
12.
18
2004
Dünya Olimpiya Təsnifat Turniri Slovakiya Slovakiya
24.
19
Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan Bolqarıstan
4.
20
Olimpiya Oyunları Yunanıstan Yunanıstan
18.
  1. 1 2 3 4 Sports-Reference.com (ing.).
  2. Olympedia.org. "Məhəmməd İBRAHİMOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 International Wrestling Database. "MAGOMED IBRAGIMOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "1996 Summer Olympics / Wrestling / Middleweight (82 Kilograms) / Freestyle / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Məhəmməd İbrahimov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?