For faster navigation, this Iframe is preloading the Wikiwand page for Lampas.

Lampas

Vikipediya, azad ensiklopediya

Marşallar Jukov və Rokossovski lampaslı hərbi mundirdə. (Berlin, Brandenburq darvazası, 1945)

Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır.

Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.[1]. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi.

Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur.

Don kazaklarının lampaslı hərbi mundirləri, 1867

Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər. Digər rus nizami ordu hissələrindən fərqli olaraq kazaklarda lampaslar sərbəstlik, azadlıq və silki simvol hesab olunurdu.

Rusiya Fəhlə-Kəndli Qızıl Ordusunda generalların hərbi mundirlərində ilk dəfə lampaslardan 1940-cı ildə istifadə olunmuşdur.[2]. Əvvəlcə bütün növ qoşunların ordu generallarının hərbi mundirlərində lampaslar qırmızı rəngdə, aviasiyada göy rəngdə, rabitə, mühəndis, texniki və intendant xidməti üzrə qoşunlarda moruq rəngində olmuşdur. Hər bir lampasın eni 2 sm, 1941-ci ilin fevralından isə 2,5 sm uzunluğunda müəyyənləşdirilmişdir. Az sonra hüquqi və tibbi xidmət üzrə generalların hərbi mundirlərində lampaslar moruq rəngində müəyyən olunmuş, lakin tezliklə ləğv olunmuşdur.

SSRİ Xalq Daxili İşlər Komissarlığının generallarının hərbi mundirlərinin lampasları 1943-cü il 18 fevraldan göy rəngdə, sərhəd qoşunlarının general mundirlərində açıq göy rəndə olmuş, 1945-ci ildə bu rənglər ləğv edilərək qırmızı rənglə əvəz olunmuşdur.[3].

Müxtəlif ölkələrin müasir ordularında, lampaslar ümumiyyətlə yüksək rütbəli zabitlərin, generallarınmarşalların fərqləndirici nişanəsidir.[4] XIX əsrdən lampaslar Latın Amerikası xalqlarında kişilərin milli geyimlərinin bir hissəsidir.

  1. "Скифская одежда". 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-06.
  2. Постановление СНК № 1221 от 10 июля 1940 г.
  3. Указ Президиума Верховного Совета СССР от 6 июля 1945 г.
  4. Universal Litva Ensiklopediyası , T. XI (Cremation-Lenzo Qayda). - Vilnüs: Elm İnstitutu və Ensiklopediya Nəşriyyatı, 2007. 484 səh.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Lampas
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?